Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Köçkünlərin Sosial İnkişafı Fondu Təhməzov qardaşlarının ailə biznesinə çevrilib


Fərhad Təhməzov özü məmur olduğu üçün mənimsədiyi milyonları qardaşlarının vasitəsilə özəl sahəyə yönəldir.


Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun yeni rəhbəri öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün Fonda ayrılan dövlət vəsaitlərinin böyük bir qismini mənimsəyirlər.

Bu barədə AzFakt.com-a daxil olan məlumatda bildirilir ki, Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun sədri Fərhad Təhməzov qardaşlarını başına yığaraq dövlətin qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün yaratdığı fondu özünün «ailə şirkətinə» çevirib. 

Qeyd edək ki, daha əvvəllər Məcburi Köçkünlərin Sosial İnkişafı Fonduna millt vəkili Ayaz Orucov rəhbərlik edirdi. Ayaz Orucovun vəzifədən alınmasının səbəbi rəsmi olaraq açıqlanmasa da, millət vəkilinin məhz Fondda yaratdığı korrupsiya mühitinə görə vəzifədən alındığı heç kimə sirr deyil. Bəzi iddialara görə isə Ayaz Orucov Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun qəzəbinə tuş olub. Ayaz Orucovun yerinə təyinat alan Fərhad Təhməzovun Əli Həsənova yaxın şəxs olması da bu iddiaları daha da gücləndirir.

Fərhad Təhməzov fonda təyin olunarkən hər şeydən əvvəl fondun fəaliyyətindəki korrupsiyanın azalması gözlənilsə də, gözləntilər özünü doğrultmadı. Belə ki, elə ilk günlərdən “Qaçqınkom”un şöbə müdiri, Əli Həsənovun qohumu olan Elman İsmayılıovla əlbir olan Fərhad Təhməzov qaçqınlar və məcburi köçkünlər üçün qəsəbələrin tikilməsi üçün ayrılan vəsaitlər üzərində nəzarəti ələ keçirib. Həmin qəsəbələrin tikintisi zamanı isə mal və materialların, həmçinin əmək qüvvəsinin qiymətlərini bir neçə dəfə şişirtməklə külli miqdarda korrupsiyaya yol verdiyi qeyd olunur. Qeyd edək ki, qəsəbələrin tikilməsi üçünsə vəsaiti Dövlət Neft Fondu verir. Ümumiyytlə isə Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun əsas fəliyyətini Dövlət Neft Fondu maliyyələşdirir. 

AzFakt.com-u məlumatlandıran mənbənin sözlərinə görə tikilən binalara ayrılan vəsaitin demək olar ki, yarıdan çoxu mənimsənilir. Fərhad Təhməzov özü məmur olduğu üçün mənimsədiyi milyonları qardaşlarının vasitəsilə özəl sahəyə yönəldir. Belə demək mükünsə, Fərhad Təhməzov “çirkli pulları” qardaşları vasitəsilə “yuyur”. 

Mənbə bildirir ki, Fərhad Təhməzovun qardaşlarından biri Ataş Təhməzov tikinti sahəsində, digər qardaş Qoşqar Təhməzov isə səhiyyə sahəsində kommersiya fəaliyyəti ilə məşğul olurlar. Neft Fondundan ayrılan pulların böyük əksəriyyəti də məhz Fərhad Təhməzovun qardaşlarının kommersiya qurumlarına yönləndirilir. Yəni Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu öz xərcləmələrini bir qayda olaraq Ataş və Qoşqar Təhməzovun kommersiya qurumları vasitəsi ilə həyata keçirirlər. Amma bu xərclərin daha qaranlıq tərəfi də var. Çünki mənimsənilən vəsaitlərin bir hissəsi ofşor zonalarına yönləndirilir və ordan da həmin vəsait xarici banklarda, xüsusən ərəb banklarında yerləşdirilir.

Həmçinin AzFakt.com-a daxil olan məlumata əsasən Fərhad Təhməzov “Qaçqınkom”un şöbə müdiri, Əli Həsənovun qohumu olan Elman İsmayılıovla əlbir olaraq Bərdədə də salınmış yeni qəsəbədə evlərin paylanması zamanı mənzillərin bir çoxunu satıb. Belə ki, Elman İsmayılıov və Fərhad Təhməzov 7 mərtəbəli binanın 1-ci və 7-ci mərtəbəsində olan mənzilləri qanunauyğun şəkildə, püşkatma yolu ilə, paylayıblar. Amma 2-ci, 3-cü, 4-cü, 5-ci və 6-cı mərtəbədəki mənzilləri köçkün olmayan şəxslərə satıblar. 2 otaqlı mənzillərin 5000 manata, 3-4 otaqlı mənzillərin isə 7000 manata satıldığı bildirlir. 

Məlumatlı mənbəninin sözlərinə görə, alıcıların böyük əksəriyyəti köçkün olmayanlardır və onların da bir qismi orduda qulluq edən zabitlərdir. Həmin binada 50-yə qədər mənzil alan şəxsin isə köçkünlərlə heç bir əlaqəsi orlmadığı qeyd olunur. Həmin mənzillərə isə artıq order verildiyi bildirilir.

Yazıda adı keçən vəzifəli şəxslərin mövqeyini dərc etməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Ən çox oxunanalar