Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şahin Cəfərli: “Rusiya hazırda Barak Obamanın dediyi kimi, regional derjavadır və...”


Politoloq: “Türkiyə-Rusiya münasibətləri yaxşılaşsa belə, Ankaranın Moskva ilə əlaqələri heç vaxt əvvəlki səviyyədə olmayacaq”


“Türkiyə ilə Qərb arasında problemlər ola bilər, lakin Türkiyənin Qərbdən tamamilə üz döndərəcəyinə inanmıram”.

Bu fikirləri  Türkiyənin Avropa Birliyinə üzvlüyü  məsələsini  şərh edərkən politoloq Şahin Cəfərli  PİA.AZ-a müsahibəsində qeyd edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Böyük Britaniyanın baş naziri Devid Kemeron Türkiyənin Ankaranın ancaq 3000-ci ildə Avropa Birliyinə üzv ola biləcəyini söyləyib. Heç kimə sirr deyil ki, Kemeronun bu fikrini demək olar ki, bütün Avropa liderləri paylaşır.  Digər tərəfdən demək olar ki, hazırda dünyada maliyyə xaosu yaranmaqdadır. Və artıq demək olar ki, dünyanın maliyyə vəziyyət Dünya Bankının nəzarətindən çıxır. Eyni zamanda enerji sahəsində də xaos açıqca hiss olunmaqdadır. Bu isə yeni iqtisadi böhranlara yol açır. Xüsusilə inkişaf etməkdə olan dövlətlərdə böhran daha çox hiss olunur. Bəzi Qərb analitikləri hesab edirlər ki, islahatlara, xüsusən də enerji və maliyyə xaosuna son vermək üçün yeni Bretton-Vuds sazişinə ehtiyac var.

Dünyada baş verən geosiyasi hadisələr, həmçinin Avropa Birliyi də daxil olmaqla regional güclərin dünya arenasında siyasi-iqtisadi rolu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Şahin Cəfərlinin fikirlərini öyrənib.

PİA.AZ politoloqla müsahibəni oxucularının diqqətinə cəlb edir:

- Böyük Britaniyanın baş naziri Devid Kemeronun Türkiyənin ancaq 3000-ci ildə Avropa Birliyinə üzv ola biləcəyini söyləməsini Türkiyəni aşağılaması kimi qəbul etmək olarmı? Bu durumda Türkiyənin Rusiya kimi özünü Qərbə qarşı alternativ olaraq qoyması doğru ola bilərmi və buna Türkiyənin resursları, həmçinin müttəfiqləri ola bilərmi?

- Kemeronun Türkiyəni aşağıladığını düşünmürəm. Onun bəyanatı hər şeydən əvvəl, daxili ictimaiyyətə yönəlib. İyunun 23-də İngiltərənin Avropa Birliyində qalıb-qalmamasına dair referendum keçiriləcək. Kemeron ölkəsinin AB-də qalmasına tərəfdardır və referendumda mənfi nəticənin ortaya çıxmasından ehtiyatlanır. Ölkə daxilində AB əleyhdarlarının arqumentlərindən biri məhz Türkiyə ilə bağlıdır. Britaniyalı avroskeptiklər əhalini qorxudurlar ki, Türkiyə tezliklə quruma qəbul ediləcək və bu, Avropanın, o cümlədən Britaniyanın rifahına, təhlükəsizliyinə mənfi təsir göstərəcək. Kemeron isə belə bir ehtimalın olmadığını diqqətə çatdırmaq üçün o cür bəyanat verib.   

Şahin Cəfərli: “Kemeron təbii ki, mübaliğəyə yol verib. Türkiyə 3000-ci ildən daha tez AB-yə qəbul oluna bilər”.


Digər tərəfdən, sirr deyil ki, Avropada Türkiyənin AB-yə üzvlüyünə isti yanaşmırlar. Əslində bu məsələdə nisbətən müsbət mövqe tutan azsaylı ölkələrdən biri elə İngiltərənin özüdür. Avropada Türkiyəyə mənfi münasibətin kökləri, AB-nin ikili standart siyasəti barədə saatlarla danışmaq olar. Digər tərəfdən, məsələyə tərəfsiz və soyuq başla yanaşsaq, Türkiyənin AB standartlarına tam uyğun gəlmədiyini də görmüş olarıq. Türkiyə üzvlük üçün əsas şərt olan Kopenhagen meyarlarına uyğunluqdan bir qədər uzaqlaşıb. Yəni, istər Avropada Türkiyəyə olan münasibəti, istərsə də Türkiyənin öz daxili vəziyyətini nəzərə alaraq qardaş ölkənin yaxın perspektivdə AB-yə üzvlüyünün qeyri-mümkün olduğunu söyləyə bilərik. Kemeron təbii ki, mübaliğəyə yol verib. Türkiyə 3000-ci ildən daha tez AB-yə qəbul oluna bilər. Yaxud da, ümumiyyətlə, heç vaxt AB-yə qəbul edilməz. Bu da mümkün ehtimallardan biridir.   

Türkiyə ilə Qərb arasında problemlər ola bilər, lakin Türkiyənin Qərbdən tamamilə üz döndərəcəyinə inanmıram. Əslində ötən illərdə Türkiyə Rusiya və Çinlə tərəfdaşlığı ön plana çıxararaq Qərbdən müəyyən qədər uzaqlaşmaq xətti seçmişdi. Lakin bu siyasət davamlı olmadı və məlum hadisələr baş verdi. Nəticədə Türkiyə yenidən avrointeqrasiya kursuna geri qayıtdı. 

Nəzərə almaq lazımdır ki, Türkiyə NATO-nun tamhüquqlu üzvüdür, eyni zamanda Avropa Birliyi üzvlüyünə rəsmi namizəddir. Avroatlantik strukturları tərk etmək ən azı yaxın dövr üçün qeyri-mümkündür. Üstəlik, mövcud dünya düzənində başqa real alternativ də yoxdur. Mən hesab edirəm ki, hətta Türkiyə-Rusiya münasibətləri yaxşılaşsa belə, Ankaranın Moskva ilə əlaqələri heç vaxt əvvəlki səviyyədə olmayacaq. Düşünürəm ki, Türkiyə-Qərb müttəfiqliyi zaman-zaman istiləşərək, zaman-zaman isə soyuyaraq davam edəcək.      


Şahin Cəfərli: “Texnoloji inkişafdan geri qalan dövlətlərin yeni dünyada söz sahibi olması mümkün deyil”.


- Demək olar ki, hazırda dünyada maliyyə xaosu yaranmaqdadır. Və artıq demək olar ki, dünyanın maliyyə vəziyyət Dünya Bankının nəzarətindən çıxır. Eyni zamanda enerji sahəsində də xaos açıqca hiss olunmaqdadır. Bu isə yeni iqtisadi böhranlara yol açır. Xüsusilə inkişaf etməkdə olan dövlətlərdə böhran daha çox hiss olunur. Bəzi Qərb analitikləri hesab edirlər ki, islahatlara, xüsusən də enerji və maliyyə xaosuna son vermək üçün yeni Bretton-Vuds sazişinə ehtiyac var. Necə bilirsiniz, artıq dünya çoxqütblü sistemə keçid yaşayır, yoxsa Qərb ABŞ başda olmaqla, vəziyyətə nəzarət edə biləcək?

- Hazırkı təkqütblü düzəni dəyişmək Rusiya, Çin kimi dövlətlərin arzusudur. Xüsusən Rusiya son illər BRİKS, Şanxay Əməkdaşlıq Təşkilatı kimi qurumlardan öz geosiyasi niyyətlərini gerçəkləşdirmək naminə alət kimi istifadə etməyə cəhd göstərib. Ukrayna və Suriyaya hərbi müdaxilədə əsas məqsədlərdən biri də ən azı polisentrik düzənin formalaşmasına nail olmaq və belə deyək, qütblərdən birinə çevrilmək idi. Lakin Çin geosiyasi rəqabətdə Rusiyaya dəstək vermir. Çinin öz müstəqil xətti var və bu dövlət üçün hələlik prioritet məsələ yeni bazarlara çıxış və nəqliyyat dəhlizlərinin inkişafıdır. Rusiya isə təkbaşına mövcud dünya düzənini təftiş etmək gücündə deyil. 

Rusiya hazırda Barak Obamanın dediyi kimi, regional derjavadır və qlobal gücə çevrilmək üçün yetərli potensiala sahib deyil. Qərbin son vaxtlar yeritdiyi siyasət, NATO-nun yeni strategiyası çərçivəsində ittifaqın şərq cinahının gücləndirilməsi və NATO hərbi infrastrukturunun Rusiya sərhədlərinə qədər gətirilməsi, Avropada raket hücumundan müdafiə sisteminin reallaşması məhz Rusiya təhlükəsini neytrallaşdırmağa, onun Avropaya çıxış yollarını qapatmağa və geostrateji məkanının daraldılmasına yönəlib. Rusiyaya biçilən rol regional güc roludur. 

Hazırda maliyyə və texnologiyalar Qərbin və onun şərqdəki - Asiyadakı müttəfiqlərinin (Yaponiya, Cənubi Koreya) əlində cəmləşib. Texnoloji inkişafdan geri qalan dövlətlərin yeni dünyada söz sahibi olması mümkün deyil. Ona görə də, hesab edirəm ki, ABŞ-ın və onun liderlik etdiyi Qərb blokunun hegemonluğu hələ davam edəcək. 


Şahin Cəfərli: “AB-nin bütün çətinliklərə rəğmən, cazibə mərkəzi olaraq qalacağını düşünürəm”.


- Müşahidələr göstərir ki, Avropa Birliyi daha çox sosial birlik olaraq uğur qazana bilir. Siyasi və iqtisadi birlik olaraq isə hazırda tam şəkildə özünü doğrultmur. Misal üçün Almaniya, Britaniya, Yunanıstan və İspaniyanın siyasi və iqtisadi vəziyyəti, həmçinin maraqları tamamilə fərqlidir. Bu misalı çox uzatmaq olar. Sizcə, Avropa Birliyinin sonucda tam olaraq siyasi birliyə nail olmaq imkanları varmı, yoxsa zamanla bu qurum dağıla bilər və MDB tipli bir quruma çevrilə bilər?

- Avropa Birliyinin siyasi-iqtisadi baxımdan özünü doğrultmadığı barədə fikirlərlə razı deyiləm. AB hazırda dünyadakı ən uğurlu dövlətlər birliyi və dəyərlər sistemidir. İqtisadi inkişaf səviyyəsi bütün AB üzvlərində eyni olmaya, müəyyən məsələlərdə maraqlar fərqlənə, fikir ayrılıqları yarana bilər, bunlar təbiidir. Məsələn, Rusiyaya tətbiq olunmuş sanksiyaların uzadılması məsələsində hər dəfə mübahisələr baş verir, bəzi üzv dövlətlər fərqli mövqe ortaya qoyur, lakin yekunda ortaq qənaət hasil olur və razılaşdırılmış qərar ortaya çıxır. Xarici siyasət, təhlükəsizlik, enerji kimi mühüm istiqamətlər üzrə AB ölkələri vahid siyasət yeridir. Əlbəttə ki, AB üzvləri ayrı-ayrılıqda müstəqil dövlətlərdir və bəzi məsələlərdə dövlətlərin öz dəst-xətti olur. Onu da qeyd etməliyik ki, dünyada baş verən hadisələr AB-yə də təsirsiz qalmır. Məsələn, miqrant axını AB-nin yarandığı gündən bəri qarşılaşdığı ən ağır problemdir. Bu məsələ Şengen sisteminə, AB-nin daxili təhlükəsizliyi və rifahına ciddi təhdid yaradıb. Lakin qeyd etdiyi kimi, bu, AB-nin özündən qaynaqlanan problem deyil. AB-nin bütün çətinliklərə rəğmən, cazibə mərkəzi olaraq alacağını düşünürəm.   

- Hesab edirsinizmi ki, Putinin Qərbə qarşı ittifaq yaratmaq cəhdləri uğurla sonlana bilər? 

- Belə bir ehtimal yoxdur.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar