Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İqtisadi böhran bizim hamımıza təsir edib“ - İlham Əliyev


Azərbaycan Belarusla əməkdaşlığın bütün istiqamətlərində pozitiv dinamikanı görür


Azvision.az “Belta” agentliyinə istinadən xəbər verir ki, bunu Belarusda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Aleksandr Lukaşenko ilə görüşü zamanı bildirib.

Prezident İlham Əliyev vurğulayıb ki, iqtisadiyyatın sürətlə inkişaf etdiyi Belarusda sosial problemlər aktiv şəkildə həll olunur. “İndi heç bir dövlət üçün asan vaxt deyil, lakin buna baxmayaraq Belarus pozitiv inkişaf dinamikasını saxlayır, ölkədə ictimai-siyasi sabitlik təmin olunur. İqtisadi böhran bizim hamımıza təsir edib. Lakin Belarus böhranın ən az təsir etdiyi ölkələrdəndir. 

Bizim Belarusla əməkdaşlığımızda heç bir məhdudiyyət yoxdur. Bütün istiqamətlər üzrə pozitiv dinamika və nəticələr görürük. Ölkələr arasında əməkdaşlıq illərin sınağından çıxmış möhkəm dostluğa əsaslanır”, - deyə İlham Əliyev bildirib. 

Azərbaycan prezidenti Aleksandr Lukaşenkonu ölkəmizə rəsmi səfərə dəvət edib: “Hər bir səfər bizim münasibətlərimizin strateji xarakterdə olmasının növbəti siyasi sübutudur. Biz belə görüşlərdə siyasi, iqtisadi, sənaye sahələri ilə bağlı xeyli sayda məsələləri müzakirə edirik”. 

Prezident İlham Əliyev Azərbaycan xalqı adından Belarusa nailiyyətlər arzulayıb: “Bir dost kimi biz həmişə yanınızda olacaq, həmişə sizin uğurlarınıza sevincəyik”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Ən çox oxunanalar