Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransa və Almaniya yeni plan hazırlayıb

Fransa və Almaniya yeni plan hazırlayıb - «Böhran şəraitində Avropanın gücləndirilməsi» barədə


Xarici KİV-in yaydığı məlumata görə, Almaniya və Fransanın xarici işlər nazirlikləri «Qeyri-müəyyənliklər dünyasında güclü Avropa» adlı, 10 səhifəlik sənəd hazırlayıb. 

Sənədə onlar ümumavropa təhlükəsizliyi, miqrasiya siyasəti və qarşılıqlı iqisadi fəaliyyətin gücləndirilməsi konsepsiyasını təklif ediblər («RBK»)

Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer və Fransanın xarici işlər naziri Jan-Mark Eyro hesab edirlər ki, Avropa İttifaqı (Aİ) blokun cənubunda və şərqində «sərt sınaqlara» və iqtisadi artımın zəif bərpasına məruz qalır. Qeyd edilir ki, sənəd Britaniyadakı «Breksit»dən əvvəl hazırlanıb.

XİN başçıları 3 təşəbbüs irəli sürüblər. Birincisi, təhlükəsizliyin Avropa dəhlizinin təsdiq olunmasıdır. Bu, təhlükəsizlik və xarici siyasət sahələrində Aİ-nın razılaşdırılmış prioritetlərinin müəyyən olunmasını və müdafiə sahəsində daimi və çevik əməkdaşlıq məsələlərini nəzərdə tutur. Sənəddə eyni zamanda göstərilir ki, ehtiyac yarandığı təqdirdə, Aİ üzvü dövlətlər hərbi-dəniz qüvvələrinin yaradılması və ya əldə olunması məsələsinə baxmalıdırlar.

Bunda əlavə, siyasilər miqrasiya siyasəti məsələsinin həll olunmasını, xüsusilə də Aİ-na qeyri-leqal miqrasiyanın səviyyəsinin aşağı salınması məsələsini təklif edirlər: «Biz, əminik ki, Aİ dünyada ilk dəfə olaraq, çoxmillətli sərhəd və sahil-mühafizə xidmətini yaratmalıdır…».

Nazirlər həm də hesab edirlər ki, Aİ iqtisadi və valyuta İttifaqının möhkəmləndirilməsi sayəsində iqtisadi artımı stimullaşdırmalıdır. Onlar həm də hesab edirlər ki, 2018-ci ilə Aİ üçün böhrandan ziyan çəkmiş dövlətlərə investisiya qoymaq imkanlarını təmin olunmalıdır.

Bu zaman Ştaynmayer və Eyro qeyd edirlər ki, Aİ üzvü ölkələrin blok üzrə müxtəlif inteqrasiya istəklərinin olması faktı nəzərə alınmalıdır.

Qeyd edək ki, multimilyarder Corc Soros «Brexit»-dən sonra Aİ-nın parçalanmasını «praktiki olaraq dönməz» adlandırıb. Amma o, bununla eyni zamanda Aİ-nı birləşməyə və «rekonstruksiya» olunmağa çağırıb.(AzPolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar