Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Həsənov: “Bu gün Azərbaycan manatı artıq stabildir“

Bu gün Azərbaycan manatı artıq stabildir, amma qarşıdakı proselərdə nə baş verəcəyini, əlbəttə bu sahəyə nəzarət edən insanlar proqnozlaşdırır və yəgin ki, idarə etməyə çalışırlar və idarə edəcəklər


Bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ANS-ə açıqlamasında deyib.

Ə. Həsənovun sözlərinə görə, dünyanın bütün ölkələrində iqtisadi böhran yaşanarkən, milli valyuta devalvasiyaya məruz qalarkən, ölkənin əsas valyuta mənbələri azalarkən və yaxud onların qiyməti aşağı düşərkən, əlbəttə, yükün bir qismi əhalinin üzərinə düşür: "Azərbaycanda devalvasiya yaşanandan mühüm probləmlərdən biri məhz əhalinin banklara olduğu borcları məsələsidir. Bu məsələ ətrafında uzun müddət cəmiyyətdə müzakirələr keçir, düşünürük ki, bu da zaman-zaman aradan qalxacaq".

Azərbaycan Prezidentinin köməkçisi onu da qeyd edib ki, bank sektoru həddindən artıq ciddi gərginlik qarşısında fəaliyyət göstərməyə məcbur olur: "Əhali də götürdüyü kreditləri geri qaytarmaqda çətinlik çəkir və istər-istəməz məqsədli kredit siyasəti müəyyən qədər çətinliklə üzləşir".

"Amma düşünürəm ki, Azərbaycan dövləti qadirdi, yavaş-yavaş bu problemləri aradan qaldıracaq. Əlbəttə, bunlarla bağlı ayrı-ayrı sahələr üzrə iş gedir, Prezidentin islahatlar üzrə xüsusi bir köməkçi xidməti yaradılıb və xidmət də bu fəaliyyətlə məşğuldur. Azərbaycanda bank, maliyyə sektoruna nəzarət üzrə xüsusi bir agentlik yaradılıb, o agentlik də bu fəaliyyətlə məşğuldur. Düşünürəm ki, stabilləşmə artıq mövcuddur", deyə Ə. Həsənov bildirib.(trend)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar