Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqtisadçı alimdən təklif: “Rayonların sayı 20-ə endirilsin”


Vüqar Bayramov: “2015-ci ilin payızından aparılan islahatları qənaətbəxş qiymətləndirirəm”


“Dövlət Əmlak Komitəsinin bir komitə olaraq İqtisadiyyat Nazirliyinin yanında fəaliyyət göstərməsi daha məqsəduyğundur”.

Bu sözləri 2015-ci ildə Azərbaycan prezidenti iqtisadi islahatlar çərçivəsində bir sıra struktur islahatlarının həyata keçirilməsi üçün fərmanlarının ölkə iqtisadiyyatına təsirini şərh edrkən iqtisadçı ekspert Vüqar Bayramov bildirib.

Bildiyimiz kimi, 2015-ci ildə Azərbaycan prezidenti iqtisadi islahatlar çərçivəsində bir sıra struktur islahatlarının həyata keçirilməsi üçün fərmanlar imzalayıb. Bu fərmanlarla bəzi qurumlar ləğv edilib, bəzi qurumlar isə birləşdirilib.  

Bu islahatların ölkə iqtisadiyyatına təsiri ilə bağlı PİA.AZ-ın əməkdaşı iqtisadçı ekspert Vüqar Bayramovun fikirlərini öyrənib. 

PİA.AZ iqtisadçı alimlə müsahibəni oxucularının diqqətinə cəlb edir:

- Vüqar bəy, 2015-ci ildə Azərbaycan prezidentinin imzaladığı struktur islahatları ilə bağlı fərmanlar ölkə iqtisadiyyatına necə təsir edib və iqtisadi böhrandan çıxmaq üçün atılan bu addımlar yetərlidirmi?

- Son bir il müddətində həm sahibkarlığın inkişaf etdirilməsi,həm də  iqtisadiyyatın inkişafı ilə bağlı real addımlar atılıb. O cümlədən, iqtisadi amnistiyanın verilməsi  də bu sıradandır və prezidentin bu addımı təqdirə layiqdir. Biz bu gün islahatları qiymətləndirsək, ən mühüm məqam Azərbaycanda islahatların aparılması ilə bağlı siyasi iradənin olmasıdır. Bu hal islahatların aparılmasına zəmin yaradır. Ancaq biz aparılan bu islahatlarla yanaşı, daha geniş islahatların aparılmasını təklif edirik. Çünki aparılan islahatların iqtisadiyyatın bütün sahələrini əhatə etməsi üçün islahatların genişləndirilməsinə, kadr islahatlarının aparılmasına  ehtiyac var. Bu islahatlar digər dövlət qurumlarına da əhatə etməlidir. Ümumilikdə 2015-ci ilin payızından bəri aparılan islahatları qənaətbəxş qiymətləndirirəm. Ancaq bu islahatlar davamlı olmalıdır və daha dərin islahat paketinin təqdim edilməsinə ehtiyac var. 


Vüqar Bayramov: “Strateji özəlləşmədə prezidentin qəbul etdiyi qaydalar və fərmanlar rol oynayacaq”.


- Ümumiyyətlə dərin və köklü struktur islahatı olmadan Azərbaycanda iqtisadi inkişaf, xüsusən də özəl sektorun inkişafı mümkündürmü?

- Hesab edirəm ki, hal-hazırda islahatlarla bağlı seçilən istiqamət doğrudur və bunun genişləndirilməsi vacibdir. Biznes müdaxilələrini aradan qaldıran islahatlar paketinin təqdim edilməsinə ehtiyac var. Həmçinin yeni hazırlanan yol xəritəsi tapılmalıdır. Azərbyacanın gələcək inkişafı islahatlardan birbaşa asılıdır. 

- Hansı qurumlarda köklü struktur islahatları həyata keçirilməlidir ki, iqtisadi inkişafda, xüsusən də qeyri neft sektorunda dönüş əldə edilsin və neft sektorundan asılı olmayan yeni iqtisadi təfəkkür meydana  çıxsın?

- Bir sıra sektorlarda bir-birini təqlid edən qurumlar var. Eyni zamanda su sektorunda, kommunal xidmətlərdə birləşmələrə və müəyyən ixtisarlara ehtiyac var. Fikrimcə, enerji sahəsi ilə bağlı vahid qurum formalaşdırılmalıdır. AR Meliorasiya və Su təsərrüfatı ASC və “Azərsu” ASC vahid bir qurumda birləşdirilməlidir. Bundan başqa dövlət quqrumlarının səhmlərinin 49%-nin Qiymətli Kağızlar Bazarında özəlləşməyə çıxarılmasına ehtiyac var.  “Bakı İstilik təchizat” idarəsi kimi çoxlu ayda komunal qirumlar bir qurumun idarəsinə verilməlidir. 

Azərbaycan kiçik ölkə olmasına baxmayaraq, kifayət qədər rayonları var. Biz təklif edirik ki, rayonların sayı 20-ə  qədər endirilsin. Regional idarəetmə qurumları yaradılsın, yerli icra hakimiyyətləri ləğv edilsin. Regional icra hakimiyyəti orqanlarının olması vəsaitə qənaət etmək üçün kifayət edir. Dövlət qurumlarının sayının azaldılması vacibdir. Yeni düşüncəyə malik kadr yanaşmasının yaradılması da olduqca vacibdir. Eyni zamanda bu islahatlar gömrük sitemində özünü göstərməlidir. Məsələn, Gömrük Komitəsi ləğv edilsin və Vergilər Nazirliyi ilə birləşdirilsin. Gömrük xidmətləri tamamən elektornlaşdırılsın və bu xidmətlərin əhəmiyyətli hissəsi “ASAN XİDMƏT” lə bölüşdürülsün. Bu baxımdan islahatlar davam etdirilməlidir. Hal-hazırda aparılan islahatlar pozitiv olsa da, bu son deyil. Azərbaycan daha dayanıqlı inkişafa malik olmaq üçün qeyd etdiyim istiqamətə doğru islahatları həyata keçirməlidir.

Vüqar Bayramov: “Biz təklif edirik ki, rayonların sayı 20-ə  qədər endirilsin. Regional idarəetmə qurumları yaradılsın, yerli icra hakimiyyətləri ləğv edilsin”.


-Özəlləşdirmənin Əmlak Komitəsindən alınması üçün ötən həftə prezident fərman imzaladı. Bu fərmana münasibətiniz necədi? Ümumiyyətlə bir iqtisadi struktur olaraq, Dövlət Əmlak Komitəsinə ehtiyac varmı?

- Biz Əmlak Komitəsinin İqtisadiyyat Nazirliyi ilə birləşdirilməsini təklif etmişdik. Dövlət Əmlak Komitəsinin bir komitə olaraq İqtisadiyyat Nazirliyinin yanında fəaliyyət göstərməsi daha məqsəduyğundur. Çünki kiçik və orta özəlləşmə prosesi artıq bitib. Strateji özəlləşmədə isə prezidentin qəbul etdiyi qaydalar və fərmanlar rol oynayacaq. İri özəlləşmənin prezident tərəfindən idarə olunması  məqsəduyğundur. Ona görə güman edirəm ki, gələcəkdə Əmlak Komitəsinin İqtisadiyyat Nazirliyinin tərkibində  departament kimi fəaliyyəti  daha yaxşı olar.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar