Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Binəqədidəki binanın qəsdən yandırılmasına dair sensasion iddia – yeni faktlar

Vəkil İlhamə Həsənova: “16 may, 2015-ci il tarixdə Nərimanovda poliuretanla üzlənmiş binanın yandırılmasına cəhd olub, bununla bağlı cinayət işi açılıb”, “Bakıda müxtəlif binalarda silsilə yanğınlar planlaşdırılmışdı”


Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il mayın 19-da Binəqədi rayonunda yaşayış binasında baş vermiş yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəməyə hazırlıq iclası maraqlı faktları ortaya çıxarıb. Bəlli olub ki, binanın poliuretanla üzlənməsini “Global Construction” şirkətinə Binəqədi rayon İcra Hakimiyyəti sifariş edib.

Şirkət icra hakimiyyətinin sifarişi ilə binaya məhz poliuretan adlı üzlüyü çəkib. Amma bu günə qədər icra hakimiyyəti orqanı sifariş etdiyi, gördürdüyü işlərin qarşılığında “Global Construction” şirkətinə ödəməli olduğu 22 milyon manatı verməkdən yayınır. Təqsirləndirilən şəxs, “QlobalStone” MMC-nin baş direktorun müavini Uğur Bəşirovun vəkili Cavid Rzazadə “Yeni Müsavat”a açıqlamasında deyib ki, binanın yanmasında “Qlobal Stone” və “Global Constuction”nın əlaqəsi yoxdur. Çünki binanın üzlənməsini Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü və sifarişi əsasında “Global” şirkəti icra edib: “Bunu təsdiqləyən tərəflərin arasında müqavilə də var.

Vəkil bildirib ki, sifarişçi - yəni Binəqədi RİH binanın məhz poliuretanla üzlənməsini sifariş edib: “Müqavilədə bilavasitə sifarişçi göstərir ki, binaya poliuretan üzlük vurulmalıdır. Yəni müqavilədə sifarişçi beton və ya ağlay daş göstərməyib. Belə bir müqavilə ortada ikən, podratçı binanı digər materialla üzləyə bilərdi? Üstəlik binanı podratçı sifarişçiyə 2012-ci ildə təhvil verib. 3 il sonra binada yanğın baş verirsə, məsuliyyət podratçının ola bilməz. Bu işdə məsuliyyət müvafiq dövlət orqanlarının üzərindədir”.

Vəkil bildirib ki, məhkəmədə bu məsələni həmkarı Pərviz Namazlı aydınlaşdırıb: “2006-cı ilə qədər məsuliyyət Mənzil İstismar Sahələrinin (MİS) üzərində idi. Həmin yanğın təhlükəsizliyinə nəzarət MİS-dən alınıb Fövqəladə Hallar Nazirliyinə verilib”.
Vəkil “bu işdə təqsirkar kimdir”sualına belə cavab verib: “Bu işdə təqsirli Binəqədi İcra Hakimiyyəti və FHN-in müvafiq qurumudur”.

“Global Constraction” MMC-nin təsisçisi Miryusif Mahmudovun vəkili İlhamə Həsənova “Yeni Müsavat”a ilginc faktlar açıqlayıb.

Bakıda müxtəlif binalarda silsilə şəkildə olaraq qəsdən, xüsusi üsulla yandırılma faktları olub!



Vəkil bildirib ki, binadakı yanğından sonra araşdırma aparıblar və Bakıda müxtəlif binalarda silsilə şəkildə olaraq qəsdən, xüsusi üsulla yandırılma ilə bağlı məlumatlar əldə ediblər:

“Həmin hadisədən (2015-ci il mayın 19-da Binəqədidə binanın yanmasını nəzərdə tutur - E.M.) az əvvəl, may ayının 7-də möhtərəm prezident Nərimanov rayonu, Koveroçkin küçəsində yerləşən, veteranlar üçün nəzərdə tutulan binanın açılışında iştirak edib. Həmin binanı da poliuretanla "Global Constraction" şirkəti üzləmişdi. Mayın 7-dən 9 gün sonra, 16 may tarixində, Binəqədidəki bina yanmazdan 3 gün əvvəl Nərimanovdakı veteranlar üçün nəzərdə tutulmuş binaya bitişik binada yanğın törədilib. Yanğın birmənalı şəkildə qəsdən törədilib. Sadəcə, həmin yanğının qarşısı daha tez alınıb.

Həmin bina ilə Binəqədidə yanan binanın xarici görünüşü, bitişik binanın olması da üst-üstə düşür. İstintaq deyir ki, Binəqədidəki binada yanğın həmin binaya bitişik binanın damından başlayıb. Nərimanovda, veteranların binasında da eyni cür yanğın törədilib. Binanın damından neftə batırılmış kəndirləri yandırıb veteranlar üçün nəzərdə tutulan binaya bitişik binanın divarından sallamışdılar. Bunu niyə, nə məqsədlə etmişdilər?

3 gün fərqlə belə bir hadisə baş verib.

Sadəcə olaraq Nərimanovda olan yanğın xoşbəxtlikdən tez söndürülüb deyə veteranlar üçün nəzərdə tutulan binada yanğın olmayıb. Həmin vaxt veteranlar binası  yansaydı,  “Global Constraction” şirkətinin rəhbərliyini bu fakta görə istintaqa cəlb edəcəkdilər".

Vəkil bildirib ki, bu hadisədən sonra da oxşar silsilə hadisələr baş verib: “Bakıda analoji materiallarla üzlənmiş binaların yandırılması cəhdləri olub. Bunlar istintaqa məlumdur. Bu haqda biz istintaqa əldə etdiyimiz məlumatları təqdim etmişik. Bu hadisələrin silsilə törədilməsi qəribə deyil?”



İ.Həsənova bildirib ki, Nərimanovda, veteranlar üçün nəzərdə tutulan binanın qəsdən yandırılmasına cəhd faktı ilə əlaqədar Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb.

Vəkil Binəqədidə yanğın baş vermiş binanın sakinləri özləri də poliuretanla eksperiment aparıblar: “Özləri də əmin olublar ki, binanın üzləndiyi poliuretan yanmır. Onlar "qarelka"nı yandırıb poliuretanın üzərinə tutublar, poliuretan tüstüləyib, amma yanmayıb. O boyda binanın 1 siqaret külünün düşməsindən yanması məntiqə sığmır. “Qarelka”nın davamlı alovu qarşısında yanmayan poliuretan siqaret külündən yana bilər? İstintaq ekspertiza rəyinə istinad edir ki, orada yanğından sonra kənar maddənin qalıqları qalmayıb. Amma ekspertlər də deyirlər ki, heç də hər bir maddənin yanğından sonra qalıqları qalmır. Məsələn, asetonu hər hansı bir materialın üzərinə töküb yandırsaq və yanğından sonra ekspertiza təyin edilsə, həmin materialın alışmasına səbəb olan asetonun qalıqlarını müəyyən etmək mümkün olmur. Biz ehtimal edirik ki, həmin mayeni binanın damından kimsə tökə bilərdi.

İstintaq tərəfi bildirir ki, kameralarda elə bir şey görünmür. Axı o boyda binanı yandırmaq istəyən adam hamının gözü qabağında oradan həmin tezalışan mayeni səpələməyəcəkdi ki?!"

Vəkil “hansı kameralardan söhbət gedir” sualına belə cavab verib: “İstintaqın mülahizəsinə görə orada notariat kontorunun böyründə kameralar var. Amma yanan bina həmin kameraların əhatə dairəsinə düşmür. İşə də həmin kameraların yaddaşından çıxarışları əlavə ediblər. İstintaq ehtimal edir ki, siqaret külü orada binaya bitişik qeyri-yaşayış sahəsinin damında yığışan zibilin üzərinə düşüb. Ehtimal edilir ki, qeyri-yaşayış sahəsinin damında başlayan yanğın sonra binaya keçib. İttiham ehtimal üzərində qurula bilməz. Ona görə də biz ittiham tərəfindən xahiş etdik ki, bütün versiyalar, binanın qəsdən yandırılması versiyası da yoxlansın. Bunun üçün çox ciddi əsaslar var”.



Qeyd edək ki, qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktorun müavini Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Əsgərov Ələkbər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəm oğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi vəzifəsində işləmiş rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib. Xatırladaq ki, yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.(musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar