Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tovuzun hakimi mütləq qudaları arasında Arif Səmədov problemi

Tovuzda fəaliyyət göstərən iki qruplaşma var. Bunlardan biri icra başçısı Tofiq Zeynalov digərinə isə müavin Mahir Həsənov rəhbərlik edir


Onlar quda olsalar da maraqları fərqlidir

28 saylı TSEK sədri Səlim Müslümovun qorxusundan tez tələsik Tovuz rayon Mərkəzi Xəstəxanasının baş həkimi olmaq istəyir. İcra başçısı öz qohumuna "hə" desə də, başçının birinci müavini onun bu istəyinə qarşıdır.

Son aylar Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun rayonlara mütəmadi səfərlər edərək vətəndaşları qəbul etməsi və onların şiakyətlərini dinləyərək yerindəcə tədbir görməsi nazirliyin regionlardakı korrupsioner məmurlarının canına vəlvələ salıb. Nazir Səlim Müsülmov vətəndaşları incidən, onların problemlərini həll etməyən məmmurları yerindəcə cəzalandıraraq vəzifələrindən uzaqlaşdırır. Əmək və Əhlinin Sosial Müdafiəsi nazirinin sərt cəzasından əndişə edən bir çox məmurlar isə artıq iş yerlərini dəyişmək yaxud özlərini nəyin bahasına olursa olsun sığortalamaq istəyirlər. 

AzFakt.com-a Tovuzdan daxil olan məlumata görə rəsmi ünvanı Abulbəyli kəndi olan 28 saylı TSEK-in müdiri Arif Səmədov nazir Səlim Müslümovun cəzasından qurtulmaq üçün vəzifəsini dəyişmək istəyir. Arif Səmədova bu işdə köməkliyi isə Tovuz icra başçısı Tofiq Zeynalovun edəcəyi bildirilir. Hər zaman 28 saylı TSEK müdirinə havadarlıq edən icra başçısı bu dəfədə qohumunu qorumaq niyyətindədir. 

Məlumata görə Arif Səmədov TSEK müdirliyindən Tovuz rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə getmək istəyir. Qeyd edək ki, bir aralar rayonda söz gəzirdi ki, Tofiq Zeynalov Arif Səmədovu icra hakimiyyətində yüksək vəzifəyə gətirmək istəyir. Lakin hansısa səbəblərdən başçının bu istəyi alınmadı. İndi isə nazir Səlim Müslümovun korrupsioner məmurları dayanmadan cəzalandırmasından təşvişə düşən TSEK rəhbəri yerini dəyişmək üçün hər gün Tofiq Zeynalovun yanında olur. 

Rayonda gəzən söhbətlərə görə Arif Səmədov bu dəfə rayon mərkəzi xəstəxanasının baş həkimi olmaq istəyir. Məlumada bildirilir ki, hazırda Tovuz rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində işləyən Paşa  Muradov icra başçısının müavini və qudası olan Mahir Həsənovun ən yaxın adamıdır. Paşa Muradovun vəzifəsindən çıxarılmasına qarşı çıxanlardan biri məhz başçının müavinidir. 

İddiaya görə başçının müavini Mahir Həsənovun 28 saylı TSEK sədrindən o qədərdə xoşu gəlmir. Çünki rayonda fəaliyyət göstərən iki qruplaşma var. Bunlardan biri icra başçısı Tofiq Zeynalov digərinə isə müavin Mahir Həsənov  rəhbərlik edir. Hər iki məmur Qovlar kəndindən və quda olmalarına baxmayaraq vəzifə bölgüsündə Tofiq Zeynalovun qohumları böyük üstünlüyə malikdirlər. Məhz buna görədə hər zaman icra başçısının qohumları ilə müavinin qohumları arasında ciddi rəqabət mövcuddur. 

Arif Səmədov isə Tofiq Zeynalov ən yaxın adamı olmaqla bərabər həmdə onun klanına daxildir. İnformasiya mənbəmiz qeyd edir ki, 28 saylı TSEK sədrinin qanusnuzluqları barədə dəfələrlə yüksək instansiyalar şikayətlər edilsədə sonda Tofiq Zeynalov Arif Səmədovu qoruya bilib. Hətta 1 il bundan öncə Səlim Müslümov TSEK sədrini vəzifəsindən çıxartmaq istəyib. İddiaya görə icra başçısı Tofiq Zeynalovun çoxsaylı xahişindən sonra Arif Səmədova xəbərdarlıq edilib və işində ciddi olması, qanunsuzluqlara yol verməməsi şərti ilə bir müddət vaxt verilib. 

Ancaq 28 saylı TSEK sədrinin ona edilən xəbərdarlğı nəzərə almaması və köhnə işini yenədə həminki qaydada davam etdirməsi artıq Səlim Müslümovunda qulağına çatıb. Məlumatlı mənbəmiz bildirir ki, 28 saylı TSEK sədri Arif Səmədov bir neçə aya vəzifəsini itirəcəyini bildiyi üçün tez tələsik rayon mərkəzi xəstəxanasının baş həkimi olmaq istəyir.

Laki onun bu istəyi Mahir Həsənovun maraqlarına qarşı olduğu üçün hazırda Tovuzu tamamilə öz inhisarlarə altına alan qudalar arasında qarşıdurmaya səbəb olub. Kimin qalib gələcəyi isə hələ ki bilinmir.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar