Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mehriban Əliyeva Münxendə tədbirdə iştirak edib


Fevralın 13-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində bir sıra mövzularda müzakirələr aparılıb


Tədbirlərdə Azərbaycanın birinci xanımı Mehriban ƏliyevaHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva konfransın “Hədsiz böhranlar, dünya nizamını pozanlar, köməksiz müdafiəçilər: dünya nizamının vəziyyəti” mövzusunda müzakirələrin aparıldığı tədbirdə iştirak edib.

NATO-nun baş katibi Yens Stoltenberqin, Rusiyanın Baş naziri Dmitri Medvedevin, Fransanın baş naziri Manuel Valsın, Münxen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşingerin, ABŞ-ın dövlət katibi Con Kerrinin, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin və digər nüfuzlu şəxslərin iştirak etdikləri tədbirdə əsasən beynəlxalq təhlükəsizliyə yönələn təhdidlərin qarşısının alınması, dünyadakı münaqişə ocaqlarındakı vəziyyət və bu təhlükələrdən xilas yolları müzakirə olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva isə Münxen Təhlükəsizlik Konfransının gənc liderləri sırasında müzakirələrin gedişini izləyib.

Qeyd edək ki, 2009-cu ildən başlayaraq hər il Münxen Təhlükəsizlik Konfransı və Korber Fondu dünyanın müxtəlif yerlərindən olan 25 gənc liderin görüşünü təşkil edir. Gənc liderlərə Münxen Təhlükəsizlik Konfransında yüksək səviyyəli şəxslərlə debatlar aparmaq və ünsiyyət qurmaq imkanı yaradılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar