Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Beynəlxalq Bank işi: “kredit oliqarxları”nın əmlakı satışa çıxarıldı

Nazirlər Kabineti Azərbaycan Beynəlxalq Bankının qaytarılmayan milyardlarla manat kreditinin əvəzində girov qoyulmuş və “Aqrarkredit” QSC-yə verilmiş əmlakların satışı üzrə Müsabiqə Komissiyasının yaradılmasına dair qərar verib


Nazirlər Kabinetinin iyunun 26-da dərc edilmiş qərarına əsasən Beynəlxalq Bankın dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında prezident fərmanına əsasən “Aqrarkredit” ASC-yə verilmiş əmlak satışa çıxarılır.

Bu məqsədlə yaradılan müsabiqə komissiyasına maliyyə nazirinin müavini Azər Bayramov başçılıq edəcək. Komissiyanın tərkibinə İqtisadiyyat, Kənd Təsərrüfatı nazirliklərinin, Əmlak Məsələləri Dövlət Komitəsinin və “Aqrarkredit”in nümayəndələri daxildir.



Müsabiqə Komissiyası “Aqrarkredit” ASC-in əsaslandırılmış təklifləri üzrə əmlakların satılması və ya kənar istifadəçilərə verilməsi barədə qərar qəbul edəcək. Hər bir əmlak üzrə müstəqil qiymətləndirmə də nəzərə alınmaqla ilkin satış qiyməti müəyyən edəcək, əmlakların açıq hərraclarda satışının təşkil edilməsi üçün ixtisaslaşdırılmış təşkilatçıları seçəcək. Qərarda “Aqrarkredit” ASC-yə tapşırılır ki, əmlakların kənar istifadəçilərə verilməsi məqsədi ilə hazırlıq işləri aparsın, digər vəzifələri həll etsin.



Qeyd edək ki, Beynləlxalq Bankın aktivlərinin sağlamlaşdırılmasına dair fərmandan sonra bankın 5.6 milyard manatlıq problemli aktivləri “Aqrarkredit” ASC-yə verilib. Bura Beynəlxalq Bankdan kredit götürən iş adamlarının həmin kreditlər hesabına inşa etdikləri müəssisələr, daşınmaz əmlak və digərləri də daxildir. Göründüyü kimi “kredit oliqarxları”nın kütləvi həbsi bankdan götürülmüş kreditlərin geri qaytarılmasına əhəmiyyətli təsir göstərməyib və indi hökumət girov qoyulmuş əmlakın satışa çıxarılmasına dair qərar verib.

Lakin həmin əmlakın satışından əldə edilən gəlirlərin bankın verdiyi kreditlərlə adekvat olacağı ağlabatan deyil. Çünki “kredit oliqarxları”nın bankın vəsaitləri hesabına yaratdıqları müəssisələr, tikdirdikləri daşınmaz əmlak bir sıra səbəblərdən dəyərini itirib. Bura həm iqtisadi şərtlərin pisləşməsi, daşınmaz əmlakın ucuzlaşması, həm həmin müəssisələrin əksəriyyətinin fəaliyyətini dayandırmasıdır. Bir qayda olaraq işləməyən müəssisənin dəyəri işləyən və gəlir gətirən müəssisənin bazar dəyərindən aşağı olur.



Bu baxımdan Beynəlxalq Bankın kreditləri hesabına inşa edilən zavodlar və inşa edilən obyektlər, məsələn, Bakıdakı “Globus Plaza”, Qaradağdakı Metanol Zavodu, Şüşə Qablar Zavodu, Zaqatala Fındıq Emalı Zavodu, Şəki İpək Kombinatı kimi hazırda fəaliyyətini dayandırmış müəssisələrin,  habelə Hacı İbrahim Nehrəmlinin Xəzər adalarındakı tikintisi yarımçıq qalmış bir neçə yaşayış binasının yeni yaradılan Komissiya tərəfindən satışının asan olmayacağı, əldə edilən vəsaitlərin həmin aktivlərə ayrılmış kreditləri bağlamağa kifayət etməyəcəyi aydındır.(Virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar