Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev gürcülərin şübhəli davranışlarına müdaxilə edir

Baş nazirin qəfil səfəri: İlham Əliyev gürcülərin şübhəli davranışlarına müdaxilə edir


Bu gün Gürcüstanın baş naziri İrakli Qaribaşvili Bakıya qəfil və belə görünür ki, əvvəlcədən planlaşdırılmayan səfərə gəlib.

Virtualaz.org rəsmi KİV-lərə istinadən artıq xəbər verib ki, Qaribaşvilini Heydər Əliyev Beynəlxalq Hava Limanında energetika və sənaye naziri Natiq Əliyev qarşılayıb. Qarşılanma mərasimindən dərhal sonra Qaribaşvili prezident İlham Əliyevin qəbuluna yollanıb. Burada tərəflər iki ölkə arasındakı münasibətləri, o cümlədən energetika sahəsindəki əməkdaşlığı müzakirə ediblər. Əlavə məlumatlar verilmir.

Qaribaşvilinin Bakıya səfəri o qədər qəfil xarakter daşıyıb ki, hətta Gürcüstan hökumətinin dəftərxanası bu səfər haqda rəsmi məlumatı baş nazirin təyyarəsi Bakıya enəndən sonra da yaymamışdı. O cümlədən Gürcüstan KİV-ləri baş nazirin Bakıya səfərindən AzərTAC-ın az əvvəl yaydığı məlumatdan xəbər tutublar.




Qaribaşvilinin Bakıya bu cür qəfil səfərini əslində gözlənilməz hesab etmək olmaz. Son günlər Gürcüstan hökumətinin üzvlərinin Azərbaycan qazından asılılığı azaltmağa yönələn planlar barədə açıqlamaları əslində tezliklə Bakı ilə Tiflis arasında yüksək səviyyədə rəsmi təmasın olacağını qaçılmaz edirdi. Xəbər verdiyimiz kimi sentyabrın 25-də Gürcüstanın energetika naziri Kaxa Kaladze Brüsseldə Rusiyanın “Qazprom” şirkətinin rəhbəri Aleksey Millerlə görüşüb. Bu görüş barədə məlumatı gürcü tərəfi yox, “Qazprom” yayıb və bildirilib ki, tərəflər Gürcüstanın Rusiya qazı ilə təchizatı məsələlərini müzakirə ediblər.

Gürcüstan müxalifəti bu danışıqlardan narahat olub və hökuməti Rusiyanı ölkənin energetika bazarına qaytarmaq cəhdlərində günahlandırıb. Kaxa Kaladze əvvəlcə bildirib ki, Brüsseldəki görüş “cari” xarakter daşıyırdı və Rusiya qazının Gürcüstan üzərindən Ermənistana nəqli məsələlərini müzakirə etmək üçün idi. (Gürcüstan Ermənistana nəql edilən Rusiya qazı üçün tranzit haqqı kimi ildə 400 milyon kubmetr qaz alır). Lakin daha sonra nazir “Qazprom”la Gürcüstanın qazla təchizatına dair danışıqların aparıldığını təsdiqləyib.

Kaladze bildirib ki, Gürcüstanın əsas qaz təchizatçısı olan Azərbaycan lazım olan həcmdə qaz təmin edə bilməyib və ümumiyyətlə, ölkənin qazla təchizatı mənbələrini şaxələndirmək lazımdır. Nazir “Qazprom”la və İranla bu istiqamətdə danışıqların aparıldığını açıqlayıb. Bir gün əvvəl Gürcüstan xarici işlər nazirinin müavini David Dondua da hökumətin qaz təchizatı mənbələrini şaxələndirmək planları haqda danışıb və İranla intensiv danışıqların getdiyini bildirib.

Beləliklə, Gürcüstan hökumətinin qaz təchizatı mənbələrini şaxələndirmək planları o deməkdir ki, Azərbaycan dövlət neft şirkəti SOCAR-ın qonşu ölkənin energetika bazarında payı məhdudlaşdırılacaq. Və bu vəziyyət rəsmi Bakını narahat etməyə bilməzdi və heç bir şübhə yoxdur ki, baş nazir Qaribaşvilinin təcili Bakıya dəvət olunması da məhz Gürcüstan hökumətinin “Qazprom”la, o cümlədən İranla indi üzə çıxan gizli danışıqlarına görədir. Təsadüfi deyildi ki, Qaribaşvilini aeroportda qarşılayan da məhz energetika naziri Natiq Əliyev olub.

Azərbaycan onsuz da Gürcüstana qazı ucuz qiymətə verir. Gürcüstan milli statistika agentliyi “Geostat”ın məlumatına əsasən 2014-cü ildə Gürcüstan “Şahdəniz-1” yatağından min kubmetri 55 dollardan olmaqla 250 milyon kubmetr, “Şahdəniz-2” yatağından isə min kubmetri 64 dollardan olmaqla 500 milyon kubmetr qaz alıb. Bundan əlavə, 2008-ci ildə bağlanmış müqaviləyə əsasən Gürcüstan Azərbaycandan güzəştli qiymətə daha 500 milyon kubmetr qaz alır.

Əhali üçün nəzərdə tutulan bu qazın min kubmetrinə görə Gürcüstan 189 dollar ödəyir. Həmçinin 2014-cü ildə Gürcüstandan Azərbaycandan kommersiya qiymətinə (min kubmetri 240 dollardan) 400 milyon kubmetr qaz alıb. Beləliklə, Azərbaycanın Gürcüstana satdığı qazın min kubmetrinin orta qiyməti cəmi 131,25 dollar təşkil edib. Bu, Avropa bazarı qiymətlərindən az qala üç dəfə aşağıdır.

Enerji təchizatı mənbələrini şaxələndirmək şübhəsiz ki, idxaldan asılı olan ölkələr üçün doğru taktikadır. Ancaq diversifikasiyada başlıca məqsəd nədir? Əlbətdə ki, enerji daşıyıcılarını daha aşağı qiymətə almaq və alternativ təchizat mənbələri əldə etmək. Lakin indiki halda Azərbaycan onsuz da öz siyasi maraqlarını, Gürcüstanla müttəfiqlik münasibətlərini nəzərə alaraq qazı bu ölkəyə kifayət qədər ucuz satır.

O zaman gürcülərin müharibə vəziyyətində olduqları Rusiyanın və sanksiyalardan azad olmağı səbrsizliklə gözləyən İranın köməyi ilə Azərbaycanı sıxışdırıb daha artıq güzəşt qoparmaq niyyəti nə dərəcədə düzgün siyasətdir? Bəlkə məsələ heç kommersiya maraqlarında və diversifikasiyada deyil, Rusiyanın Gürcüstanda yenidən möhkəmlənib Xəzərin enerji resurslarının nəql olunduğu dəhlizi nəzarətinə götürmək planlarından qaynaqlanır?

Hər halda Azərbaycan prezidentinin gürcülərin bu şübhəli davranışlarından narahat olmağa əsasları və “Qazprom”un ən iri özəl səhmdarı olan Bdzina İvanişvilinin menecerlik etdiyi hökumətin baş nazirinə verməyə xeyli sualları var.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar