Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həlak olan polislər dəfn edilir - Ramil Usubov, Zakir Qaralov, Mədət Quliyev də iştirak edir - Yenilənir, Fotolar

Ötən gün Nardaranda baş verən silahlı insidentdə vəfat edən polislər, polis mayoru Nəsibov Vüqar Eyyub oğlu və Tağıyev İsmayıl Rəsul oğlu 2-ci Fəxri Xiyabanda dəfn olunacaq


Müxbirlərimiz bildirir ki,  daxili işlər naziri Ramil Usubov, baş prokuror Zakir Qaralov və milli təhlükəsizlik nazirinin vəzifəsini icra edən Mədət Quliyev də şəhid polisləri son mənzilə yola salmaq üçün bu dəqiqələrdə II Fəxri Xiyabana gəliblər.

***
Müxbirlərimiz bildirir ki, şəhid olmuş polis əməkdaşlarının ölümündən sonra mükafatlandırılması gözlənilir. 

Belə ki, DİN əməkdaşları onların yaxınlarına təqdim ediləcək “İgidliyə görə” medallarını da Fəxri Xiyabana gətiriblər.

DİN rəhbərliyinə daxil olan şəxslər, o cümlədən generallar Yaşar Əliyev, Həzi Aslanov, Ramiz Zeynalov da mərasimdə iştirak edir.

***12:05

Bu dəqiqələrdə Bakıdakı II Fəxri Xiyabanda dünən Nardaranda radikal dindarlarla toqquşmada qəhrəmancasına şəhid olan polis mayoru Vüqar Nəsibovun və İsmayıl Tağıyevin dəfn mərasimi keçirilir.

Virtualaz.org saytının hazırda II Fəxri Xiyabanda olan reportyor qrupu xəbər verir ki, dəfn mərasiminə çoxlu sayda mülki və polis formasında hüquq-mühafizə orqanlarının əməkdaşları qatılıb. Ərazidə güclü polis nəzarəti var.

Müxbirlərimiz bildirirlər ki, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin Əsgərov və Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov da dəfn mərasimində iştirak edirlər.

Daxili işlər naziri Ramil Usubovun da dəfndə iştirakı gözlənilir.

Onu da deyək ki, şəhid polislərdən 38 yaşlı İsmayıl Tağıyev üç uşaq atası olub. 10 gün əvvəl oğlu dünyaya gəlibmiş.

Əlavə məlumat veriləcək.








pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar