Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiya ermənilər üçün yeni mübarizə istiqaməti açmaq istəyir”


Politoloq: “Kars müqaviləsi həmişəlik bağlanan bir müqavilədir”


Rusiyanın bu bitərəfli addımı bölgəyə düşmən mövqeyini sübuta yetirir”.

Bu sözləri PİA.AZ-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Xatırladaq ki, srağagün Rusiya Dövlət Dumasının deputatları 1921-ci il Rusiya-Türkiyə dostluq müqaviləsinin ləğv olunması ilə bağlı qanun layihəsi ilə çıxış ediblər. 1921-ci il Rusiya-Türkiyə dostluq müqaviləsi ləğv olunması hazırkı dönəmdə nəyi dəyişə bilər və beynəlxalq siyasətdə hansı nəticələrə yol aça bilər? Bu sualla PİA.AZ-ın əməkdaşı politoloq Qabil Hüseynliyə müraciət edib.

Image result for qabil hüseynli

Qabil Hüseynli: “Rusiya Dövlət Dumasının deputatlarının qanun layihəsi heç bir hüququ əsasa malik deyil”


Rusiya Dövlət Dumasının deputatlarının qanun layihəsini mənasız hesab edən politoloq Qabil Hüseynlinin fikrincə, Rusiya tərəfin bu qərarının reallaşması mümkünsüzdür:

Rusiya Dövlət Dumasının deputatlarının qanun layihəsi heç bir hüququ əsasa malik deyil. Kars müqaviləsi həmişəlik bağlanan bir müqavilədir. Həmin müqavilə Naxçıvan üzərində Türkiyənin qarantiliyini kimi qəbul edilir. Rusiya ermənilər üçün yeni mübarizə istiqaməti açmaq istəyir. Bu qərarın indiki şəraitdə heç bir əhəmiyyəti olmayacaq. Çünki bu müqavilə Türkiyənin də razılığı olarsa, qüvvədən düşmüş sayıla bilər. Yəqin ki, Türkiyə bu müqaviləni həmişə qüvvədə saxlayacaq. 

Rusiyanın bu bitərəfli addımı bölgəyə düşmən mövqeyini sübuta yetirir. Ona görə də hesab edirəm ki, Rusiya tərəfinin bu çıxışını mənasız və özünü yorma kimi dəyərləndirirəm. Eyni zamanda Azərbaycan-Türkiyə münasibətlərinə müəyyən mənada zədə gətirən davranış kimi qiymətləndirirəm”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Tbilisidə aksiyaçıların bir qismi dağılışmağa başlayıb - Yenilənib

Ən çox oxunanalar