Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Laçının işğalına səbəb olan xəyanət


Keçmiş alay komandirindən şok açıqlamalar


Azərbaycanın qədim tarixi ərazisi olan Laçın rayonunun Ermənistan tərəfindən işğalından 24 il keçdi. 

1992-ci il mayın 18-də erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan edib. İşğal nəticəsində 63 min 341 Laçın  sakini öz yurdundan didərgin düşüb. 1835 kvadrat kilometr ərazisi olan rayonun 121 kəndi olub.

Laçının işğalı zamanı 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal altında 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi qalıb.

1992-ci il mayın 8-də Azərbaycanın qədim Şuşa şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra Laçın ətrafında yerləşən rayon və yaşayış məntəqələrini işğal edən erməni silahlı qüvvələri intensiv olaraq ağır artilleriya silahlarından rayon mərkəzini atəşə tutublar.
1992-ci il may ayının 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu mayın 18-də Laçının mərkəzini də işğal edib. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olub.

Laçının işğalı Azərbaycanın çox böyük strateji ərazini itirməsi, Dağlıq Qarabağdakı separatçı rejimin Ermənistanla quru yolunu əldə etməsi demək idi. 

1992-ci ilin 30 aprelinədək Laçın alayının komandiri olmuş Arif Paşa “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, 1992-ci ilin aprelin 30-dək ermənilərin  işğal məqsədilə etdiyi bütün hücumlarının qarşısı alınırdı. 1992-ci il 30 apreldə müdafiə naziri Rəhim Qazıyev Laçın alayının  yeni göndərilmiş briqadaya tabe edilməsi üçün 0151 nömrəli əmr imzalamışdı. Əmrin şapka hissəsində alayın briqadaya birləşdirilməsi, icra hissəsində isə yazılıb ki, alay ləğv edilsin. 

Əsas kimi isə Laçına şəxsi heyətinin sayı 120 nəfər olan bir briqadanın göndərilməsi göstərilirdi: “Baş Qərargahın hazırladığı bu sənəd çox böyük bir xəyanətə hazırlıq idi. Nazirin qarşısına sənəd qoyulub və nazir də ancaq şapka hissəsini oxuyub imza atıb. Buna görə nazirlə aramızda böyük ziddiyyət yaranmışdı. Sonradan anlamışdıq ki, Rəhim Qazıyevi də aldadıblarmış və bu işin içində çox böyük bir oyun olub. Baş Qərargah rəisi Şahin Musayev idi. 120 nəfərdən ibarət briqada ilə Laçının müdafiə olunmasının mümkünsüzlüyü bəlli idi. Briqadanın komandiri isə Elbrus Orucov idi. 

Onun qısa müddətdə cəmi 120 nəfərlə uğurlu döyüş əməliyyatları, müdafiə sistemi qurması mümkün deyildi. Laçın rayonu ErmənistanDağlıq Qarabağ rejimi ilə 240 kilometrlik təmas xəttində idi. 120 insanla 240 kilometrlik təmas xəttində düşmənin hücumunun qarşısını ala bilmək fiziki baxımdan mümkün deyildi. Laçın alayı ləğv olundu və məndən tələb olundu ki, mayın 6-dək alayın bütün silah-sursatını təhvil verim. Alayın ləğv olunması faktiki olaraq Laçının müdafiəsiz qalması demək idi. 65 minə yaxın əhali cəmi 120 nəfərlik bir briqadanın ümidinə qalırdı. Ona görə də mən alayın ləğvinə və silahların alınmasına etiraz eləmişdim. AXC hakimiyyəti dəyişdikdən sonra mənim bu etirazımı bir komandir kimi Müdafiə Nazirliyinin əmrinə tabe olmamağım kimi tövsif edib məni həbs etdilər. Laçın alayının ləğvindən cəmi 18 gün sonra Laçının işğal olunması mənim o dövrkü etirazımın haqlı olduğunu sübuta yetirmişdi”.

Arif Paşa: “Geri qayıdanda gördüm ki, minaları bir-biri ilə əlaqələndirən naqillər kəsilib; qəfildən məlum oldu ki, bizim tankların və BTR-lərin motorlarına qum tökülüb”


Keçmiş komandir daha sonra dedi ki, Laçın alayının döyüşçülərinin böyük əksəriyyəti rayonda olub. Onlar rayonun bütün relyefinə bələd idilər, onların ailələri,  ev-eşikləri Laçında idi. Bu insanlar Laçını qoruyurdu və nəyin bahasına olur-olsun qorumaqda maraqlı idilər. 

Onları qəfildən tərk-silah edib Laçın boyda rayonun taleyini 120 nəfərlik ərazini tanımayan kiçik bir dəstənin ümidinə buraxmaq Laçına, Azərbaycana xəyanət idi: “Biz çox güclü müdafiə planlarını qurmuşduq, döyüşə də mən rəhbərlik eləməli idim. Alayın ləğvi və mənim də komandirlikdən uzaqlaşdırılmağım bu müdafiə və döyüş əməliyyatlarının yerinə yetirilməsinin qarşısını aldı. Alayı ləğv eləməklə Laçının işğalına şərait yaratmış oldular. Mən alayın ləğvinə etiraz etmək üçün qısamüddətli Bakıya gəlmişdim, geri qayıdanda gördüm ki, bizim minaladığımız ərazilərdə minaları bir-biri ilə əlaqələndirən naqillər bir metrdən bir kəsilib. Biz hazırlaşmışdıq ki, 15 mayda Ermənistanın Gorus rayonunun arxasına keçib böyük bir ərazini ələ keçirək və həmin ərazi ilə ermənilər tərəfindən yenicə işğal olunmuş Şuşanın dəyişdirilməsi tələbini qoyaq. Qəfildən məlum oldu ki, bizim tankların və BTR-lərin motorlarına qum tökülüb. Bax bu cür təxribatlar var idi və bütün bu təxribatlar Laçının işğalına hesablanmışdı.

Laçın rayonu Rusiyanın iradəsi ilə ermənilər tərəfindən işğal edilib. Rusiyanın iradəsini Azərbaycanda yerinə yetirən qüvvələr var idi. Həmin qüvvələr Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə yox, Rusiyanın istəklərini yerinə yetirməyə xidmət edirdilər. 

Həmin dövrdə Azərbaycanın yeni yaranmaqda olan ordusunun daxilindəki Rusiyanın iradəsini ifadə eləyən zabitlər olmasaydı, ola bilsin ki, Qarabağ savaşının nəticələri bir qədər başqa şəkildə ola bilərdi". 

A.Paşa onu da xatırlatdı ki, Laçın rayonunun Kəlbəcər istiqamətində olan kəndlərinin əksəriyyəti bir müddət keçdikdən sonra azad olunmuşdu. Artıq Laçın dəhlizinin bağlanması istiqamətində də əməliyyatlar başlanmışdı. Azərbaycan Silahlı Qüvvələrinin bir hissəsi Qubadlı istiqamətindən, bir hissəsi isə Kəlbəcər istiqamətindən zərbələr endirməklə Laçında birləşməli idilər. 

Bu planının yerinə yetirilməsinə çox az qalmış bir zamanda yenə Rusiyanın iradəsi ortalığa gəlib: “İrəli gedən ordumuz çox müəmmalı səbəblərdən geri çağırıldı, müəmmalı hadisələr baş verdi, qəhrəman döyüşçümüz Əliyar Əliyev müəmmalı bir şəkildə şəhid oldu. Bununla da proseslər yenidən ermənilərin xeyrinə getməyə başladı, Laçın dəhlizi bağlanmadı və Ermənistan qoşunlarının əlində qaldı. Təəssüflər olsun ki, bu il aprelin əvvəllərində də uğurlu döyüş əməliyyatları keçirib irəliləyən və bütün torpaqlarımızı azad eləmək ərəfəsindəykən, ordumuz yenə də Rusiyanın iradəsi ilə dayandırıldı". (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar