Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elman Rüstəmov Azərbaycanın bank sektorundakı vəziyyətdən danışıb


Azərbaycan xüsusi maliyyə sabitliyi proqramı hazırlayacaq


"Azərbaycanda bank sektorunun dəqiq diaqnostikası aparılır".

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, diaqnostika yekunlaşdıqdan sonra xüsusi maliyyə sabitliyi proqramı hazırlanacaq və reallaşdırılacaq: "Hesab edirəm ki, ölkənin bütün makroiqtisadi strukturları - Maliyyə Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası - ölkədə maliyyə sabitliliyinin təmin edilməsi üzrə birlikdə ciddi iş aparırlar. Bu işlərin nəticəsində xüsusi maliyyə sabitliyi proqramı hazırlanacaq və reallaşdırılacaq".

"Moodys" beynəlxalq reytinq agentliyinin nümayəndə heyəti bu yaxınlarda Bakıya səfər edəcək. Biz onlarla əlaqədəyik, danışacağıq. Onların ölkənin bütün makroiqtisadi institutları ilə görüşləri planlaşdırılır", deyə Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Bəzi KİV-də "Moodys" analitiklərinin Azərbaycan bank sektorunun defoltla üzləşəcəyi barədə hər hansı bir fikirlərinə gəlincə, sədr bildirib ki, belə nəticəyə gəlmək üçün ən azı görüşlərin keçirilməsini gözləmək lazımdır: "Həm yerlərdə bank sektorundakı vəziyyətlə tanış olmaqla, həm də müvafiq qurumlarla görüşdən sonra hər hansı bir bəyanat vermək daha doğru olardı".

"Düşünürük ki, Azərbaycanda maliyyə sabitliyinin təmin olunması istiqamətində bütün maktoiqtisadi orqanlar - Maliyyə Nazirliyi, Mərkəzi Bank, Maliyyə Bazalarına Nəzarət Palatası tərəfindən birgə ciddi iş gedir, bank sektorunun diaqnostikası aparılır. Bunun nəticəsində ortaya bir proqram - maliyyə sabitliyi proqramı qoyulacaq və bu proqramı reallaşdıracağıq. Bütün işlər bu plana uyğun davam etdiriləcək", - deyə E.Rüstəmov qeyd edib.

AMB sədri əlavə edib ki, bank sektorunda aparılan restruktizasiya prosesinin ilk mərhələsi başa çatıb: "AGBank"ın kapitallaşması həyata keçirilib. Palata ilə birlikdə onun likvidlik problemini həll etdik və bank bazara qayıdır. "Bank Standard"ın da sağlamlaşdırılması proqramı gündəlik müzakirə olunur. Qısa müddətdə bu proqramı açıqlayacağıq".

E.Rüstəmov bildirib ki, hazırda hökumət orqanlarında ipoteka sənədlərinə son baxış keçirilir: "Biz də o prosesdə müəyyən dərəcədə iştirak edirik, sorğulara cavab veririk. Ümid edirəm ki, tez bir zamanda bu sənədlər imzalanmaya təqdim olunacaq. Son variantla bağlı hələ qərar olmadığına görə, şərtləri açıqlamaq mümkün deyil. Mənə elə gəlir ki, ipoteka məbləği artırılmalı, xüsusilə kommersiya ipotekası bütövlükdə mənzil tikintisinə dəstək üçün yeni tikilililərə yönəldilməlidir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar