Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

38 villa, qohumlara verilən “Paketlər”- Məmmədovlarla bağlı yeni İddialar


Nəqliyyat Nazirliyidə, nazirliyə tabe MMC və qurumlarda yoxlamalar gedir


Bu barədə məlumatı musavat.com verib. Məlumatlarda bildirilir ki, Məmmədovlar ölkə daxilində yükdaşımalarına nəzarət etməklə hər il yüz milyonlarla manat gəlir əldə edirlər. 

Bu sahənin qeyri-rəsmi kuratoru nazirin qardaşı İmran Məmmədovun oğlu Rövşən Məmmədovdur. Redaksiyamıza daxil olan məlumatda deyilir ki, Rövşən Məmmədovun fəaliyyətini Bakıda Avropa Oyunları keçirilən günlərdə Vergilər Nazirliyinin əməkdaşları yoxlayıb. O günlərdə onu Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə aparıb 7-8 saat saxlayıblar. Sonradan sərbəst buraxılan R.Məmmədov oktyabrın ilk günlərində yenidən saxlanılıb və buraxılıb.

Az əvvəl tutduğu postdan uzaqlaşdırılan “Bakısərnişinnəqliyyat” MMC-nin direktor müavini Davud Əfəndiyev də istintaqa cəlb olunub. Qaynağımız bildirir ki, nəqliyyat nazirinin bacısı oğlu olan D.Əfəndiyevin adı Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılan bir cinayət işində keçir.
2 ay əvvəl başlanan cinayət işinin əsasını bir neçə milyon manatın mənimsənilməsi, ələ keçirilməsi təşkil edir. İşdən çıxarılmasına baxmayaraq, bu gün də qeyri-leqal olaraq Beynəlxalq Avtovağzal Kompleksində oturması haqda məlumat var. Bu ilin sentyabrında kompleksə rəhbər təyin olunan Seymur Aslanovun da nəqliyyat nazirinin kadrı olduğu bildirilir. Kompleksin hazırda faktiki olaraq Davud Əfəndiyev tərəfindən idarə edildiyi qeyd olunur.
Nəqliyyat Nazirliyinə tabe olan və Binəqədi rayonunda yerləşən “Yük daşımaları” MMC vasitəsilə nəzarət olunur. MMC-nin kassa işlərinə İftixar adlı şəxs nəzarət edir. Bu şəxs Məmmədovların adamı hesab olunur. Sahibkarlardan qeyri-rəsmi pullar onun vasitəsilə alınır.

Nəqliyyat nazirinin, onun qardaşlarının var-dövləti haqda əfsanələr dolaşır. Qaynağımız iddia edir ki, Ziya Məmmədovun ölkə ərazisində ümumilikdə 38 villası var. Həmin villaların bir neçəsi nazirə hədiyyə olunub. Onun qardaşlarının mülkləri haqda da məlumatlar var. Nəriman Məmmədov Biləcəri qəsəbəsində yerləşən hərbi şəhərciklərdən birini özəlləşdirib və orada villalar tikib. Şəhərcik ərazisində inşa olunmuş 15 villanın xüsusi qoruması var. Əraziyə giriş mühafizə postundan keçməklə mümkün olur.

Bu ilin aprelinə qədər Nəqliyyat Nazirliyinin xətti ilə həyata keçirilən sərnişin daşımalarından gəlirlərin böyük hissəsinə nazirin Ucardan olan qohumu İradə xanım vasitəsilə nəzarət olunub. Pul axını həmin qadın üzərindən baş tutub.

Nəqliyyat Nazirliyinə tabe olan ən gəlirli sahələrdən birinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX)olduğunu qeyd etmişdik. Qaynağımız bildirmişdi ki, bu baxımdan DANX rəisi postuna öz adamını təyin etdirmək üçün daim klanlararası gərgin mübarizə gedir. Bu il avqustun 3-də Ziya Məmmədov “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi”(NİİM) MMC-nin baş direktoru Elnur Nazim oğlu Abdullayevi tutduğu postdan azad edərək DANX-yə rəis təyin edib. Bu postun rəisinin aylıq gəlirinin – ona verilən paketin 50 min manata yaxın olduğu bildirilir.
Qeyd olunur ki, bu xidmət vasitəsilə hər ay milyonlar toplanır. DANX-də Kadrlar İdarəsinin İmran adlı rəisi nəqliyyat nazirinin dostunun oğludur. Vaxtilə ədliyyə sistemindən çalışmış bu şəxs oradan işdə buraxdığı səhvlərə görə çıxarılıb. Məmmədovların büdrədiyi bu günlərdə İmran DANX-də tutduğu vəzifəsini itirib. Hazırda onun barəsində cinayət işinin olduğu da bildirilir. DANX rəisinin 1-ci müavini Ziya Məmmədovun qudası, deputat Əlağa Hüseynovun kürəkənidir. Vaxtilə Yasamal Mühafizə Polisində işləyib. Həftədə 1 dəfə işə çıxan 1-ci müavinin hər dəfə fərqli maşında işə gəldiyi bildirilir. Ayda 4-5 dəfə işdə olan 1-ci müavinin 30 min manat paket aldığı qeyd olunur.

Qaynağımız bildirib ki, Nəqliyyat Nazirliyinin sürücülərə qarşı qəddar davranışı ilə seçilən Nəqliyyat Müfəttişliyindəki işçilərin böyük əksəriyyəti – təxminən 70 faiz müfəttiş heç bir sənədləşmə aparılmadan işə götürülürlər. Kifayətdir ki, nəqliyyat müfəttişi olmaq istəyən şəxs idmançı görkəmli olsun. Küçədən tutulmuş bu şəxsləri nəqliyyat müfəttişliyinə məxsus maşınlara verirlər. Maşınlardakı ekipajlardan yalnız “starşı”lar rəsmi işçidir. Onlar ayda 1500, müfəttişlər isə 1000 manat paket alırlar. Müfəttişlərə verilən əmr isə 1 bənddən ibarətdir – mümkün qədər çox maşın saxlayıb sürücülərin sənədini almaq.

Qaynağımız deyir ki, böyük təmtəraqla Bakıya gətirilən London taksiləri də Məmmədovların şəxsi gəlir mənbəyinə çevrilib. Daxili qaydalara görə, Bakı küçələrində şütüyən London taksilərinə 3 aydan bir texniki baxış keçirilməli, işlənərək sıradan çıxmış hissələr yeniləri ilə əvəzlənməlidir. Sənəd üzərində əvəzlənən hissələrin pulunu şirkət ödəməlidir. Faktiki isə sürücülər ödəyir. Servis xidməti üçün şirkətə müraciət edən maşınlar təmir olunmuş kimi rəsmiləşdirilir və təmir xərcləri şirkətin hesabından silinir. Bu səbəbdən də London taksiləri tez-tez təmirə saxlanmış kimi rəsmiləşdirilir, təmir xərcləri isə nağdlaşdırılaraq ələ keçirilir. Bu işlərə də Rövşən Məmmədov rəhbərlik edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar