Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan Dağlıq Qarabağda Rusiya hərbi qüvvələrindən istifadə edə bilər?

Üzeyir Cəfərov“Mən bunu tam məsuliyyətimlə deyirəm ki, Rusiyanın çöküşü davam edir. Rusiya dünyanın çox yerlərində bataqlığa batmış vəziyyətdədir”.


Rusiyanın yeganə edəcəyi və etməli olduğu məsələ erməni ordusunu Azərbaycan ərazilərindən çıxartmaqıdır”.

Bu sözləri hərbi-ekspert  Üzeyir Cəfərov bu gün Ermənistanın müdafiə naziri Seyran Ohanyan verdiyi bəyanata münasibətini PİA.AZ-a bildirərkən şərh edib.

Xatırladaq ki, Ermənistanın Müdafiə naziri  Seyran Ohanyan bəyan edib ki, Rusiya ilə olan müqaviləyə əsasən Ermənistanın Rusiya aviasiyasından və havadan müdafiə qurğularından istifadə edə biləcər. Nazir qeyd edib ki, Rusiyanın havadan müdafiə qurğularınən radiolakasiya sisteminin kəşfiyyat xidmətlərindən də yararlanacaqlar. Qeyd edək ki, ErmənistanRusiya Fedrasiyasının birgə havadan müdafiə sisteminin yaradılması haqqında razılaşma ötən ilin 23 dekabrında imzalanıb. Bu müqaviləyə əsasən Rusiyadan fərqli olaraq Ermənistan öz havadan müdafiə qurğularını tam olaraq Rusiyanın istifadəsinə vermir. Buna rəğmən Rusiya Ermənistan ərazisində Ermənistanla birlikdə Rusiya Hərbi Kosmik Güclərinin bütün silah növlərundən, həmçinin sputniklərindən və hətta nüvə silahından istifadə edə bilərlər.

Təbii ki,  erməni nazir bu gün bunu xatırlatmaqla Rusiyanın hərbi gücündən Azərbaycana qarşı istifadə edə biləcəklərinə eyham vurub. Faktiki olaraq Ohanyan bu yolla erməni ictimaiyyətini sakitləşdirməyə çalışsa da, digər tərfdən Azərbaycanı Rusiya silahları və hərbi qüvvəsi ilə hədələməsi də ortalıqdadır.

Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı hərbi-ekspert Üzeyir Cəfərova müraciət edib.  










“Rus əsgərinin Dağlıq Qarabağda burnun qanaması, əsir düşməsi Putin hakimiyyətinin çöküşünə gətirib çıxarar” 


Ekspert hesab edir ki, Ermənistanın hərbi nazirininin bu hədəsindən çəkinməyə ehtiyac yoxdur.Çünki Rusiya Azərbaycan kimi mütəffiqi itirmək istəməz. Ona görə də, hansısa bir halda Rusiyanın öz ordusundan və hərbi gücündən Azərbaycanda istifadə etməsi az ehtimal olunur.:

“Bilirsiz ki, ermənilər elə 90-cı illərdən Rusiyanın 22-ci bazasının imkanlarından istifadə edir. Hətta Xocalı qətliamında birbaşa iştirak edən Rusiyanın 366-cı topatıcı alayında Seyran Ohanyan bölük komandiri idi. Yəni Ohanyan 366-cı alayın cinayətkar komandiri Yuri Zerquqarovla birlikdə Rusiya texnikasinin köməyi ilə Azərbaycanın silahsız vətəndaşlarına qarşı soyqırım törətmiş bir şəxsdir. Bu vaxta qədər ermənilər hər zaman rusların köməyindən istifadə edib. Son vaxtlar isə Ermənistanda narazılıq var ki, Rusiyanın onlara söz verdiyi 200 milyon civarındakı silah-sursatı geçikdirir. Bunula yanaşı 4 günlük müharibədən sonra Ermənistanda Rusiya hərbu bazasında olan texnikalardan istifadə olunması da gündəmə gəlib. Digər tərəfdən Ermənistan höküməti son günlər Rusiyanın Ermənistanda itən nüfuzunun artması üçün süni görüntü yaratmağa çalışır..

Üzeyir Cəfərov: “Putin bir stol arxasında 3-lük şəkildə  ErmənistanAzərbaycan prezidentlərini oturdub guya danışıqlar aparır görüntüsunu yaradırdı”.


Mən bunu tam məsuliyyətimlə deyirəm ki, Rusiyanın çöküşü davam edir. Rusiya dünyanın çox yerlərində bataqlığa batmış vəziyyətdədir. Rusiyanın bu vəziyyətdən necə çıxacaq  deyə biləmərəm. Amma düşünmürəm ki, Azərbaycan kimi mütəffiqiylə münasibətləri korlasın. Prinsip etibarilə Rusiyanın Ermənistandakı hərbi bazasında yerləşən texnikadan Dağlıq Qarabağda istifadə oluna bilər. Amma sabah vurulan təyyarənin,  vertolyotun, əsir düşəcək rus əsgərinin cavabını Rusiya necə verəcək, əsas məslə budur. Ona görə Ohanyanın bəyanatından çəkinmək lazım deyil. 

Azərbaycan Rusiya ilə mehriban qonşuluq münasibətlərini saxlayır. Rusiyanında borcudur ki, Azərbaycana qarşılıqlı hörmət etsin. Biz heç vaxt Rusiyaya qarşı kobudluq etməmişik. Hər zaman qonşularımızla mehriban yaşamağı düşünmüşük. Rusiyanın yeganə edəcəyi və etməli olduğu məsələ ordusunu Azərbaycan ərazilərindən çıxartmağıdır. Amma Rusiya bunu hələki etmir. Çünki Rusiyanın Cənubi Qafqazda yeganə təsir vasitəsi Dağlıq Qarabağ məsələsidir. 

Üzeyir Çəfərov: “İyunun 20-də Sankt Peterburqda keçirilmiş görüşdə Putin özünün  monstr obrazı yaratmağa çalışırdı”.


Ona görə də bu məsələnin həlində Rusiya maraqlı görünmür. İyunun 20-də Sankt Peterburqda keçirilmiş görüşdə Putin monstr obrazı yaratmağa çalışırdı. Bir stol arxasında 3-lük şəkildə  ErmənistanAzərbaycan prezidentlərini oturdub guya danışıqlar aparır görüntüsunu yaradırdı. Prezident Adminstrasiyanın rəhbərinin müavini Novruz Məmmədov bildirdi ki, guya 5 rayon qaytarılacaq. Bunlar hamısı Rusiya tərəfindən vaxt udmaqdır. 

Baxın görün ki, erməni deputatları nə deyirlər. Bu bizim üçün şansdır. Çünki onlar bilirlər ki, Azərbaycan gec-tez güc amilindən istifadə edib öz torpaqlarını geri alacaq. İndi hansi müqaviləni bağlayırlar , özləri bilərlər. Mən yenə də deyirəm ki, bundan çəkinmək lazım deyil. Rus əsgərinin Dağlıq Qarabağda burnun qanaması, əsir düşməsi Putin hakimiyyətinin çöküşünə gətirib çıxarar. Düzdür, 90-ci illərdə qarışıqlıq vaxtında vəziyyətdən istifadə edib, bəzi addımlar atıb. Amma indi nə 90-ci ildir, nə də həminki vəziyyətdir. Ona görə narahat olmağa dəyməz. Hərçənd yenə də deyirəm Azərbaycan XİN-i Rusiyaya xatırlatmalıdır ki, bir qədər ehtiyatlı olsunlar”.

Əzizova Sübü
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar