Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyevə “Dünyada ilin adamı” mükafatı təqdim olundu - Yenilənib

Prezident İlham Əliyev 2015-ci ildə “Dünyada ilin adamı” seçilib


Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi və enerji mənbələrinin şaxələndirilməsinə mühüm töhfə verir.

Qlobal transmilli layihələrin həyata keçirilməsində böyük təcrübə toplamış Azərbaycanın ciddi səyləri və liderliyi sayəsində müxtəlif ölkələrin təmsil olunduğu böyük komanda formalaşdırılıb, “XXI əsrin layihəsi” olan “Cənub” qaz dəhlizinin, onun tərkib hissəsi kimi “Şahdəniz-2”, TANAP və TAP layihələrinin reallaşdırılmasına başlanıb və hazırda bu istiqamətdə işlər sürətlə davam etdirilir.

Azərbaycan tarixdə ilk dəfə təşkil olunan birinci Avropa Oyunlarını ən yüksək səviyyədə keçirməklə, ona göstərilən etimadı tam doğruldub və Avropa ictimaiyyətinə əsl idman bayramı hədiyyə edib. Azərbaycan həm də böyük beynəlxalq tədbirləri nümunəvi şəkildə təşkil etmək, onların yeni standartlarını müəyyənləşdirmək bacarığını, öz böyük potensialını bütün dünyaya bir daha təqdim edib.

Azərbaycan qitələri birləşdirən nəhəng nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsində əhəmiyyətli rol oynayır, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin yaradılması üçün böyük səylər göstərir.

Son illər hava, yol, dəniz və dəmir yolu infrastrukturunu ən müasir standartlara uyğun yenidən qurmaqla, Azərbaycan qarşıdan gələn dövrdə bütün regionun inkişafına xidmət göstərəcək beynəlxalq nəqliyyat-tranzit şəbəkəsinin mərkəzinə çevrilib.

Azərbaycan beynəlxalq humanitar tədbirlərə ev sahibliyi etməklə dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, multikultural dəyərlərin təşviqinə, sülh və təhlükəsizliyin təmin edilməsinə əməli dəstək göstərir.

Artıq Bakı şəhəri dünyanın ən müxtəlif ölkələrini təmsil edən nüfuzlu ictimai-siyasi xadimlərin, tanınmış şəxsiyyətlərin iştirakı ilə bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb edən məsələlərin müzakirə olunduğu mərkəz statusu qazanıb.

Cəmi 20 ildən bir az artıq müstəqillik tarixinə malik Azərbaycanın qazandığı uğurlar hətta dünyanın nəhəng ölkələri üçün nümunə hesab oluna bilər. Etiraf edilməlidir ki, bütün bu nailiyyətlər bilavasitə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlıdır.

Göstərilən amilləri nəzərə alaraq və Azərbaycan Prezidentinin fəaliyyətini dərindən təhlil edərək “The Business Year” şirkəti İlham Əliyevi 2015-ci ildə “Dünyada ilin adamı” seçib.

***

Azərbaycan prezidenti İlham Əliyev “The Business Year” jurnalının baş redaktoru Leland Raysı və jurnalın direktoru xanım Betül Çakaloğlunu qəbul edib.

PİA.AZ-ın dövlət başçısının saytına istinadən məlumatına görə, L. Rays İ. Əliyevin İstanbulda keçirilən Dünya Humanitar Sammitində iştirakının və çıxışının önəmini vurğulayıb.

O, Azərbaycanın beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və dünyada gedən iqtisadi proseslərdəki rolunu qeyd edib.

Dünya Humanitar Sammitinin əhəmiyyətinə toxunan prezident İlham Əliyev sammitin bu formatda ilk beynəlxalq humanitar tədbir olduğunu vurğulayaraq tədbirin gündəliyinin geniş sahələri əhatə etdiyini deyib. Beynəlxalq iqtisadi əməkdaşlıq məsələlərinə toxunan dövlət başçısı Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiya olunması istiqamətində görülən işlərdən danışıb.

B. Çakaloğlu jurnalın gördüyü işlər barədə dövlət başçısına məlumat verib. Altı ilə yaxın bir müddətdə ölkəmizlə əməkdaşlıq etdiklərini vurğulayan B. Çakaloğlu jurnalın dünyanın müxtəlif qitələri və ölkələrində yaxşı əlaqələr qurduğunu deyib.

“The Business Year” jurnalının baş redaktoru L. Rays prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfəyə, “Cənub Qaz Dəhlizi”, “Şahdəniz-2”, TANAP və TAP layihələrinin yaradılması və həyata keçirilməsi, mühüm beynəlxalq idman tədbirlərinin, o cümlədən birinci Avropa Oyunlarının nümunəvi təşkilinə və Azərbaycanın çox böyük potensialının dünyada təbliğinə, “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı göstərdiyi səylərə, Azərbaycanı əhəmiyyətli transmilli nəqliyyat layihələrinin mərkəzinə çevirdiyinə, sivilizasiyalar və mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsinə verdiyi böyük dəstəyə, multikultural dəyərlərin təşviqi ilə bağlı beynəlxalq humanitar tədbirlərin keçirilməsi və regionda sülh və təhlükəsizliyin təmin olunması ilə bağlı digər uğurlu fəaliyyətinə görə rəhbərlik etdiyi jurnalın İ. Əliyevi 2015-ci ildə “Dünyada ilin adamı” mükafatına layiq gördüyünü deyib və mükafatı dövlət başçısına təqdim edib.

Dövlət başçısı “The Business Year” jurnalının “Dünyada ilin adamı” mükafatına layiq görüldüyünə görə minnətdarlığını ifadə edib. Prezident İlham Əliyev jurnalın baş redaktoru Leland Raysın təqdimatında Azərbaycanın həyata keçirdiyi siyasətin ən əhəmiyyətli istiqamətlərinin qeyd olunduğunu vurğulayaraq iqtisadi şaxələndirmə, enerji təhlükəsizliyi, multikulturalizm, Azərbaycanın beynəlxalq nəqliyyat mərkəzinə çevrilməsi və bu infrastruktura investisiyaların yatırılması kimi məsələlərin əldə olunmasında regional əməkdaşlığın əhəmiyyətini qeyd edib. Regional əməkdaşlığın yalnız qarşılıqlı inama əsaslandığını deyən dövlət başçısı qarşılıqlı inamın isə multikultural, dini və etnik dözümlülük kimi dəyərlərin təşviqi ilə yaradıldığını bildirib. Bütün bu dəyərlərə görə qürur duyduğunu qeyd edən prezident İlham Əliyev Azərbaycanın təbliğinə və ölkəmizlə bağlı həqiqətləri beynəlxalq auditoriyaya çatdırdıqlarına görə “The Business Year” jurnalına təşəkkürünü bildirib.

Sonda xatirə şəkli çəkdirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar