Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Türkiyə ABŞ və Avropa Birliyindən üz döndərməyəcək” - Zərdüşt Əlizadə


Politoloq: “ABŞ Fətullah Gülənə dəstək vermir və Gülənində Türkiyədə bu qədər böyükmiqyaslı çevriliş etməyə gücü ola bilməz”


“Səslənən ittihamlar ailə arasında olan inciklikdən irəli səviyyəyə keçməyəcək”.

Bu fikirləri PİA.AZ-a politoloq Zərdüşt Əlizadə Türkiyədə hərbi çevriliş cəhdindən sonra rəsmi Ankaranın ABŞ əleyhinə səsləndirdiyi fikirlərə münasibətini bildirərkən qeyd edib.

Xatirladaq ki, Türkiyədə baş verən 15 iyun- uğursuz qanlı qiyamdan sonra rəsmi Ankaradan ABŞ əleyhinə fikirlər səsləndirildi və hətta qiyamın arxasındakı gücün ABŞ olduğu qeyd olundu. Həmçinin Türkiyə höküməti ölüm hökmünün bərpa ediləcəyini dilə gətirməklə Avropa Birliyinə arxa çevirmiş oldu. Bundan sonrakı dönəmdə Türkiyə-ABŞ, Türkiyə-Avropa Birliyi münasibətləri barədə nə deyə bilərsiz? Uğursuz hərbi çevriliş regionun geopolitik durumuna necə təsir edəcək? Yaxın və Orta Şərqdə yeni ittifaqların qurulması nə qədər mümkündür?

Zərdüşt Əlizadə : “Mən ABŞ-Türkiyə, Türkiyə- Avropa Birliyi münasibətlərinin gələcəyinə nikbin baxıram”.


Politoloqun fikrincə, baş verənlər ikitərəfli münasibətləri elə də ciddi ziyan gətirməyəcək. Çünki istər ABŞ-Türkiyə, istərsə də Türkiyə- Avropa Birliyi arasında birləşən çox ciddi siyasi-iqtisadi maraqlari var. Zədüşt Əlizadə həmçinin  Türkiyədəki çevrilişin arxasında ABŞ-ın  durması fikrini də ciddi qəbul etmədiyini bildirib: 

“Məncə hər şey yaxşı olacaq. Elə də ciddi dəyişikliklər gözləmirəm. Çünki onlar strateji baxımdan eyni maraqlara sahibdirlər. Ailə üzvləri arasında da narazılıqlar olur. Bir də görürsüz ki, bacı-qardaş, ata-oğul arasında da problemlər olur. Türkiyə nə ABŞ, nə də  Avropa Birliyindən üz döndərməyəcək.  Öz növbəsində ABŞ da Türkiyə kimi tərəfdaşından  imtina etməz. ABŞ-ı ittiham etməsinə gəldikdə isə bu məsələ bir o qədər də ciddi deyil. Çünki  ABŞ Fətullah Gülənə dəstək vermir və Gülənində Türkiyədə bu qədər böyükmiqyaslı  çevriliş etməyə imkanı yoxdur. Mən  ona görə də ABŞ-Türkiyə, Türkiyə- Avropa Birliyi münasibətlərinə nikbin baxıram. Türkiyə NATO üzvü kimi Qərb dünyasının tərkib hissəsi olacaq. Başqa ittifaqlara isə qoşulmayacaq. Mənim qənaətim belədir”. 

Sübü Əzizova 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar