Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvanlı oliqarxın oğlu və qardaşı uşaqlarının oyuncaqları... - Fotolar


Bakı küçələrində sakinlərin böyük marağına səbəb olan və həvəskar kamera ilə lentə alınan bahalı avtomobillərin kimə məxsus olduğu məlum oldu


Həmin lüks avtomobillər naxçıvanlı oliqarx “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axunovun oğluna və ailə üzvlərinə məxsusdur.

PİA.AZ xəbər verir ki, Musavat.com-un apardığı araşdırma nəticəsində “200” seriyalı, dəyəri yüz minlərlə dollarla ölçülən lüks avtomobillərin naxçıvanlı oliqarxın oğlu və qardaşlarının övladlarına məxsus olduğu üzə çıxıb.

Naxçıvanlı oliqarxın oğlu Allahverdi Axundov və qardaşı uşaqları öz instagram səhifələrində “200” seriyalı avtomobillərini böyük maraqla nümayiş etdirirlər. Avtomobil kolleksiyası arasında qiyməti 650 min dolardan baha olan “Lamborghini Aventador”, 350 min dollar dəyəri olan “Ferrari 458 Speciale”, “Mercedes”, “Maseratti”, “Audi” kimi bir çox markaların lüks modelləri yer alır.

İstagram səhifələrində Axundovlar ailəsinin üzvləri bahalı avtomobilləri ilə yanaşı lüks həyat tərzlərini də nümyiş etdirirlər. Diqqət çəkən məqamlardan biri isə onların İstagram səhifəsində minlərlə izləyicilərinin olmasıdır. Bu avtomobilləri almağı xəyal belə edə bilməyən şəxslər oliqarx övladlarının həyatını izləməklə necə deyərlər, “gözlərinin qurdunu” öldürürlər.

Xatırladaq ki, “Şərurlu İsfəndiyar”ın oğlu Allahverdi bir müddət əvvəl universitetə 650 min dollarlıq “Lamborghini Aventador” ilə gedərkən görüntülənmişdi. Bundan sonra iş adamı mətbuata açıqlamasında xəbəri təkzib etsə də, daha sonra jurnalistlərə qəzəblənərək, “lap elə vertolyotum da var” demişdi.

Naxçıvanlı oliqarxın oğlu bir daha öz avtomobil kolleksiyası ilə gündəmə gəlib. Bu dəfə oliqarx oğlu tək yox, qardaşı və əmisi oğulları ilə birlikdə...

Axundovlar öz isntagram səhifələrində 10 VK 200, 10 VV 200, 10 UU 200, 10 EA 200, 10 DR 200, 10 OX 200, 10 OV 200, 10 LN 200, 10 KO 200, 10 VO 200 dövlət nömrə nişanlı avtomobillərinin paylaşıblar.

“200” seriyalı avtomobilləri paylaşanların hər biri soyadını Axundov olaraq qeyd edib.  Axundovlar ailəsinin toy mərasimlərində “200” seriyalı avtomobillərin kartejini də görmək mümkündür. Axundovlar ailəsinin gənc üzvləri lüks avtomobilləri ilə fotolarını əsasən paytaxtın zənginlər toplaşan məkanlarında, restoranlarda, dəbdəbəli villaların qarşısında çəkdirirlər.

Qeyd edək ki, “Şərurlu İsfəndiyar”ın adı mətbuatda daim qalmaqallar da hallanıb. Bakıda tikinti sektorunda geniş paya sahib olan Axundovun şirkətlərində dəfələrlə sakinlərə məxsus mənzillərin bir neçə nəfərə satılması, alqı-satqı işləri zamanı vətəndaşalrın aldadılması məsələsi gündəmə gəlib.

Oxucular üçün də maraqlı olduğunu düşünürək Axundovların lüks avtomobillərinin fotolarını təqdim edirik:

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar