Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Böyük güclərin geosiyası savaşı Suriyadan Cənubi Qafqaza keçir?


Siyasi şərhçi: “Bundan sonra Azərbaycanın Rusiya və Qərb arasında manevr etmək imkanları məhdudlaşır. Ona görə də Rusiyadan qorxmaq düzgün siyasi addım deyil”


Azərbaycan ABŞ-ın strateji maraqları çərcivəsinə daxil olmalıdır ki, Gürcüstanı, Ukraynanı müdafiə etdiyi kimi bizi də müdafiə etsin”

Bu fikirləri PİA.AZ-a Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri Dağlıq Qarabağ münaqişəsinin aktivləşməsi  fonunda ABŞRusiyanın güclərini Azərbaycan və Gürcüstanda sınamağa qalxmaları barədə bəzi iddiaları şərh edərkən bildirib.

Xatırladaq ki,  Suriya problemi ətrafında ABŞRusiya atəşkəs məsələsində razılığa gəlib. Bu əməkdaşlıq yalnız Suriya məsələsində alınıb.Belə ki, ABŞ Rusiyaya daha ağır sanskiyalar tətbiq etmək üçün Nümayəndələr palatası tərəfindən yeni layihələr hazırlayır.  Dağlıq Qarabağ münaqişəsinin aktivləşməsi geosiyası savaşın Suriyadan Cənubi Qafqaza keçməsi anlamına gələ bilərmi? 

PİA.AZ-ın əməkdaşı bu mövzünü politoloq Natiq Miri ilə müzakirə edib.




Natiq Miri: “Qərb və Rusiya qarşıdurması Krım hadisələri fonunda davam etdikcə, Qarabağ da bu prosesin tərkib hissəsi olaraq daim təhlükədə olacaq”


 Politoloqun fikrincə, Rusiya Suriya müharibəsinin həllində ABŞ ilə razılığa gəlsə də, bəzi məsələlər hələ də Rusiyanı razı salmır. Bu əsasən Cənubi Qafqaz bölgəsi ilə bağlıdır. Belə ki, Gürcüstanın NATO-ya üzvlüyü məsləsi, Bakı-Tbilisi-Qars dəmiryolu xətti və İpəkyolu layihəsi Rusiyanın maraqlarına cavab verməyən məsələlərdir. Buna görə də Azərbaycan son yaşanan siyasi gedişlər fonunda özünə strateji yol seçməlidir:

“Gördüyümüz kimi artıq Suriya cəbhəsində vəziyyət razılaşmaya  doğru gedir. Həm Rusiya, həm də Amerika hərbçiləri  birgə Hələbdə, xüsusəndə Allepo şəhəri ətrafında atəşkəsinbərpası üçün  konkret sxem hazırlayıblar. Bu da atəşkəsin təmin olunmasına və sülh planının hazırlanmasına şərait yaradır. Ancaq bu o demək deyil ki, Rusiyanın bütöv planda geosiyası maraqları təmin olunur.  Belə ki, Rusiyanın Ukraynada apardığı müharibə  davam edir. Buna görə Qərb dünyasının  Rusiyaya tətbiq etdiyi sansksiyalar qüvvədədir. Artıq ABŞ Konqresinin nümayəndələr palatası Rusiyadakı  sansksiyaları daha da gücləndirmək üçün yeni layihələr hazırlayır. Bu da göstərir ki, Ukraynada müharibə bitməyincə və  Rusiya öz qoşunlarını Krımdan çıxarmayana qədər bu sanksiyaların ləğvi mümkün deyil. Ona görə də Rusiya öz geosiyasi maraqlarını təmin edənə qədər Ukraynada və  Qarabağ cəbhəsində gərginlik davam edə bilər. O baxımdan Qarabağ münaqişəsini və cəbhə xəttində olan gərginliyi  qətiyyən istisna etmək olmaz. Ona görə də düşünürəm ki, Qərb və Rusiya qarşıdurması Krım hadisələri fonunda davam etdikcə Qarabağda bu prosesin tərkib hissəsi olaraq daim təhlükədə olacaq.

Natiq Miri: “Rusiya öz geosiyasi maraqlarını təmin edənə qədər Ukraynada və  Qarabağ cəbhəsində gərginlik davam edə bilər”.


Rusiya öz geosiyası maraqlarını təmin etmək üçün Cənubi Qafqazdakı münaqişələrdən daim istifadə edib. Ona görə bu təhlükə davam etdikcə  həm Qarabağ, həm də Gürcüstan Osetiya, Abxaziya cəbhəsində qarşıdurmalar davam edəcək. Onu də nəzərə almaq lazımdır ki, Gürcüstanın Natoya üzvlüyü məsələsi var ki, bu da  Rusiyanın maraqları səviyyəsində deyil və buna qarşıdır. Digər tərəfdən Rusiyadan yan keçən Cənub Qaz dəhlizi var ki, bu qlobal proyektində icratına başlanılıb. Maliyyə məsələləri də həll olunduğu üçün son mərhələyə gəlib çatıb. Rusiyadan yan keçən yeni kommunikasiya tranzit xətti  olan Bakı-Tbilis-Qars dəmiryolu  və  İpəkyolu layihəsinin icratına başlanılacaq. Bunlar Rusiyanın maraqlarına cavab verməyən layihələrdir. Bu layihələr qaldıqca bu təhlükələr də mövcud olmaqda davam edəcək. Əgər Suriya böhranı  öz həllini taparsa bu Ukrayna və Cənubi Qafqaz problemlərinin həllinə də sirayət edə bilər. 

 Bitərəflik mövqeyi düzgün addım deyil. Bundan sonra  Azərbaycanın Rusiya və Qərb arasında manevr etmək imkanları məhdudlaşır. Ona görə də Rusiyadan qorxmaq düzgün siyasi addım deyil. Əksinə Rusiyanı təsirsiz hala gətirmək üçün Azərbaycan bəzi geosiyasi addımlar atmalıdır. Bu da nədən ibarətdir? Təbii ki, dəvədən böyük fil var. Bu fillərlə əməkdaşlığı davam etdirmək üçün Azərbaycan qərbə inteqrasiya etməldir. Eyni zamanda Natoya inteqrasiya msələsini gücləndirməldir. Azərbaycan ABŞ-ın strateji maraqları çərcivəsinə daxil olmalıdır ki, Gürcüstanı, Ukraynanı müdafiə etdiyi kimi bizi də müdafiə etsin. Azərbaycanın  ABŞ , qərb dünyası ilə məsafə saxlaması  təhlükəsizlik baxımından doğru addım olmayacaq. Ona görə də Azərbaycan strateji seçimini ortaya qoymalidır”.

Sübü ƏZİZOVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar