Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Adı “MTN işi“ndə hallanan Asiman Həsənov işdən çıxarılır?

Tədris Cərrahiyyə Klinikasının baş həkimi sabiq "MTN"çilərlə necə əlbir olub?


Tehran Babatovun himayədarlıq etdiyi baş həkim hansı yolla milyonlar qazanıb?

Azərbaycan Tibb Universitetinin yeni rektoru Gəray Gəraybəyli "kadr islahatları"nı davam etdirir. Yeni rektor sələfi Əhliman Əmiraslanovun kadrlarını hədəfə alıb.

Növbəti dəfə Milli Məclisin üzvü seçilərək rektor vəzifəsindən imtina edən Əhliman Əmiraslanovun adamları onun gedişindən sonra bir-bir vəzifələrini itirir. Ötən ayın əvvəlində Tibb Universitetinə rektor təfin olunan Gəray Gəraybəyli gəldiyi gündən keçmiş rektorun adamlarını hədəfə alıb. O, indiyədək Əhliman Əmiraslanovun bir nömrəli adamı hesab olunan Tibb Universitetinin tədris hissə müdiri və Tibb Universiteti Onkoloji Tədris korpusunun Onkoloji Klinikasında baş həkim vəzifəsini tutmuş Namiq Qasımovu işdən çıxarıb və onu öz adamı İkram Rüstəmovla əvəzləyib.

Tibb Universitetindəki mənbələrin bildirdiyinə görə, Gəray Gəraybəyli indiyədək bir neçə vəzifəli şəxsi işdən çıxarıb, bəzilərinə şiddətli töhmət verib. İşdən çıxarılanlar və töhmət verilənlərin hamısı sabiq rektor Əhliman Əmiraslanovun yaxın adamları olub.

MilliYol.Az-ın əldə etdyi məlumata görə, rektorun hədəfindəki növbəti isim Asiman Həsənovdur. 2013-cü ildən Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının baş həkimi olan 42 yaşlı Asiman Həsənov bu vəzifəyə Əhliman Əmiraslanov tərəfindən təyin edilib və keçmiş rektorun ən yaxın adamlarından biri olub. 

Məlumatda bildirilir ki, artıq rektor baş həkimin fəaliyyətini araşdırmağı tapşırıb. İlkin araşdırmalar zamanı onun fəaliyyətində çox ciddi qanun pozuntuları və yeyinti faktları aşkarlanıb. MilliYol.Az-a verilən məlumata görə, bu faktlar Asiman Həsənovun işdən çıxarılması üçün yetərlidir. Artıq bu barədə Gəray Gəraybəyliyə məlumat verilib. Rektor böyük ehtimalla yaxın günlərdə Tədris Cərrahiyyə Klinikasının baş həkimini işdən çıxaracaq və oyunun yerinə öz adamını təyin edəcək.

Asiman Həsənovun kimliyinə gəlincə, bu şəxslə bağlı bu günədək mətbuatda kifayət qədər ciddi məlumatlar yayılıb. MilliYol.Az mətbuatda yazılanlara istinadən bildirir ki, baş həkimin adı "MTN işi"ndə hallanıb. 

İddialara görə, MTN-dəki şəbəkənin uzantıları Səhiyyə Nazirliyinə də gedib çıxıb və nazirliyin strukturundakı bəzi şəxslər keçmiş nazirliyin əməkdaşları ilə əlbir olub. Onlardan biri də Asiman Həsənovdur. İddia olunur ki, onun MTN-in Kadrlar Baş İdarəsinin rəis müavini polkovnik Tehran Babatovun gizli əlaqələri olub. Tehran Babatov keçmiş MTN-də nazir Eldar Mahmudovun kadr məsələləri üzrə kassiri kimi tanınırdı. Asiman Həsənovun özəl səhiyyə sektorunda, eləcə də, Səhiyyə Nazirliyinin müxtəlif strukturlarında at oynatması, şantaj və hədə-qorxu yolu ilə külli miqdarda vəsait toplaya bilməsində Tehran Babatov faktoru mühüm rol oynayıb.

İddia edilir ki, Tehran Babatovun himayəsinə sığınan Asiman Həsənov bir sıra özəl tibb müəssisələrini inhisara almaqla həm yerli, həm də əcnəbi həkimlərin istismara məruz qalmaları ilə nəticələnirmiş. Sertifikasiyadan keçə bilməyən savadsız həkimləri müxtəlif klinikalara yerləşdirməklə savadlı və dürüst həkimləri sıxışdıran Asiman Həsənov əcnəbi həkimləri də Tehran Babatovun vastəsi ilə Miqrasiya Xidmətinin caynağına keçirərək tələyə salmağı və onları qul kimi işlədərək babat pul qazanmağın mexanizmini elə qurubmuş ki, çərçivədən çıxan istənilən şəxs MTN-in polkovniki tərəfindən cəzalanırılırmış.

Bütün bunlarla yanaşı, səhiyyə sistemindəki xoşagəlməz hallar barədə dosyelər toplayaraq MTN-ə ötürən Asiman Həsənov bu işlərinin müqabilində Tibb Universitetinin rektoru və ya nazir postuna təyin olunacağı barədə vəd də alıbmış. İddia edilir ki, hazırda bir çox klinikalar, o cümlədən Grand Hospital, Medical Plaza, Azərtürk Med Hospital, Tədris Cərrahiyyə Klinikası və Laçın Klinikası bir başa Asiman Həsənovun nəzarətindədir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar