Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiya-Türkiyə qarşıdurmasında Azərbaycan tərəf tutmaq məcburiyyətində qalmamalıdır” - Müsahibə


Sülhəddin Əkbər: “Rusiyanın Suriyada İŞİD-i bəhanə edib Bəşər Əsəd rejimini möhkəmləndirməsi, onun nəzarətində olan əraziləri artırmaq üçün bütün müxalifəti, o cümlədən türkmənləri bombalaması Türkiyəyə bir əlcək atmaq idi”


Rusiya məqsədli şəkildə Türkiyə ilə münasibətləri pozmağa doğru gedir və əsas məqsəd Türkiyənin Suriyada aktiv rol oynamağından çəkindirməkdir”

Bu sözləri Azərbaycan Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər PİA.AZ-a müsahibəsində bildirib.

Xatırladaq ki, bir neçə gün öncəTürkiyənin Rusiya təyyarəsini vurması nəticəsində Rusiya-Türkiyə münasibətlərindəki yaranan gərginlik artmaqda davam edir. Belə ki, Rusiya Müdafiə Nazirliyi və Türkiyə Silahlı Qüvvələri arasında bütün təmas kanalları bağlanıb, həmçinin Rusiya Qara dəniz donanması və Türkiyə Hərbi-Dəniz Qüvvələrinin fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə Rusiya Hərbi-Dəniz Qüvvələrinin Türkiyədəki nümayəndəsi geri çağırılıb. Bundan başqa? Rusiya qeyri-rəsmi qaydada türk mallarının Rusiyaya girişini yasaqlayıb.


Sülhəddin Əkbər: “Seçim etmək zərurəti ortaya çıxarsa, Azərbaycanın kimi seçəcəyi bəllidir” 


Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı ACP sədri Sülhəddin Əkbərə suallarla müraciət edib.

PİA.AZ həmin müsahibəni oxucularına təqdim edir:

-Sülhəddin bəy, sizcə, yeni hökümətin təsdiq olunmasından həmən sonra Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri ənənəvi dostluq səfəridir, yoxsa Rusiya təyyarəsinin vurulmasından sonra regionda yaranan gərginliklə bağlıdır?

-Türkiyənin siyasi rəhbərliyi  seçildikdən sonra həm Şimali Kıbrıs Türk Cümhuriyyətinə, həm də Azərbaycana rəsmi səfərləri artıq ənənə halını alıb. Bu həmdə mövcud olmuş vəziyyətin müzakirə olunması üçün bir fürsətdir. Düşünürəm ki, hər iki baxımdan Mövlud Çavuşoğlunun Azərbaycana gəlməsi  yerində olan səfərdir. 

Sülhəddin Əkbər: “Putinin davranışı böyük dövlət başçısına yaraşan hərəkət deyil”.


-Rusiya ilə Türkiyə münasibətlərindəki gərginliyin artdığı şəraitdə Azərbaycan tərəf tutmaq məcburiyyətində qala bilərmi?

-Azərbaycan tərəf tutmaq məcburiyyətində qalmamalıdır. Çünki Azərbaycan 2010-cu ildən Türkiyə ilə strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə imzalayıb. Bu müqaviləyə görə, tərəflərdən biri ehtiyac lazım olarsa, digərinə müraciət edə bilər. Digər tərəf isə, ona yardım göstərməlidir. Azərbaycan-Türkiyə münasibətləri müttəfiq münasibətlərinə yaxındır. Bu baxımdan Azərbaycanın kimi seçəcəyi bəllidir. 

- Rusiyanın Suriyada S-400 raketlərini yerləşdirməsi və Suriya səmasını tamamilə nəzarətə götürməsi NATO ilə gərginliyə səbəb ola bilərmi? Və bu gərginlik sonucda Suriyada qlobal qarşıdurmaya gətirib çıxara bilər?

- Rusiya ilə NATO arasında gərginlik indi başlamayıb. Bu gərginlik 2008-ci ildən, Rusiyanın Gürcüstana təcavüzündən sonra başlayıb və keçən  il Ukrayna təcavüzü ilə yüksək səviyyəyə çatıb. Qarşıdakı dövrlərdə də ABŞ başda olmaqla, NATO-nun Rusiya ilə sərhəd bölgəsində Arktikadan tutmuş Aralıq dənizinə qədər silahlı qüvvələrini artırması Rusiyaya bir cavabdır. ABŞ-Rusiya strategiyası dəyişib və  ABŞ Rusiyanı durdurmağı bir nömrəli vəzifə kimi qarşısına qoyub. Nəzərə alsaq ki, gələn il Avropada müdafiə sistemləri yerləşdiriləcəkdir, bu baxımdan Rusiya da buna cavab olaraq qlobal strateji təhlükəsizlik tədbirləri görəcəyini bəyan edib. Bu qlobal qarşıdurmanın bir fraqmentidir. 

Sülhəddin Əkbər: “Türkiyənin Rusiyanın hərbi və yük gəmilərinin boğazlardan keçişinə qadağa qoyacağını düşünmürəm”.


- Rusiya ilə Türkiyə arasında təyyarə krizindən sonra yüksələn gərginlik fonunda Türkiyə birtərəfli qaydada Rusiyanın hərbi və yük gəmilərinin boğazlardan keçişinə qadağa qoya bilərmi və bu baş verərsə, Rusiyanın Aralıq dənizindəki mövqeləri nə qədər zəifləyə bilər?

- Rusiya ilə Türkiyə arasında savaş halı hələki yoxdur. Buna görə də Türkiyənin Rusiyanın hərbi və yük gəmilərinin boğazlardan keçişinə qadağa qoyacağını düşünmürəm. Bu məsələ 1936-cı ildə imzalanmış Montrye müqaviləsinə əsasən tənzimlənir. Ona görə də hansısa sıxıntının olacağını hesab etmirəm.

- Qərb koalisiyasına bağlı olan Suriya müxalifətini bombalayan Rusiya bir neçə gün öncə  humanitar yardım karvanını bombaladı. Lakin növbəti dəfə Rusiya tərəfi bu faktı təsdiq etmədi. Rusiyanın Suriyadakı bu davranışları Suriya probleminin həllinə və İŞİD-in ortadan qaldırılmasına mane olmur ki?

- Putinin davranışı böyük dövlət başçısına yaraşan hərəkət deyil. 2008-ci ildə Gürcüstan və Ukrayna böhranına görə Qərbdən lazımi cavabı almadı və düşünürdü ki, Suriyada istədiyi kimi davrana biləcək. Eyni zamanda Putin Türkiyənin öz sərhədlərini bu qədər aydın və birmənalı şəkildə qoruma idarəsini nümayiş etdirəcəyini gözləmirdi. Sentyabrın 30-dan, əməliyyatların başladığı ilk gündən Rusiya Türkiyənin hava sərhəddini pozmağa başlayıb. Xüsusən də oktaybrın 3-4-də belə hallar təkrarlanmışdı. Türkiyənin xəbərdalıqlarına baxmayaraq, proses davam edirdi. Rusiyanın Suriyada İŞİD-i bəhanə edib Bəşər Əsəd rejimini möhkəmləndirməsi, onun nəzarətində olan əraziləri artırmaq üçün bütün müxalifəti, o cümlədən türkmənləri bombalaması Türkiyəyə bir əlcək atmaq idi. Çünki türkmənlər türkdülər və Türkiyənin öz soydaşlarına sahib çıxacağı bəlli idi. Eyni zamanda bombalanan Suriya müxalifəti də Qərb tərəfdən dəstəklənildi. Əslində Rusiyanınkı Türkiyəyə meydan oxumaq idi və mənə elə gəlir ki, Türkiyə bu meydan oxumaya cavab verməyə məcbur idi. Bu baxımdan Rusiyanın müsbət rol oynayacağını heç kim gözləmir. Görünən odur ki, Rusiya məqsədli şəkildə Türkiyə ilə münasibətləri pozmağa doğru gedir və əsas məqsəd Türkiyənin Suriyada aktiv rol oynamağından çəkindirməkdir”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar