Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğanın Putinə məktubundan sonra iki dövlət arasındakı əlaqələr necə olacaq? – Ekspert rəyi

Elxan Şahinoğlu: “Putin nə tələb edibsə, Ərdoğan hamısını etdi”


“Bu məktubun mətni yəqin ki, əvvəlcədən Rusiya prezidenti Vladimir Putinlə də razılaşdırılıb”.

Bu sözləri politoloq Elxan Şahinoğlu Ərdoğanın Putinə üzrxahlıq məktubundan sonra Türkiyə və Rusiya arasında yarana biləcək əlaqələri PİA.AZ-a şərh edərkən deyib.

Xəbər verdiyimiz kimi ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə məktub ünvanlayıb. Məktubda Türkiyə lideri Rusiya hərbi təyyarəsinin vurulmasından sonra yaranan gərginliyin düzəlməsində maraqlı olduğunu ifadə edib. Ərdoğan təyyarənin vurulmasından təəssüfləndiyini yazıb. Türkiyə prezidenti Ankara və Moskva arasında münasibətlərin yaxşılaşması üçün hər şeyi edəcəyini deyib.

Qeyd edək ki, Türkiyə prezidentinin Rusiya liderinə göndərdiyi məktub bütün dünyanın əsas xəbərinə çevrilib. Bəzi Rusiya KİV-ləri isə məsələni şişirdərək Türkiyəni və Ərdoğanı aşağılamağa çalışırlar və üzrxahlıqla məsələnin bitməyəcəyini xüsusi olaraq vurğulayırlar. Bu durumda Türkiyə və Rusiya arasındakı əlaqələri necə proqnozlaşdırmaq olar və Ərdoğanın Putinə məlum məktubunu və İsraillə barışmasınıTürkiyənin Qərbdən uzaqlaşması və yeni regional ittifaqlara can atması kimi dəyərləndirmək olarmı?

PİA.AZ-ın əməkdaşı bu mövzunu  “Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu ilə müzakirə edib.




Elxan Şahinoğlu: “İndi növbə Rusiyanındır və münasibətlərin gərgin saxlanılması üçün də Rusiyanın əlində heç bir əsas yoxdur”.


“Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlunun fikrincə Ərdoğanın Putinə məktubu Türkiyə ilə İsrail arasında barışığın elan olunduğu gün yazması psixoloji mesaj ola bilər:

“Bu gün Rusiya Türkiyəni aşağılayır sabah da tərifləyəcək. Çünki bu məktubun mətni yəqin ki, əvvəlcədən Rusiya prezidenti Vladimir Putinlə də razılaşdırılıb. Həmçinin Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvada Qara Dəniz İqtisadi Əməkdaşlığın Toplantısına (QDİƏT) dəvət olunub. Onu da qeyd edim ki, bu həftə Putinlə Ərdoğan arasında telefon danışığı da olacaq. Putin nə tələb edibsə, Ərdoğan onun hamısın etdi. Buna misal olaraq məktubun mətnin göstərmək olar. Çünki məktubun mətnində üzürxahlıq da, təzminat məsələsi də var. Hətta lazım gəlsə, təyyarənin pilotun öldürən şəxsin məsuliyyətə cəlb olunması da gündəmə gələ bilər. 

İndi növbə Rusiyanındır. Yəni növbəti addımı Rusiya atmalıdır. Rusiyanın atdığı addımdan sonra biz biləcəyik ki, Rusiya barışığa nə qədər hazırdır. Düzdür, bu aylarda Rusiya mediyası Türkiyə haqqında çox aşağılayıcı sözlər işlətdi. Amma düşünürəm ki, Putin əmr verəndə sonra dünən Türkiyəni lənətləyənlər bu gün tərifləməyə başlayacaq. 

Türkiyədə Binəli Yıldırım baş nazir seçiləndən sonra o, belə bir açıqlama etdi: “Biz düşmənlərimizin sayın azaldıb, dostlarımızın sayın artırmalıyıq”. Biz bu çıxışdan anlamlıydıq ki, Binəli Yıldırım Rusiya ilə münasibətləri yaxşılışdırmaq üçün həmlələr edir. Bu həmlələr də oldu. Yəni doqquz maddəlik yol xəritəsi hazırlandı və dünənki məktub dərc olundu. Yenə qeyd edim ki, indi növbə Rusiyanındır və münasibətlərin gərgin saxlanılması üçün də Rusiyanın əlində heç bir əsas yoxdur.

Elxan Şahinoğlu: “Putin əmr verəndə sonra dünən Türkiyəni lənətləyənlər bu gün tərifləməyə başlayacaq”.


Əslində Türkiyə-İsrail dövlətlərində müansibətlərin pozulması hər iki dövlətin böyük səhvi idi. Çünki hər iki dövlətin əməkdaşlıqda bir-birinə ehtiyacları var. Amma hər iki dövlət də böyük yanlışlıq edib, bir-birlərini çox kəskin ittiham etdilər. Mavi Mərmərə gəmisinə hücüm da İsrailin çox böyük səhvi idi. Son olaraq da İsrail bu etdiyi səhvlərdən geri çəkildi.

Eyni gündə də Ərdoğan Putindən üzr istədi. Bu hadisələrin də eyni gündə baş verməsi psixoloji məsələdir. Ərdoğan bununla göstərdi ki, məndən üzr istəyirlər, mən də başqasından üzr istəməyə hazıram. Türkiyə- İsrail münasibətlərinin normallaşması ABŞ-da da müsbət qiymətləndirildi. Bu qiymətləndirmə Türkiyə üçün vacibdir. Çünki İsrail ABŞ-ın bölgədəki əsas tərəfdaşlarından, mütəffiqlərindən biridir. Digər tərəfdən İsrail üçün də xeyirlidir ki, Türkiyə kimi güclü bir dövlətlə əlaqlərin yenidən bərpa edir. İsrail həmçinin öz qazın Türkiyə üzərində Avropaya daşıyacaq”.

Onu da qeyd edək ki,  bir müddət əvvəl də Rəcəb Tayyib Ərdoğan Rusiya Günü münasibətilə prezident Vladimir Putinə təbrik məktubu göndərmişdi.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Ən çox oxunanalar