Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sülhəddin Əkbər: “Danışıqlar dayanacaq və hərbi konfliktin yeni fazaya keçməsi ehtimalı artacaq” - Müsahibə


“Rusiya göstərmək istəyir ki, əgər Azərbaycan Rusiyanın təkliflərin qəbul etməsə, Gürcüstanda necə Abxaziya və Cənubi Osetiyanın müstəqilliyi tanınıb və orada rus bazaları yaradılıb Dağlıq Qarabağın da taleyi elə ola bilər”


Azərbaycan Atlantik Əməkdaşlıq Təşkilatının sədri Sülhəddin Əkbər: “Qondarma "Dağlıq Qarabağ Respublikası"nın Ermənistan tərəfindən tanınması Azərbaycana Rusiyanın Ermənistan üzərindən siyasi diplomatik təzyiqidir”

Ermənistan hökuməti mayın 5-i parlamentdə Qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı müzakirə keçirəcək. Bu barədə dünən Ermənistan mətbuatı məlumat yayıb. Qanun layihəsinin müəllifləri müxalif “İrs” partiyasının parlament fraksiyasının rəhbəri Zarui Postancyan və Erməni Milli Konqresinin deputatı Qrant Baqratyandır. Ermənistan hökümətində hesab edirlər ki, bu yolla onlar qondarma "respublika"nın müdafiə gücünü artıracaqlar. 

Ermənistan hökümətinin yaxın günlərdə qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması məsələsi ilə bağlı PİA.AZ  Azərbaycan Atlantik Əməkdaşlıq Təşkilatının sədri Sülhəddin Əkbərin müsahibəsini oxuculara təqdim edir:

-Sülhəddin bəy Qondarma "Dağlıq Qarabağ Respublikası"nın Ermənistan tərəfindən tanınması hazırkı durumda istər hərbi, istərsə də siyasi baxımdan bölgədə nələrisə dəyişə bilərmi? Bu durumda münaqişə ətrafında tamamilə yeni situasiya yarana bilərmi?

-Mən hesab edirəm ki, qondarma "Dağlıq Qarabağ Respublikası"nın Ermənistan tərəfindən tanınması Azərbaycana Rusiyanın Ermənistan üzərindən siyasi diplomatik təzyiqidir. Yəni bu təzyiqlər göstərilir ki, Azərbaycan hakimiyyəti Rusiyanın tələblərini qəbul etsin. Bildiyimiz kimi bu tələblər də, həm Dağlıq Qarabağ məsələsi ilə (yəni Dağlıq Qarabağa rus sülhməramlılarının gətirilməsi)eyni zamanda da Azərbaycanın Avrasiya İqtisadi Birliyinə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına girməsi ilə bağlıdır. 

Yəni bir söznən Ermənistan kimi Azərbaycanın da Rusiyanın strateji nəzarətinə keçməsi ilə bağlı təzyiqlər artıq və bu təzyiqlər yaxın iki ay ərzində yüksələn xətlə gedəcəkdir. Əvvələr də belə cəhdlər olubdur. Doğrudan da bu siyasi diplomatik vasitəsi deyilsə və Ermənistan belə bir addım atarsa, təbii ki, bu konflikt ətrafında vəziyyəti daha da gərginləşdirəcəkdir. Danışıqlar prosesi dayanaqcaq və hərbi konfliktin yeni fazaya keçməsi ehtimalı artacaq. Bu da istər- istəməz  Azərbaycan daxilində, həm  Azərbaycan-Ermənistan münasibətlərində, həm də Azərbaycan- Rusiya münasibətlərində gərginliyi artıracaq.

Sülhəddin Əkbər: “Ermənistan kimi Azərbaycanın da Rusiyanın strateji nəzarətinə keçməsi ilə bağlı təzyiqlər artıq və bu təzyiqlər yaxın iki ay ərzində yüksələn xətlə gedəcəkdir”.


-Ermənistanın qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanınması təhdidi Azərbaycana qarşı şantaj olaraq dəyərləndirilə bilərmi?

-Mən qeyd etdim, bu Ermənistandan öncə Rusiyanın şantajıdır. Rusiya göstərmək istəyir ki, əgər Azərbaycan Rusiyanın təkliflərin qəbul etməsə, Gürcüstanda necə Abxaziya və Cənubi Osetiyanın müstəqilliyi tanınıb və orada rus bazaları yaradılıb Dağlıq Qarabağın da taleyi elə ola bilər. Yəni Abxaziya və Cənubi Osetiya misalı ilə Azərbaycan şantaj olunur.

Sülhəddin Əkbər: “Dağlıq Qarabağı problemini yaradan başlıca qüvvə Rusiyadır”.


-Sizin fikrinizcə Ermənistanın qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanıması, daha əvvəllər Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyan Rusiya tərəfindən necə qarşılanacaq və bu hadisə Rusiyanın sülh məramlı missiyasına ziyan vurmur ki?

-Bu hiyləgər plan elə Rusiyanındır. Dağlıq Qarabağı problemini yaradan başlıca qüvvə Rusiyadır. Erməniləri Qafqaza, Azərbaycan torpaqlarına da gətirən, erməni vilayətin yaradan, Dağlıq Qarabağa muxtar vilayət verən də, Azərbaycan torpaqlarında erməni dövləti yaradan da, Zəngəzuru verən də Rusiyadır. Tarixə nəzər salsaq bütün bunların şahidi olarıq. Yəni hələ 1722-ci ildən Pyoturun vaxtından isti dənizlərə çıxma strategiyasının tərkib hissəsidir. Mərhələ-mərhələ bu plan həyata keçirilir. Bu mərhələ də bunlardır:

1. Ermənilərin Azərbaycan torpaqlarına gətirilməsi;

2. 1828-dən sonra erməni vilayətinin yaradılması;

3. 1918-ci ildə Azərbaycan torpağında İrəvan xanlığının yerində erməni dövlətinin yaranmasi;

4. Bu mərhələdə də erməni dövlətinin genişlənməsi başlayır. Yəni bu proses də 1918-ci ildən bu günə qədər də davam edir. Buna misal olaraq Zəngəzurun, Naxçıvanın doqquz kəndinin, Qazaxda Kəmərli torpaq sahəsinin verilməsi, hətta digər torpaq sahələrinin də verilməsi və bu gün də Dağlıq Qarabağ məsələsi. 

Bunların hamısı Rusiyanın 1722-ci ildən həyata keçirdiyi strategiyanın tərkib hissəsidir. Sadəcə Azərbaycan cəmiyyətində yalnış bir təsəvvür yaradılıb ki, guya bu elə Ermənistan-Azərbaycan münaqişəsidir. Biz nə qədər ki, belə baxırıq bu məsələnin həlli mümkün deyil.

Sülhəddin Əkbər: “Ermənsitan Dağlıq Qarabağın müstəqilliyini tanısa, bu Ermənistanın təkcə Azərbaycana deyil  beynəlxalq birliyə də meydan oxuması deməkdir”.


-Ermənistanın qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanınması Lavrov planının iflasına səbəb ola bilərmi? Hesab etmək olarmı ki, Ermənistan höküməti bu yolla mərhələli sülh sazişinin üzərindən xətt çəkir?

-Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanıması artıq danışıqlar prosesinin dayanması demək olacaq. Bu birtərəfli qaydada artıq Ermənistanın bütün beynəlxalq hüquqa meydan oxuması demək olacaq. Yəni əgər Ermənsitan Dağlıq Qarabağın müstəqilliyini tanısa, bu təkcə Azərbaycana meydan oxunulması olmayacaq. Çünki bildiyimiz kimi danışıqlar prosesin artıq 20 ildən artıqdır ki, BMT-in verdiyi mandat əsasında ATƏT-in Minsk qrupu aparır. 1990-ci illərdən də bu danışıqlar gedir. Belə bir hadisə olsa demək ki, Ermənistan beynəlxalq birliyə də meydan oxuyacaq. Ona görə də mən hesab edirəm ki, ortalığa atılan bu məsələ ancaq Azərbaycana şantajdır.

-ATƏT Minsk Qrupunun bu durumda vəziyyəti necə olacaq? Ermənistanın qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanınması ATƏT Minsk Qrupunun tamamilə iflasına yol açmır ki?

Bunu zamanla görmək mümükün olacaq.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ən çox oxunanalar