Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azad Rəhimovla oğlunun “dibçək biznesi” : Nazirin villalarını bəzəyəcək güllər


İyulun 17-19-da Bakıda keçirilən “Formula 1” Qran-Pri yarışlarından öncə paytaxtın bir çox yerlərində abadlıq işləri aparılar, pilotlarının keçəcəyi küçələrə baxan balkonlar, binaların fasadları, yol kənarları bəzədilirdi


Hətta pilotlarının keçəcəyi küçələrə baxan balkonlara təbii gül dibçəkləri də qoyulurdu. 

Bütün bunlar fakt olsa da, "Formula-1" üzrə Bakı "Qran Pri"sinin təşkilatçısı Azad Rəhimovun oğlu Arif Rəhimovun rəhbərlik etdiyi "Baku Grand Prix" şirkəti onu təkzib edir, deyilənlərin həqiqəti əks etdirmədiyini bildirirdi. Bu işlərin “Formula 1”lə əlaqəsinin olmadığını, onların şəhərin gözəliyinə xidmət etdiyini bildirirdi.

Məşhur atalar məsəlində deyildiyi kimi, "Yalan ayaq tutar, yeriməz". Elə də oldu.

Bu gün balkonlara düzülmüş dibçəklərin yığışdırılması ilə bağlı xəbərlər yayılır, sosial şəbəkələrdə fotolar paylaşılır. Demək ki, məqsəd heç də Bakını gözəlləşdirmək deyilmiş. Məqsəd "üstü bəzək, altı təzək" olan şəhərimizi avropalıların gözünə gözəl göstərmək imiş. İşlərini gördülər, dövlətin milyonlarını havaya sovurdular, qonaqlar gedən kimi dibçəklərini də yığışdırıb aradan çıxdılar. Ortada dövlətin havaya sovrulmuş 100 milyonlarla manatının hesabatı qaldı. Həmişəki kimi...

Azad Rəhimov və oğlunun dediyi kimi, bu dibçəklər şəhərin gözəlliyinə xidmət edirdisə, "Formula 1" bitən kimi onları niyə yığışdırmağa başladılar? Bəlkə, Azad Rəhimov milyon dollarla dəyəri olan villalarının hasarlarını bu dibçəklərlə bəzəmək qərarına gəlib? Niyə də bəzəməsin? Əziyyət çəkib yarış keçiriblər, dövlətə milyonlar "qazandırıblar", indi də haqqlarını alırlar... 

Ya bəlkə, ən azı 100 milyon manat ziyan hesabına başa gələn yarışın zərərini dibçəkləri satmaqla ört-basdır edəcəklər. Elədisə, nə deyirik, bazarınız bol olsun... (qaynarinfo.az)

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar