Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

General: "Nardaranda əməliyyat davam edəcək"


Nardaranda ictimai təhlükəsizliyin təmin olunması istiqamətində bütün tədbirlər icra olunacaq


Bunu AzTV-yə daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov bildirib.  

Ş.Məmmədov qeyd edib ki, Bakı şəhərinin Nardaran qəsəbəsində baş vermiş məlum hadisələrlə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan daxili işlər nazirinin müvafiq əmrinə əsasən xüsusi əməliyyatın keçirilməsi üzrə tədbirlər planı hazırlanıb: “Tədbirlər planının icrasının təmini məqsədilə Daxili İşlər Nazirliyinin polis orqanlarının və Daxili Qoşunların şəxsi heyəti xüsusi əməliyyat tədbirlərinin həyata keçirilməsinə başlayıb. Xüsusi əməliyyat tədbirləri bu gün səhər tezdən başlayıb və gün ərzində uğurla davam etdirilib. Xüsusi əməliyyat tədbirləri müvafiq göstərişin icrası tam təmin olunana qədər davam etdiriləcək və Nardaran qəsəbəsində ictimai təhlükəsizliyin, ictimai asayişin təmin olunması istiqamətində bütün tədbirlər icra olunacaq".  

Daxili Qoşunların komandanı bildirib ki, bütün hallarda əməliyyata cəlb olunan şəxsi heyət qəflətən qarşıya çıxa biləcək tapşırıqların icrasına hazırdır: "Qəsəbənin ərazisinə giriş və çıxış üzrə buraxılış rejiminə ciddi riayət olunur. Qəsəbə ərazisində müvafiq qurumların, o cümlədən, Daxili Qoşunların şəxsi heyəti və polis orqanlarının əməkdaşları ilə birgə xüsusi əməliyyatların keçirilməsi davam etdirilir".  

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar