Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Həsənov: “Heç vaxt haqsız olduğumuz yerdə hücum taktikasından istifadə etməmişik”

“Haqqımız var ki, hücum taktikası ilə anti-Azərbaycan dairələri yerində oturdaq”


Prezidentin köməkçisi: "Dünya azərbaycanlıları Azərbaycan xalqının ayrılmaz tərkib hissəsidir"

"Dünya azərbaycanlıları Azərbaycan xalqının ayrılmaz tərkib hissəsidir. Onlar bizim soydaşlarımızdır. Düzdür, başqa ölkələrin vətəndaşlarıdır, o ölkələrin sosial, iqtisadi həyatında bəlli rolu olan insanlardır. Onlarla bağlı arzumuz ondan ibarətdir ki, yaşadıqları ölkələrin ən dəyərli vətəndaşları olsunlar. Azərbaycanlı olaraq, Azərbaycanla yaşadıqları ölkələr arasındakı münasibətlərə pozitv təsir göstərsinlər, müsbət impuls versinlər".

Bunu Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AzTV-də "Həftə" verilişinə müsahibəsində deyib.

O bildirib ki, Azərbaycan dövləti həmin insanlara resurs kimi yanaşır: "Dünya azərbaycanlıları yaşadıqları ölkənin cəmiyyətlərində tanınsınlar, sayılıb-seçilsinlər. Biz onlara Azərbaycanın xarici siyasətinin resursları kimi baxırıq. İnsana resurs kimi baxılması müasir dünyanın reallıqlarından biridir. O insanlardan istifadə edərək, Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə çatdıra bilərik. Onlar bir olmalıdır, bir-birlərinin sosial hüquqlarına dayaq durmalıdırlar".

Ə.Həsənov prezident İlham Əliyevin "Azərbaycan diasporu müdafiə taktikasından hücum taktikasına keçməlidir" fikrinə toxunaraq qeyd edib ki, Azərbaycan haqlı olaraq hücum taktikasından istifadə edir: "Heç vaxt haqsız olduğumuz yerdə hücum taktikasından istifadə etməmişik. Günahımız olanda da qəbul etməyi bacarırıq. Bu gün Azərbaycan haqlı mövqedədir. Ona görə də haqqı var ki, hücum etsin və anti-Azərbaycan dairələri yerində oturtsun".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar