Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Döyüş yaralarına 24 il dözən şəhid atası oğul dərdinə 24 gün tab gətirmədi - Fotolar

Naxçıvandan olan Rasim Məmmədov aprelin 2-də Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub


Doğulduğu Naxçıvan şəhərində böyük izdihamla dəfn olunan şəhidin 40 mərasimi keçirilmədən atası Əbdül Məmmədov da aprelin 27-də vəfat etdi.

Əbdül Məmmədov Azərbaycan siyasətinin tanınmış simalarından olan Sərdar Cəlaloğlunun və Qurban Məmmədovun qardaşı idi. 

Şəhid atası Əbdül Məmmədov 1990-cı illərdə Naxçıvan uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərib. Özünümüdafiə dəstələrindən birinin komandiri olan Əbdül Məmmədov döyüşlərdə göstərdiyi fədakarlıq və şücaəti ilə diqqət mərkəzində olub. 

Döyüşlər zamanı yaralanan Ə.Məmmədov bu ağrılarla 24 il yaşadı. 

ADP sədri Sərdar Cəlaloğlu qardaşının vəfatı ilə bağlı musavat.com-a danışıb. Ə.Məmmədovun Naxçıvanın müdafiəsi uğrunda gedən döyüşlərdə fəal iştirak etdiyini deyən S.Cəlaloğlu qardaşının döyüş xatirələri haqda bunları deyib: “Qardaşım 90-cı illərin əvvəlində Naxçıvanda polis nəfəri kimi çalışırdı. Naxçıvanda özünümüdafiə dəstələri yaradılarkən həmin dəstələrdən birinə rəhbərlik edirdi. İlk olaraq Babək rayonunun qorunmasını təşkil edirdilər. Milli Ordunun yaradılması haqda fərman verildikdən sonra özünümüdafiə dəstələri Milli Ordunun tərkibinə keçdi. Sonrasında qardaşım Milli Orduda kapitan rütbəsi alaraq, batalyon komandiri kimi xidmətə başladı. Sədərək istiqamətində Naxçıvanın müdafiəsini təşkil edirdilər.

Naxçıvanda strateji əhəmiyyəti olan Mil düzü uğrunda döyüşlərdə böyük qəhrəmanlıq göstərib. Mil düzü indiki Lələtəpə kimi böyük əhəmiyyətli ərazilərimizdən biri idi. Mil düzünü almaq istəyən ermənilərə qarşı döyüşlərə qardaşım rəhbərlik edirdi. Onların dəstəsi Mil düzünü düşmən işağlından qorumağı bacardı. Həmin döyüşlərdə Əbdül yaralandı.

O zaman Heydər Əliyev qardaşıma Milli Qəhrəman adı verilməsi üçün Naxçıvan Ali Məclsinin sədri olaraq, iki dəfə Bakıya təqdimat göndərmişdi. Lakin siyasi intriqalar var idi. Dedilər ki, guya bu təqdimatlar itib. O zamandan onun xidmətləri qiymətləndirilmədi”.

Əbdül Məmmədov aldığı güllə yarasında sonra iflic olub. 24 il yataq xəstəsi olan Ə.Məmmədov bir dəfə Əbülfəz Elçibəyin prezident olduğu dövrdə Almaniyaya müalicəyə göndərilib. Lakin onu aldığı yaranın cəngindən xilas etmək mümkün olmayıb. Ağciyər və onurğasından aldığı yaralar onu iflic edib.

S.Cəlaloğlu bildirib ki, qardaşı 24 il ərzində 6 dəfə kliniki ölüm keçirib: “Çox ağır xəstəlik keçirdi. Oğlunun şəhid olmasından sonra vəziyyəti pisləşdi. Artıq həyatla vidalaşmışdı. Ölümündən 3 gün əvvəl telefonla danışmışdıq. Dedi ki, ona görə narahat olmayaq. Əsas narahatlığı şəhid oğlu ilə bağlı idi. Qorxurdu ki, oğlu da onunla eyni taleyi bölüşəcək. Oğlunun layiq olduğu diqqəti və qayğını görməsini arzulayırdı. Qardaşım 24 il aldığı yaralarla yaşadı, amma 24 gün oğul dərdi ilə yaşaya bilmədi. Yalnız danışa və qidalana bilirdi. Bədəni tamamilə iflic olmuşdu. Xanımı 24 il ona qulluq etdi. Bu, böyük fədəkarlıqdır. Xanımı 24 il yataq xəstəsi olan həyat yoldaşına sonadək qulluq etdi”.

Qardaşının ömrünün sonlarında gördüyü diqqətdən razı olan S.Cəlaloğlu əvvəlki illərdən narazı olduqlarını qeyd etdi: “24 il ərzində onun komandir kimi təqaüd almasına nail ola bilmədik. Adi hərbçi kimi təqaüd alırdı. Məhkəməyə müraciətdən sonra buna nail olduq. Milli Qəhrəman adı alması üçün məsələ qaldırdıq. Amma mümkün olmadı. Son zamanlar isə münasibət dəyişmişdi. Sosial yardım da verilirdi, mənzillə təmin olunmuşdu. Birinci qrup əlil kimi təqaüd alırdı. İş adamları da kömək edirdi. Qardaşımı da şəhid adlandıra bilərəm. Çünki o, döyüşdə aldığı yaralarla 24 il yaşadı. Bunun nəticəsində də dünyasını dəyişdi”.

Qeyd edək ki, Əbdül Məmmədov dünyaya gəldiyi Cəhri kəndində şəhid oğlunun yanında torpağa tapşırılıb. (musavat.com)






pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar