Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hərbi ekspert: “Ortada çox çirkin niyyət var”

Üzeyir Cəfərli: “Serj Sarkisyan artıq bütün hədləri aşıb və onun havadarları vasitəsilə indiyə qədər ortaya qoyduğu mövqe də ona yönəlib ki, Dağlıq Qarabağ məsələsi öz həllini tapmasın”


“Biz onsuzda aprelin əvvələrində Rusiyanın canfəşanlığı fonunda bilirdik ki, ortada çox çirkin niyyət var və o çirkin niyyətin də məqsədi indi artıq özünü açıq şəkildə büruzə verir”.

Bu fikirləri ekspert Üzeyir Cəfərli Ermənistan prezidenti Serj Sarkisyanın işğalçı gücün itirdiyi 800 hektar ərazinin sentyabrın birinə qədər qaytarılması ilə bağlı ATƏT-in Minsk Qrupuna tələb qoyması haqqında yayılan məlumatları PİA.AZ-a şərh edərkən deyib. 

Dünən belə bir məlumat yayıldı ki, Ermənistan prezidenti Serj Sarkisyan 4 günlük müharibə zamanı işğalçı gücün itirdiyi 800 hektar ərazinin sentyabrın birinə qədər qaytarılması ilə bağlı ATƏT-in Minsk Qrupuna tələb qoyub. Sakisyanın ATƏT-in Minsk Qrupu qarşısında bu tələbi ortaya çıxdıqdan sonra Ermənistanın müharibə “dediyi” qənati formalaşdı. 

Bəs Azərbaycan öz müdafiə sistemini təkmilləşdirmək üçün hansı addımlar atmalıdır və Türkiyədən başqa bölgədə Azərbaycanın potensial müttəfiqi varmı və Ermənistanın İranla hərbi əməkdaşlığı barədə nə demək olar? Ümumiyyətlə İranla Azərbaycan arasında hərbi əməkdaşlıq imkanları varmı?

Üzeyir Cəfərli: “Azərbaycan ATƏT-in Minsk Qrupu qarşısında çox sərt tələblər irəli sürməlidir”.


Bu suallarla PİA.AZ-ın əməkdaşı hərbi ekspert Üzeyir Cəfərliyə müraciət edib. Ekspert qeyd edib ki, Sarksyan çox fikirlər sərsəmləyə, sayıqlaya bilər, amma biz xalq, ordu, dövlət olaraq hazırlaşmalıyıq və onun necə lazımdı cavabın verməliyik:

“Biz onsuzda aprelin əvvələrində Rusiyanın canfəşanlığı fonunda bilirdik ki, ortada çox çirkin niyyət var və o çirkin niyyətin də məqsədi indi artıq özünü açıq şəkildə büruzə verir. Ermənistan işğal olunmuş əraziləri azad etmək əvəzinə Azərbaycana qarşı sərsəm fikirlər səsləndirir. O fikirlər də, heç vaxt reallaşa bilməyən fikirlərdir. Çünki söhbət Azərbaycan ərazilərinin işğaldan azad olunmasından gedir. Sarksyan çox fikirlər sərsəmləyə, sayıqlaya bilər, amma biz xalq, ordu, dövlət olaraq hazırlaşmalıyıq və onun necə lazımdı cavabın verməliyik. 

Serj Sarkisyan artıq bütün hədləri aşıb və onun havadarları vasitəsilə indiyə qədər ortaya qoyduğu mövqe də ona yönəlib ki, Dağlıq Qarabağ məsələsi öz həllini tapmasın. Bu istiaqmətdə onlar indi bəzi addımlar atıllar, amma mən hesab edirəm ki, Azərbaycan ATƏT-in Minsk Qrupu qarşısında çox sərt tələblər irəli sürməlidir. Görürük ki, Ermənistan siyasi və hərbi rəhbərliyi mayın 16-da Vyana görüşündən sonra nə qədər axmaq, nə qədər qızışdırıcı bəyanatlar səsləndirib. Amma ATƏT-in Minsk Qrupu həmsədrlərinin, o cümlədən ATƏT sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kaspşikin ümumiyyətlə heç səsi də çıxmır. Hələ səfir Kaspşikin iki gün bundan əvvəl həyasızcasına, sevincək halda Ştatın artırılmasından söhbət edir. Çünki o bilir ki, Ştatın artırılması ona əlavə imkanlar yaradacaq ki, öz həyasızlığını davam etsin. 

Üzeyir Cəfərli: “Ermənistan siyasi və hərbi rəhbərliyi mayın 16-da Vyana görüşündən sonra nə qədər axmaq, nə qədər qızışdırıcı bəyanatlar səsləndirib. Amma ATƏT-in Minsk Qrupu həmsədrlərinin, o cümlədən ATƏT sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kaspşikin ümumiyyətlə heç səsi də çıxmır”


Biz indiyə qədər dəfələrlə görmüşük ki, ATƏT-in Minsk Qrupu həmsədrləri tamam başqa məqsədlər güdürlər. Bu məqsədlər də ondan ibarətdir ki, bu vəziyyət bir azda gərgin hal alsın və vəziyyət də bir balaca gərgin hal alan kimi, Anjey Kaspşikin çiçəyi açdı ki, ona əlavə Ştat verdilər. Mənə bəlli deyil ki,  ATƏT-in Minsk Qrupu indiyə qədər hansı işi görüblər  və bunan sonra da hansı işi görəcəklər. 

Bütün bunlara görə Azərbaycan ordusunu ən müasir silahla silahlandırmağa davam etməlidir. Onsuzda iyunun sonlarında prezidentlər arasında görüş keçiriləcək. Ermənistanla Rusiya da o danışıq prosesini pozmağa artıq indidən cəhd edirlər və böyük ehtimalla onlar danışıq prosesini pozacaqlar. Ona görə də mənim bu danışıqlara heç bir ümidim yoxdur. Çünki Qarabağ məsələsinin başında əvvəldən Rusiya dayanıb, indi də Rusiya bu məsələdə öz həyasızlığın davam etdiri və Ermənistana da gözün üstə qaşın var demir. Mən hesab edirəm ki, bu bəyanatlar sadəcə daxili auditoriyaya hesablanmış bəyanatlardır. Amma eyni zamanda Azərbaycan da, hansı vacib addımlar varsa, onları atmaldır və yəqin ki, atacaq da.

Üzeyir Cəfərli: “Qarabağ məsələsinin başında əvvəldən Rusiya dayanıb, indi də Rusiya bu məsələdə öz həyasızlığın davam etdiri və Ermənistana da gözün üstə qaşın var demir”


Bu gün Ermənistanın formal da olsa dövlət olaraq ayaqda durmasının əsas səbəblərindən biri də, bizim cənub qonşumuz İrandır. Mən 2001-ci ildə ATƏT xətti ilə Kaspşiklə birgə Ermənistanda səfərdə olanda da gördüm ki, Ermənistana hər çür dəstək verən İran İslam Respublikasının rəhbərliyidir. İranlılar Ermənistanda özlərini çox rahat hiss edirdilər. Onsuzda Ermənilər xəyanətkardılar və mən bilirəm ki, onlar nə vaxtsa, İrana qarşı da yaramazlıqlar edəcəklər. Bu gün İranla- Ermənistanın əməkdaşlığı iki tərəfli əməkdaşlıqdır və biz buna heç nə deyə bilmərik. Sadəcə olaraq İran maksimum onu nəzərə almalıdır ki, Ermənistan çox yaramaz işlərlə məşğuldur. Yəni işğalçılıq siyasətini həyata keçirdir. Bu işğalçılıq siyasəti də, hansısa bir ölkəyə qarşı deyil, müsəlman dövləti olan Azərbaycan Respublikasına qarşı yönəlib. Biz bilirik ki, Azərbaycanın inkişafın istəməyən bəzi qüvvələr də var ki, onlar da Ermənistan siyasətindən istifadə edirlər. Ermənistan da çalışır ki, İranın imkanlardan istifadə etsin. Onlar hər zaman bunun, onun əlinə baxmağa öyrənmiş bir xalqdır. Mən hesab edirəm ki, İran Ermənistanla əməkdaşlıqda bir qədər diqqətli olmalıdır.

Azərbaycanla İran arasında iqtisadi, siyasi, mədəni və hərbi sahədə sıx əməkdaşlıq var. İki ölkə bir-biri ilə hərbi atəşəvik səviyyədə təmsil olunurlar. Demək ki, ölkələr arasında hərbi sahədə də əməkdaşlıq mövcuddur. Bildiyim qədər Müdafiə Sənaye Nazirliyi xətti ilə, o cümlədən digər güc strukturları xətti ilə Azərbaycanla İran arasında çox yaxşı əlaqələr mövcuddur. Bu əlaqələrin gələcəkdə daha yüksək mərhələyə keçməsi planlaşdırılır. Azərbaycanla-İran sıx əməkdaşlıq edir və İran da bu əməkdaşlıqdan məmnundur”. 

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar