Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Heydər Əsədovun adı marşrut yağmalanmasına qarışdı –ilginc ittiham


Gürcüstanda aclıq aksiyası keçirir “Amal D” şirkətinin sahibi Dönməz Məmmədov Gürcüstan ərazisinə keçərək orada açılıq edir. Sabibkar deyir ki, kənd təsərrüfatı naziri Heydər Əsədovun qohumları onun iş yerini əlindən alıblar:


“Başqa yolum qalmayıb. Mən sahibkar kimi haqqımın bərpasını tələb edirəm. Baş Prokurorluq bu məsələni araşdırmasa, qanuni tədbir görülməsə aclığımı davam etdirəcəyəm. Eyni zamanda Azərbaycan Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliklərinə də müraciət edirəm – haqqı tapdanmış bir sahibkar kimi mənim problemimə diqqət etsinlər”. 

Sahibkar gunxeber.com-a deyib ki, Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin(DANX) 8 saylı Regional MMC-nin şöbə rəisi Anar Səfərlinin qanunsuz tələblərinə son qoymasını, ondan alınaraq kənd təsərrüaftı naziri Heydər Əsədovun qohumlarına verilən 509 saylı marşrutun özünə qaytarılmasını tələb edir: 

“Mənim mətbu orqanlara şikayətimdən sonra DANX 8 saylı Regional MMC-nin nümayəndəsi Ədalət Ağayev çıxıb deyir ki, guya mənim maşınların köhnədir. Tamamilə yalandır. O, başqa cür danışa bilməzdi. Anar Səfərli onu işdən qovardı. Özünü sahibkar kimi təqdim edən Həzi Mikayıl oğlu Həmzəyev Heydər Əsədovun yaxın qohumları olan Əliağa və Kamal Saday oğlu qardaşlarından biri ilə yeznə-qayındır. Marşrutumu bu adamlar bir yerdə işlədirlər. Baş Prokurorluğa teleqram vurmuşam. Onların söylədiklərinin heç bir qanuni əsası yoxdur. Çünki Azərbaycanda paralel olan 2-ci bir marşrut yoxdur. Adını 505 saylı marşrut qoyublar, faktiki mənim 509 saylı marşrutumu təkrarlayır. Bu adamlar məndən marşrutu almaq üçün min bir bəhanə uydururlar. Hansı rəqabətdən söhbət gedir? Mənim avtobuslarımı çıxarıb öz maşınlarını marşruta buraxıblar. Bunun adı rəqabət deyil, quldurluqdur. Baş verənlərlə bağlı Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinə məlumat verilib. Deyilib ki, Sumqayıtda sahibkarın başına oyun açılıb. 3 dəfə məlumat verilib. Mənim marşrutumu kənd təsərrüfatı naziri Heydər Əsədovun qohumuna veriblər. Bu adamlar marşrutumun zorla əlimdən alınmasında iştirak edirlər. Onlar qanunsuzluq etdiklərini çox yaxşı bilirlər. Bilirlər ki, bu məsələ gec-tez araşdırılacaq və cəzalarını alacaqlar”. 

Sahibkar deyib ki, onun marşurutda istifadə etdiyi avtobusların köhnə olması haqda məlumatların doğru olmadığını diqqətə çatdırdı: “Mənim aldığım avtobuslar 2012-2013-cü illərin avtobuslarıdır. Bütün parametrlər üzrə sərnişindaşıma xidmətinə yarayır. Onların marşruta buraxdıqları avtobusların isə əlavə oturucaqları var, köhnə yararsız avtobuslardır. Allah eləməsə qəza olsa sərnişinlər o avtobuslardan çıxa bilməyəcəklər. Zakir Qaralova da yazmışam ki, Heydər Əsədovun adından istifadə etməklə sahibkar kimi mənə qarşı cinayət törədilib. Bu işin araşdırılmasını istəyirəm”. Sahibkar problem həll edilməyincə geri dönməyəcəyini də bildirib: “Bu gün də problem qalır. Mən Gürcüstan Daxili İşlər Nazirliyinə müraciət etməklə Gürcüstan-Ermənistan yolunda aclığa başlayacağam. Hazırda Rustavidəyəm. Başqa yolum qalmayıb. Mən sahibkar kimi haqqımın bərpasını tələb edirəm. Baş Prokurorluq bu məsələni araşdırmasa, qanuni tədbir görülməsə aclığımı davam etdirəcəyəm”.

12306021_10206926407415430_1507479406_n12312382_10206926407375429_245215314_n


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar