Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

«Ağdamlı Dəmiri»nin bacısı oğlu DYP rəisi imiş


Ağdam DYP-nin rəisi olan Vasif Məmmədov Eldar Mahmudovun ən yaxın adamının əliylə vəzifə başına keçib


Eldar Mahmudov işdən çıxarıldıqdan qısa müddət sonra həbs olunan «Ağdamlı Dəmir» adlı avtomobil alverçisi Dəmir Abdullayevlə bağlı maraqlı məlumatlar ortaya çıxıb. 

Sabiq MTN şefinin ən yaxın adamlarından biri olan Dəmir Abdullayevin təkcə Badamdarda deyil, həmçinin şəhərin müxtəlif yerlərində avtomobil satışı mərkəzləri olub. Onun əsasən sifariş əsasında xaricdən maşın gətirdiyi vurğulanır. 

Lakin «Ağdamlı Dəmir»in başqa bir məziyyəti daha varmış. Məlum olub ki, o, Eldar Mahmudov və komandasının üzvləri tərəfindən şantaj edilərək, MTN-ə gətirilən sahibkarların əlindən alınan avtomobilləri sataraq, pula çevirmək işlərini də həyata keçirib. 

Bildirək ki, Dəmir Abdullayevlə bərabər onun oğlu Mehman da həbs olunub. Bu şəxsin də hansı səbəbdən və nə üçün həbs edildiyi hələlik məlum deyil. Yəqin ki, istintaqın əlində tutarlı əsas olub ki, belə bir addım atılıb. 

PİA..AZ Demokratiya.info-ya istinadən xəbər verir ki, «Ağdamlı Dəmir»in təkcə maşın alverində əli gətirməyib. O, həmçinin digər məsələlərə də aktiv olub. Məsələn, Dəmir Abdullayevin hazırda ən yaxın adamlarından biri DYP rəisidir. Belə ki, Ağdam rayon Polis Şöbəsinin Dövlət Yol Polis Xidmətinin rəisi (DYP) Vasif Məmmədov Dəmir Abudullayevin bacısı oğludur. 

Məlumatlarda iddia edilir ki, Vasif Məmmədovun bu posta təyinat almasında dayısının və hazırda həbsdə olan oğlu Mehmanın müstəsna rolları olub. Qeyd edilir ki, DYP rəisinin ali təhsil alması da bir başqa olub. Və deyilənlərə görə, Vasif Məmmədov dayısı oğlu Mehmanın sayəsində «ali təhsil» alıb və 4 illik prosesi qısa müddətə endirə bilib. 

Qarşı tərəfi də dinləməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Ən çox oxunanalar