Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kimlərsə hansısa qruplar yaradır və bu qruplar vasitəsilə öz çirkin əməllərini din pərdəsi altında həyata keçirmək istəyirlər“


Nardaran hadisələri AzTV-də yayımlanan “Günün nəbzi” verilişində də müzakirə olunub


Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı din pərdəsi altında insanların ictimasi-siyasi sabitliyə yönəlik hərəkətlərinin ölkə ictimaiyyətinin bütün təbəqələri tərəfindən qətiyyətlə pislənildiyini söyləyib:



“Ölkəmizdə insanların öz dini ayinlərini icra etməsi üçün heç bir məhdudiyyət yoxdur. Belə bir şəraitdə kimlərsə din pərdəsi altına bürünərək, dini məscidi siyasiləşdirərək məsciddə dini ayinləri icra etmək əvəzinə həmin məscidi siyasi kampaniya yuvasına çevirmək cəhdində olacaqlarsa, bunların qarşısı sərt şəkildə alınacaq. Ölkədə dini ayinləri icra etmək üçün kifayət qədər yerlər var. Belə olan şəraitdə biz ənənəvi islam dəyərlərini qorumalı, adət -ənənələrə hörmət etməliyik. Amma kimlərsə hansısa qruplar yaradır və bu qruplar vasitəsilə öz çirkin əməllərini din pərdəsi altında həyata keçirmək istəyirlər. “Müsəlman Birliyi” adlanan qurumun strukturu nə siyasi partiyanın strukturuna oxşayır, nə də QHT strukturuna oxşayır. Bu müəyyən terror əməllərini həyata keçirmək, bununla bağlı təbliğat işi aparmaq, gizli formada fəaliyyət göstərmək üçün yaradılan təşkilat növünə bənzəyir. Onların sosial dayaqları yoxdur. Müəyyən ölkələrdə təhsil alıblar. Dinlə bağlı söylədiklərinin heç bir əsası yoxdur. Beş -altı söz əzbərləyib meydana çıxıb başından yuxarı müxtəlif fikirlər söyləyəni əlbəttə, cəmiyyət qəbul etməyəcək”.

Sədrin sözlərinə görə, ölkədə dini sahədə ciddi addımlar atılmalı, gənclərin xaricə gedib bu istiqamətdə təhsil almalarına imkan yaradılmamalıdır:

“Ölkədə dini təhsillə bağlı ciddi addım atmalıyıq. Ölkəmizdən kənara gedib kiminsə haradasa təhsil almasına imkan verməməliyik. Həm ailələr buna imkan verməməlidir, həm də dövlət səviyyəsində müəyyən addımlar atılmalıdır. İstəyirəm ki, qanunu sərtləşdirək. Bununla bağlı Milli Məclisə müraciət edəcəyik. 18 yaşında gənc hansısa ölkəyə gedib dini təhsil alırsa, beş ildən sonra onun beyni, zehniyyəti həmin ölkədəki dini vəziyyətə uyğun olacaq. Məscidə gəlib namaz qıldıqdan sonra oradan gedilməlidir. Amma bizdə elə elə məscidlər var ki, bütün günü orada otururlar. Həmin məsciddə xütbəni rəsmi imam, ya da axund verməldir. Nardaranda yaşayan əhalinin mütləq əksəriyyəti bu hərəkətləri pisləyir”.



Parlamentin İctimai təşkilatlar və dini qurumlar komitəsinin sədri, millət vəkili Siyavuş Novruzov bildirib ki, bunlar hərbiləşmiş terror təşkilatıdır:

“Bu təşkilat tək Azərbaycandan deyil, başqa yerlərdən də idarə olunur. Özlərinin istəyi ilə deyil, başqa qüvvələrin həyata keçirmək istədiklərini burada reallaşdırmaq istəyirlər. Kimsə istəyir ki, Azərbaycan xalqının iradəsinin əleyhinə olaraq burada hansısa dövlət qursun. Bunu zor hesabına həyata keçirmək istəyirsə, bu, mükün deyil. Dövlət hakimiyyət nümayəndələrinə sui-qəsd edilməsi, əhalidə xof yaradılması, ictimai- siyasi sabitliyin pozulması, kənddə gizlənərək adamları yoldan çıxarmaq həm də orada olan inanclı adamların hörmətinə ziyan gətirir. Nardaranda dinə düzgün istiqamətdə inanan insanlar var. Bunların adından istifadə edərək çirkin məqsədlərini həyata keçirməyə çalışırlar. Kiminsə etirazı varsa, məhkəməyə müraciət etsin. Yoxsa kimsə əlinə bir avtomat, qranat götürüb polisə qarşı müqavət göstərəcəksə, ən çox o, bundan ziyan çəkəcək”.



Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev bildirib ki, bu hadisə Azərbaycanın heç bir kəsimi tərəfindən qəbul edilmir:

“Biz bu birliyi dini qurum kimi tanımamışıq və tanımırıq da. Bu gün Şərq ölkəsində gedən bir prosesin Azərbaycana axıdılması üçün yaradılmış bir qrupdur. Həmin prosesi bura gətirmək istəyirlər. Bu rəhbərliyə qısqanc yanaşana dövlətlərin fikirləşdiyi beş- on nəfər gənc onların arxasınca gedirsə, bir gün ayılacaqlar. Tale Bağırzadə özü İsmayıllıdandır, Nardaranda bir ev götürüb icarəyə, gəlib orada yaşayır. Nardaran camaatının adına belə ləkələr yaxır. Nardaran ağsaqqalları buna şərait yaratmamalıdır”. (qafqazinfo.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar