Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hafiz Hacıyev: “750 manat maaş alan məmur milyardlarla sərvəti haradan toplayıb?”


“Prezidentin iradəsindən kənarda müəyyən qurumlar lazımsız insanları həbs edirlər və çalışırlar ki, Avropayla Azərbaycan arasında qarışıqlıq salsınlar”


Partiya sədri: “Vaxı ilə Hacı Məmmədovun dəstəsi indi də Eldar Mahmudovun dəstəsi Azərbaycanı bu hala saldı”

Bu sözləri Hafiz Hacıyev son aylarda hakimiyyətin Qərblə ciddi anlaşma siyasətini PİA.AZ-a şərh edərkən deyib.

Demək olar ki, Azərbaycan hakimiyyətinin Qərblə münasibətlərində  6 ay bundan əvvəlki gərginlik, qarşılıqlı ittihamlar dövrü arxada qalıb. Diqqət etsək görərik ki, son aylar Bakıya şimaldan gələn yüksək rütbəli məmurları indi Avropa Birliyindən, ABŞ-dan gələn rəsmilər əvəz edir. Bunları nəzərə almaqla demək olarmı hakimiyyət Qərblə ciddi anlaşma ərəfəsindədir? Prezident səfirlərin iştirakı ilə keçirilən tədbirdə geniş siyasi islahatların anonsunu verdi. Bu anonsu necə dəyərləndirmək olar?

Hafiz Hacıyev: “Vaxtı ilə Heydər Əliyevə xəyanət edən insanlar indi də, İlham Əliyevə xəyanət edirlər”.


Bu suallarla PİA.AZ-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə müraciət edib. Partiya sədri qeyd edib ki, əgər biz siyasi islahatlara başlasaq, Qarabağ məsələsi də çox asanlıqla həll olunacaq və hər məsələ də bizim xeyrimizə həll olunacaq:

“Bu gün aparılan siyasətin kökündə həmişə Qərb, Avropa siyasəti durub. Bəzi məqamlarda, vaxtlarda bu siyasət səngiyib və Avropaya, Qərbə qarşı müəyyən hücümlar başlayıb. Amma sonra görəndə ki, Qərb daha düzgün mövqe irəli sürür və Azərbaycanın milli maraqlarını daha çox müdafiə edir, bunan sonra Azərbaycan yenə Qərbə yön aldı. Azərbaycan hakimiyyəti daxilində “beşinci kalon” deyilən qrup var. Onlar həmişə Azərbaycanı Rusiyanın qucağına atıblar və bu gün də Rusiyadan medal, order alanalar istəyirlər ki, Azərbaycan yenə Rusiyaya meyillənsin. 

Qərb də görüşlərdə birmənalı şəkildə qeyd edib ki, öz mövqeyinizi ortaya qoyun. Onsuzda biz nə qədər Rusiyaya arxa çevirsək, onlar həmişə bizə arxadan zərbə vurublar. Buna misal olaraq Xocalı faciəsini, 20 Yanvar faciəsini, Dağlıq Qarabağın ermənilərə verilməsini və s. göstərmək olar. Amma neynəmək olar ki, hakimiyyətin içində Qərbdən, demokratiyadan, söz azadlığından qorxub Rusiyaya sığınmaq istəyən yaşlı qrum var. Bu qrumu da Moskva qoruyur. Moskva hakimiyyətə təzyiq göstərir ki, o insanları devirməyin, hakimiyyətdən getməsinlər. 

Hafiz Hacıyev: “Bu gün Rusiyadan medal, order alanlar istəyirlər ki, Azərbaycan yenə Rusiyaya meyillənsin”.


Rusiyadan fərli olaraq Qərb həmişə istəyib ki, Azərbaycanda inkişaf olsun, Azərbaycan dünyaya inteqrasiya etsin, Avropa Birliyinin bir üzvü olsun. Prezidentimiz də Qərbyönümlü bir siyasətçidir. Amma nə etmək olar ki, prezidentin iradəsindən kənarda müəyyən qrumlar lazımsız insanları həbs edirlər və çalışırlar ki, Avropayla Azərbaycan arasında qarışıqlıq salsınlar. Azərbaycanı Qərbin gözündən salmaqdan ötrü lazımsız addımlar atırlar. Bu məsələlər də narahat vericidir. Biz də Avropanın səfirləri ilə görüşürük və görüşdə də, onlar bu məsələni qabarıq şəkildə qaldırırlar. Prezidentimizin Qərblə apardığı uğurlu siyasəti, onların Azərbaycana meyillənməsinə daha çox yol açıb. Amma Qərb nümayəndələri Azərbayacana gələndə “beşinci kalonun” üzvləri onları incidirlər.  

“Beşinci kalon”un üzvləri imkan vermirlər ki, prezident öz xarici siyasətində sadiq olsun və Qərbə, Avropaya daha çox önəm versin. Biz Qərbsiz, Avropasız yaşaya bilmərik. Bəzi insanlar istəyirlər ki, yiğdıqları milyardları Rusiya vasitəsi ilə əvəzləsinlər. Buna görə onların qorxusu Qərbdən aralanmaqdır. Bu da mümkün olan məsələ deyil. Prezidentimiz də son çıxışlarında qeyd etdi ki, hədəfdə mənəm. Yəni Azərbayacanın indiki məmur korpusu prezidentə xəyanətlə məşğuldular. Əhalini yersiz incidirlər, vacib qərarları düzgün yerinə yetirmirlər və s. Bunların hamısı da faktdır. 

Qərb çalışır ki, həm Qarabağ məsələsində, həm də Azərbaycanın inkişafında bizə kömək etsinlər. Bu gün Azərbaycanla-Qərb arasında normal münasibət höküm sürür. Biz bütün xalq prezidentin ərtafında birləşib, Azərbaycanı “beşinci kalun”un əlindən alıb, ölkəmizin Qərbə, Avropaya inteqrasiyasını gücləndirməliyik. Siyasi məhbus adlandırılan bütün insanlar azad olunmalıdır. Prezidentimiz də görüşdə üzü ağ, alnı açıq bu məsələləri həll etməlidir. Əgər hamiyyət daxilində olan bəzi qüvvələr ikman versə, biz Qərblə münasibətlərimizi yüksək səviyyədə inkişaf etdirəcəyik. 

Hafiz Hacıyev: “Monitorinq keçirdib, o siyahıları ölkə prezidentinin stolunun üstünə qoyaq ki, 750 manat maaş alan məmur milyardlarla sərvəti haradan toplayıb?”


Prezident siyasi islahatları çoxdan başlamalı idi və başlamışdır da. Yəni birinci devalvasiyadan sonra müəyyən addımlar atıldı. Bir sıra kadrların yerdəyişməsi oldu vəs. Dediyim müəyyən qruplaşmalar rayonlarda böyük çaxnaşma yaratdılar. Prezident də istəyir ki, artıq bu qocalar evindən canın qurtarsın. Hakimiyyətdə elə insanlar var ki, oturduğu stolda yatırlar. Prezident islahatçı, işgüzar, çevik, bacarıqlı bir insandır, amma komandası rüşvətə, koorrupsiyaya bulaşmış insanlardır. Bu çür məmurlar da Azərbaycanda qarışıqlıq yaratmaq istəyirlər və bu gözlənilir. Mən çox istərdim ki, Azərbaycanı istəməyən məmurların özləri istefaya getsinlər. 

Biz prezidentə kömək etməliyik ki, siyasi islahatlar keçirilsin və prezident hədəfə tuş gəlməsin. Biz Azərbaycanı elə məmurlara görə gözdən sala bilmərik. Bütün korrupsiyada, insan hüquqlarının pozulmasında ölkəmizi ittiham edirlər, amma reallıq bu deyil. Kimlərə yeyib harınlaşacaqlar, kimlərinsə balaları xaricdə villalarda Azərbaycanın pulları hesabına yaşayacaqsa, onların cəzasın prezident çəkməli deyil. Nəyə lazımdır milyardlarla pul aparıb xaricdə obyeklər almaq? Vaxti ilə Heydər Əliyevə xəyanət edən insanlar indi də, İlham Əliyevə xəyanət edirlər. 

Ölkəmizdə təcili siyasi islahatlar aparılmalıdır. Hər gün bu islahatların gecikməsi prezidentimizi hədəfə gətirir. Elə nazir tanıyıram 30 villası var və bunların hamısı gec-tez üzə çıxacaqdır. Amma bütün bu hallar bu gün üzə çıxsa daha yaxşı olar. Azərbaycanın sərvətlərini talan edib daşa-kəsəyə verib, dənizi hasara alıb dənizin ortasında yüz dənə villa tikmək nəyə lazımdır? 


Partiya sədri: “Hakimiyyətin içində Qərbdən, demokratiyadan, söz azadlığından qorxub Rusiyaya sığınmaq istəyən yaşlı qrum var”


Biz bu günlərdə rayon təşkilatlarımızın müşavirəsin keçirdik və qəti göstəriş vermişik ki, rayonda olan kiçik padşahların var-dövlətlərinin hamısı siyahıya alınsın. Sonra da monitorinq keçirdib, o siyahıları ölkə prezidentinin stolunun üstünə qoyaq ki, 750 manat maaş alan məmur milyardlarla sərvəti haradan toplayıb? Biz qorxmadan bütün bu halların hamısın prezidentə deməliyik. Əgər biz siyasi islahatlara başlasaq, Qarabağ məsələsi də çox asanlıqla həll olunacaq və hər məsələ də bizim xeyrimizə həll olunacaq. Orada cavan kadrlar onlar işə başlasınlar və Azərbaycanın gələcək inkişafı naminə çox addımlar atılsın. 

Prezidentimizin dediyi çox mühüm məsələləri məmurlar yerinə yetirmir. Bu da faktdır, bunu danmaq olmaz. Mən bütün bunları deyirəm və mənə qarşı da təzyiqlər artır. Onlar deyirlər ki, niyə imkan vermirsən biz ölkəni talan edək? Bizim nəvələrimiz, nəticələrimiz Londonda, Türkiyədə, Bodrumda ottelər tiksinlər. Mən prezidentin yolunda şəhid olmağa hazıram. Bu gün Azərbaycan kənd təsərrüfatı bərbad vəziyyətdədir və o nazirin qudası - Ziya Məmmədovun oğlu gedib Londonda prezidentin unvanına nələr danışıb. Bunu mən demirəm senatın üzvləri deyirlər. Bir bu deyil, onların əksəriyyəti belədir. Onlar prezidentimizin ünvanına şaiyələr yayırlar. 

Biz vətənimizin müdafiəsi üçün canımızdan keçən insanlarıq. O məmur təbəqələri ölsələr də, onların nösanların bir-bir üzlərinə deyəcəm. Vaxı ilə Hacı Məmmədovun dəstəsi indi də Eldar Mahmudovun dəstəsi Azərbaycanı bu hala saldı. Nə ehtiyac var idı ki, jurnalistləri həbs etdilər sonra da azad etdilər? Rüşvətxor məmurların yığdıqları pulların hamısı onların əlindən alınmalıdır. Buna görə də bir daha deyirəm ki, siyasi islahatların aparılması vacibdir”. 

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar