Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan Putinlə “Müharibə baltası“nı niyə yerə qoydu?


“Türk liderinin daha mürəkkəb hesablamaları var”


Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan bir-birlərinə çox bənzəyirlər və bu səbədən də onlar düşmən ola bilməzlər. 

Kremlin veb saytında Ərdoğanın Putinə göndərdiyi məktubdan bir parça dərc olunub. Orada Türkiyə prezidenti keçən ilin noyabrında vurulmuş rus döyüş təyyarəsinə görə üzr istəyərək, həlak olmuş pilotun ailəsinə kompensasiya ödəməyi təklif edib.

Bu cür gözlənilməz üzr diləməyin səbəbi iqtisadi xarakter daşıya bilər, ancaq bu ixtilafa son qoyulması, hər iki rəhbərin ideoloji baxımdan yaxınlıqları və həmçinin də qarşılıqlı maraqlardan qaynaqlana bilər.

Suriyada döyüş tapşırığını yerinə yetirən Rusiya təyyarəsi çox qısa bir zaman kəsiyində Türkiyə sərhəddini keçdiyinə görə, türklərin qırıcı təyyarəsi tərəfindən vurulmuşdu. Baş vermiş hadisədən sonra Putin üzr istəməyi və dəymiş ziyana görə kompensasiya tələb etmişdi. Lakin Ərdoğan da bildirmişdi ki, əksinə, Türkiyə hava sahəsi pozulduğuna görə Putin üzr istəməlidir.

Tərəflər bir-birlərini Suriyadakı terrorçuları dəstəkləməkdə günahladırırlar. Hərdən onların bəlağəti elə bir səviyyəyədək qızışırdı ki, bu iki ölkə arasında ixtilafın heç zaman sönməyəcəyi təsəvvürü yaranırdı.

Moskva, Türkiyəni cəzalandırmaqdan ötrü, bu ölkəyə turist səfərlərinə qadağa qoydu. Bundan başqa onlar türk firmalarının Rusiyada tikinti işləri aparmasını dayandırdı və Türkiyədən meyvə-tərəvəz və toyuq idxalının qarşısını aldı. “Avropa yenidənqurma və inkişaf bankı”nın keçən ilki dəyərləndirməsinə görə, Rusiyanın tətbiq etdiyi sanksiyalar Türkiyənin iqtisadi böyüməsini 0,3-0,7 faiz azaldacaq. Amma bütün bunlara baxmayaraq, Ərdoğan geri çəkilmək istəmədi.

Antaliya rus turistlərinin sevimli çimərlik məkanıdır. Amma öncəki illərə nisbətən, onların bu ilki sayı 95% azalıb. Buna dözmək olar, çünki Avropadan Türkiyəyə gələn turistlərin sayı, rusiyalılara görə beş dəfə çoxdur. Ancaq bu il britaniyalılar və almanlar da təhlükəsizliklə bağlı olaraq Türkiyədən uzaq durmağa çalışırlar. Elə ona görə də, keçən illə müqayisədə bu il turistlərin ümumi sayı 45% aşağı düşüb. Bu faktor Ərdoğanın mövqeyinin kəskin dəyişilməsinə təsir göstərə bilər. Lakin hər halda, yəqin ki, türk liderinin daha mürəkkəb hesablamaları var.

Kreml Ərdoğanın məktubunu dərc edən zaman, Türkiyə və İsrail aralarındakı diplomatik münasibətlərin normallaşdığını elan etdilər. Bu ik ölkə arasındakı münasibətlər altı il bundan əvvəl Qəzzaya göndərilmiş gəmiyə İsrailin hücum etməsi və səkkiz Türkiyə vətəndaşının öldürülməsindən sonra korlanmışdı. İsrail ilə münasibətlərin yoluna qoyulması, enerji resurslarının Türkiyəyə çatdırılması mənbəyinin diversifikasiya edilməsinə imkan yaradacaq. İndi İsrail Kiprə qaz xətti çəkəcək, bu isə Türkiyənin rus qazına olan asılılığını aşağı düşürəcək. Hal-hazırda Rusiyanın “Qazprom” şirkəti Türkiyənin qaz istehlakının 55 %-ni təmin edir.

Rusiya bu qaz kəmərinin tikilməsinin kəşkin şəkildə əleyhinədir. İsrail bu layihənin nə qədər riskli olduğunu anladığı üçün, alternativ plan kimi Misirə qaz tədarükü planı işləyib hazırlayır. İsrail orda gələn qazı sıxılmış hala salaraq, borular vasitəsilə deyil, qaz daşıyıcılarıyla nəql edəcək. Qaz kəmərinin salınması üçün Ərdoğan Rusiya ilə razılaşmalıdır. Ola bilər ki, qaz paylaşdırıcı mərkəzin yaradılması naminə, gələcəkdə Rusiya qazının Türkiyədən keçərək, cənubi Avropaya ixrac edilməsi planına yenidən qayıdılsın.

Türkiyə Yaxın Şərqin qapısı hesab olunur və bu mövqeyini qoruyub saxlamaq üçün, ona əsas aparıcı oyunçularla dostluq əlaqələri lazımdır.

Ərdoğan sabit adam deyil, amma o, həmçinin kifayət qədər hiyləgərdir və başa düşməlidir ki, Avropa Birliyi liderlərinə nisbətən, praqmatik əsaslara söykənən qarşılıqlı məmnunluğu Putindən almaq daha asandır.
Əgər Ankara Avropaya sənədsiz gedən mühacirləri geri götürməyə hazır olduğunu göstərərsə, onda Avropa Türkiyəyə viza sistemini ləğv edəcəyini söz verib. Amma vizanı götürmək üçün AB Türkiyədən kəskin tənqid atəşinə tutlmuş antiterror qanununda dəyişiklik və düzəlişlər aparmasını tələb edir. Avropadakı ictimai təşkilatlar həmin qanuna görə, ölkədəki bir çox jurnalist və ictimai fəalın günahsız yerə həbs olunması qənaətindədir. Ərdoğan həmin qanunda dəyişiklik olunması tələbini yerinə yetirməkdən imtina edib.

Keçən həftə Putinin sözə baxan parlamenti, hətta Türkiyədəkindən də sərt antiterror və ekstremizm əleyhinə qanun paketini qəbul etdi. 20 iyul tarixindən başlayaraq, sosial şəbəkələrdə terrorizmə “bəraət qazandıran” və “qızışdırıcılıq” yayanlar maksimum yeddi il müddətində azadlıqdan məhrum olunacaqlar.

Türkiyənin müvafiq qanununa əsasən, analoji cinayətə görə maksimal cəzanın həbs müddəti üç ildir. Rusiyadakı qanuna görə, rabitə operatorları, bütün telefon danışıqlarının və göndərilən ismarıcların lent yazısını altı ay müddətində saxlamaq məcburiyyətindədirlər. Lazım olduqda isə, onlar bu yazıları hüquq-mühafizə orqanlarının ixtiyarına verməlidirlər. Bəlkə də bu Sovet İttifaqının dağılmasından sonra Rusiyada qəbul edilmiş ən repressiv qanundur.

Çox güman ki, öz ölkəsində praktik olaraq, arzuladığı hər şeyi edə bilən Putinin imkanlarına nəzər salan Ərdoğan, ona qarşı müəyyən qısqanclıq hissi ilə yanaşır. Ancaq bununla bərabər o, həmçinin qəlblərin yaxın olması hissini də keçirməmiş deyil. Çünki əlində böyük hakimiyyət cəmləşdirən rəhbərlərin, öz hakimiyyətlərinin təhlükəsizliyi və öz ölkələri barəsindəki təsəvvürləri oxşardır. Onlar hesab edirlər ki, dünya amansız rəqabət arenasıdır və burada iqtisadi maraqlar, dəyərlərdən daha mühümdür.

Münasibətlərdəki bu cür incikliklər hər iki diktator üçün təbii deyildi. Bir-birlərini dəstəkləməklə çox iş görə biləcək bu iki insan arasındakı sadə üzr istəmək məsələsi nə məna daşıyır ki? Əgər bu Rusiya ilə əməkdaşlığın bərpa olunması üçün vacibdirsə, onda Ərdoğan Kremlin təbliğat orqanlarına qələbənin bayram edilməsinə imkan verməyə hazırdır. Bundan başqa, indi Ərdoğan Qərbə göstərə bilər ki, ona öz dəyərlərini sırımağa cəhd göstərmək istəməyən alternativ əməkdaşlıq məsələsində çatışmamazlıq yaşamır. (azpolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar