Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müsəlman ölkələrində törədilən terror aktlarının Qərbdə adi hal kimi qarşılanmasının səbəbi nədir?

Zaur Məmmədov: “Qərb dairələrini heç vaxt Avropa və Şimali Amerika qitəsindən başqa digər regionlar maraqlandırmayıb”


“Dünyada terror şəbəkəsinin formalaşması və fəaliyyət göstərməsinin arxasında elə Qərb ölkələrinin özü durur”.

Bu sözləri politoloq Zaur Məmmədov ötən gün axşam İstanbulun Atatürk Hava Limanında törədilən terrorun nəticələrini PİA.AZ-a şərh edərkən deyib.

Xəbər verdiyimiz kimi ötən gün axşam saatlarında İstanbul Atatürk Hava Limanının beynəlxalq uçuş terminalında onlarla insan təlafatı ilə nəticələnən terror aktı  baş verib. Hadisə şahidlərinin sözlərinə görə, 4 silahlı şəxs partlayışlardan sonra ərazidən qaçaraq uzaqlaşıb. Rəsmi məlumata görə, hadisə nəticəsində 36 nəfər ölüb, 147 nəfər isə yaralanıb. Türkiyənin baş naziri Binəli Yıldırım terror aktı ilə bağlı açıqlamasında bildirib ki, əlamətlərinə görə, bu terror İŞID tərəfindən törədilib.

Xatırladaq ki, təqribən 3 ay əvvəl Brüsselin Zaventem hava limanında baş verən terror aktından sonra bütün dünya ayağa qalxmışdı. Amma nədənsə dünya, o cümlədən aparıcı Qərb mətbuatı Türkiyədə, İrqada, Pakistanda, Suriyada onlarla, hətta yüzlərlə insanın ölümünə səbəb olan terror aktlarını adi hal kimi qarşılayır. Bunun səbəbi nədir?

Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Zaur Məmmədova müraciət edib. Politoloq qeyd edib ki, Qərb ölkələrinin mövcud durumda fəaliyyətini hamı çox yaxşı başa düşür. Ancaq Türkiyədəki, İraqdakı və digər müsəlman ölkələrində daxili qeyri – sabitliyin, terror olayların məsuliyyətinin böyük hissəsi elə həmin ölkələrin hakimiyyətlərinin üzərinə düşür:



Zaur Məmmədov: “Türkiyə, İraq və digər müsəlman ölkələrindəki insanların həlak olmasının əsas səbəbkarı elə Qərbin özüdür”.


“Əslində təəcüblənməyə dəyməz. Beynəlxalq münasibətlərdə ikili standartlar həmişə mövcud olub və olacaq. Qərb dairələrini heç vaxt Avropa və Şimali Amerika qitəsinin təhlükəsizliyindən başqa digər regionların təhlükəsizliyi maraqlandırmayıb. Oradakı insanların həlak olmasının əsas səbəbkarı elə Qərbin özüdür. 

Dünyada terror şəbəkəsinin formalaşması və fəaliyyət göstərməsinin arxasında elə Qərb ölkələrinin özü durur. XX əsrin ortalarından etibarən Qərbin bir qrup siyasi ideoloq və texnoloqları tərəfindən ayrı – ayrı ölkələrə təzyiq, ayrı – ayrı cəmiyyətləri parçalamaq, dövlətləri zəiflətmək üçün terordan geniş şəkildə istifadə edilməyə başlanılmışdır.

Zaur Məmmədov: "Türkiyədəki, İraqdakı və digər müsəlman ölkələrində terror olayların məsuliyyətinin böyük hissəsi elə həmin ölkələrin hakimiyyətlərinin üzərinə düşür". 


Qərb ölkələrinin mövcud durumda fəaliyyətini hamı çox yaxşı başa düşür. Ancaq Türkiyədəki, İraqdakı və digər müsəlman ölkələrində daxili qeyri – sabitliyin, terror olayların məsuliyyətinin böyük hissəsi elə həmin ölkələrin hakimiyyətlərinin üzərinə düşür. Belə bir vəziyyətdə Azərbaycan hakimiyyətinin düzgün daxili və xarici siyasəti təqdirəlayiq haldır. 

Bəzi aspektlərdən baxarkən, ölkəmiz yuxarıda sadalan ölkələrdən heç də sabit regionda yerləşmir. Lakin, geosiyasi baxımdan çox çətin regionda yerləşməsinə baxmayaraq bu gün müsəlman – türk dövləti olan Azərbaycan həm İsrail həm İranla, həm Rusiya həm də Qərblə düzgün manevr şəklində xarici siyasət yürüdür”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar