Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qəzet satıcından kafel-metlax monopolistinə çevrilən deputat – Fotolar


68 saylı Cəlilabad kənd seçki dairəsinin deputatı Mirkazım Mirkazımovdur


Hansı ki, deputat olmaqla yanaşı, eyni zamanda “Qasid” ASC-nin də rəhbəridir. 

Yəni qanunlara məhəl qoymayaraq, biznes fəaliyyətini davam etdirir. Özü də maraqlıdır ki, bir çox deputatlar özlərinə məxsus olan şirkətlərdə fəaliyyətlərini ən azından dolayısı ilə yaxınlarının adına keçirməklə davam etdirirlər. M. Kazımov isə deputat olsa da, şirkətinə də birbaşa olaraq başçılıq etməkdə davam edir. Onun bu firması mətbuat yayımı ilə məşğuldur.

c3f59c020995

Son illər isə biznes sahəsində işləri o qədər də uğurla getmir. Belə ki, özünün də mətbuata söylədiyi kimi, bir sıra köşkləri tikinti işləri ilə əlaqədar sökülüb. 2014-cü ildə “Qasid” firmasının bir sıra qəzetlərə borcunun da yarandığı müəyyən edilmişdi. Əsas borc da “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinə idi. Bunu M. Kazımovun özü də dəfələrlə mətbuata müsahibələrində boynuna alıb. O bu qəzetlərə 30-40 min manat borcunun olduğunu söyləyib. Amma əks tərəf borcun məbləğinin 70 min manata çatdığını bildirirdi. Vaxtilə mətbuatda “Qasid” firmasının onun əlində alınacağı və yaxud müvafiq dövlət qurumunun nəzarətinə keçəcəyilə bağlı da fikirlər səslənmişdi. Onu da qeyd edək ki, “Qasid” firmasının köşkləri ancaq mətbuatla bağlı məhsulların satılması üçün hesablansa da,burada hər cür xırdavat malların satıldığını müşahidə edirik. Sanki, bu firmanın qəzet və yurnallardan daha çox, mətbuata aid olmayan başqa malların satışı üzrə ixtisaslaşıb. Əslində bununla da şirkət qanunlara əməl etmədiyini bir daha ortaya qoymuş olur.

Bu firma keçən ilin oktyabrın 1-dən pərakəndə satış şöbəsinin fəaliyyətini dayandırmalı olub. Bunu millət vəkili son zamanlar firmanın satışda rəqabətə tab gətirə bilməməsilə izah etmişdi.

DSC_5788

Cəlilabad seçiciləri də M. Kazımovun fəaliyyətindən  narazıdırlar. Rayon sakini Hidayət İsmayılov Yenicag.az-a açıqlamasında rayonda M. Kazımovdan narazıların həddən artıq çox olduğunu bildirdi: “67 saylı Cəlilabad şəhər seçki dairəsindən Malik Həsənov və 68 saylı Cəlilabad kənd seçki dairəsindən seçdirilən Mirkazım Kazimov barədə bir rayon vətəndaşı olaraq deyə bilərəm ki, hər ikisinin millət vəkili olaraq rayon seçicilərinə aid heç bir fəaliyyəti olmayıb. Onların deputatlıq dönəmində Cəlilabada səfərləri olubsa da belə, bu görüşlər ancaq hakimiyyət dairələri ilə görüşlərdən ibarət olub və bununla da işlərini bitirərək, qayıdıb gediblər. M. Kazımov konkret olaraq Cəlilabad seçicilərinin sosial, nə də siyasi problemlərilə maraqlanmayıb, onların həlli üçün hətta müraciətlər olsa da belə, məşğul olmayıb. Cəlilabad vətəndaşı olaraq deyirəm, bu təyin olunan deputat bir dəfə də olsun rayonun problemlərilə məşğul olmayıb. Onların fəaliyyətini qənaətbəxş hesab etmirəm. Hətta Mirkazım Kazımovun kəndinə gedən yoldakı körpünün vəziyyətinə fikir versələr bilərlər ki, bu adamın rayondakı vəziyyətdən ümumiyyətlə xəbəri yoxdur. Sadəcə olaraq onun kimiləri millət vəkilliyinə ancaq özlərinin şəxsi problemlərinin həll etmək naminə təyin olunublar.

DSC_5689

Kazımov millət vəkili olandan yaxınları üçün rayonda bir sıra biznes obyektləri yaradıb. Rayonda ona aid olan yanacaqdoldurma məntəqələri, həmçinin kafel-metlax satışını hyata keçirən satış mərkəzləri var. M. Kazımov qardaşı oğlu Mirsadiq Kazımovu Gömrük keçid məntəqəsində işə qoyub. O burada 3 saylı idarənin rəisidir. Bundan istifadə edərək İrandan maşınlarla gətirilən kafel və metlaxları öz obyektlərinə çatıdırırlar. Digər vətəndaşların isə gömrükdən kafel və metlax keçirməsinə əngəl olurlar. Yəni bununla da monopoliya yaradıblar”.

47095_src

P.S. Mirkazım ağa qəzetlərin pulunu verməsə də, ən bahalı maşında gəzir. Belə ki, “Mercedes” markalı avtomobil sürən deputatlarımızdan biri də Mirkazım Kazımovdur. Fotoda gördüyünüz 10 AH 934 dövlət nömrə nişanlı avtomobil deputat M.Kazımova məxsusdur.(yenicag)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar