Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəbhəyanı rayonların icra başçıları: “Yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində yüzlərlə evə ziyan dəyib“

Ermənilərin ötən gecə təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrini atəşə tutması nəticəsində Tərtərdə 58 evə ziyan dəyib


Bu barədə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib.

O qeyd edib ki, ötən gecə saat 23.30-dan başlayaraq gecə saat 04.00-dək rayon erməni silahlı bölmələri tərəfindən atəşə tutulub. Nəticədə 2 məktəb binası, 1 mağaza, 1 pambıq qəbuledici məntəqəyə ziyan dəyib.

İcra başçısı həmçinin qeyd edib ki, atılan mərmilər rayon ərazisində 2 elektrik ötürücü yarımstansiyanı partladıb, nəticədə 20 kəndə elektrik enerjisinin verilişi dayandırılıb: “Hazırda həmin kəndlərə elektrik enerjisinin verilişinin bərpa edilməsi üçün tədbirlər görülür. Mülki əhali arasında ölən və yaralanan yoxdur”. M.Məmmədov ermənilərin təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrini atəşə tutması nəticəsində aprelin 2-dən bu günədək rayonda 256 yaşayış evinə ziyan dəydiyini açıqlayıb.

Ermənilərin ötən gecə yaşayış məntəqələrini atəşə tutması nəticəsində Ağcabədi rayonundakı yaşayış evlərinə də ciddi ziyan dəyib. Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov qeyd edib ki, son günlər düşmənin zərbələri nəticəsində rayonda 25-ə yaxın evə ziyan dəyib: “Qaraxanlı kəndində bir yaşayış evi yanaraq tamamilə sıradan çıxıb. Əksər evlərin dam örtüyünə mərmilər düşüb, bir çox evin şüşələri qırılıb. Ölən və yaralanan yoxdur”. (APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar