Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Playboy” Azərbaycandan yazdı


Jurnal Azərbaycan qızları haqqında yazını mətndən çıxarıb


Məşhur erotik “Playboy” jurnalının Polşa versiyasının iyun nömrəsində Azərbaycana həsr edilmiş material dərc olunub.

Virtualaz.org-un əməkdaşı yazının müəllif Martsin Kasprçakla əlaqə saxlayıb. 

Müəllif jurnalda Azərbaycanla bağlı dərc ediləcək materiala aydınlıq gətirib.

“Mən apreldə Bakıda oldum. “Playboy” jurnalında biz Azərbaycan mətbəxi, ölkənin iqtisadiyyatına neftin təsiri, Bakının mərkəzindəki binalar, Tiffany və Four Seasons kimi möhtəşəm obyektlər barədə yazmışıq. Bu məqalələrdən biri Heydər Əliyev Mərkəzi layihəsinin müəllifi, mərhum memar Zaha Hadidə həsr olunub”.

Amerika brendi olan “Playboy” bütün dünyada erotik jurnal kimi tanınır. Lakin Kasprçak bildirib ki, jurnal Azərbaycanla bağlı yazıda bu mövzudan yan keçib.

Azərbaycan qızları haqqında yazı mətndən çıxarılıb. Onun yerinə böyük foto yerləşdirmək qərarına gəldik”, - deyə müəllif təəssüflə vurğulayıb.

Qeyd edək ki, “Playboy” jurnalı 1953-cü ildən dərc olunur. Bu illər ərzində “Playboy”da Elizabet Teylor, Madonna, Terner Lili, Demi Mur, Kim Bessindcer, Britni Spirs, Sindi Krouford, Kristina Aqilera, Pamela Anderson, Şeron Stoun, Culiya Roberts, Ancelina Coli kimi ulduzlar barədə yazılar dərc edilib.

Jurnalın təxminən 40 müxtəlif versiyası var. Polşa versiyası 1992-ci ildən işıq üzü görür. Jurnalın iyun nömrəsinin üz qabığını fotomodel Katarina Xmelin fotosu bəzəyir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar