Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əhalinin gəlirlərinin və həyat səviyyəsinin stabil saxlaması üçün hansı addımlar atmalıdır? - Ekspert rəyi


Natiq Cəfərli: “Əslində bir çox ölkələr iqtisadi böhran vaxtı vergilərin ve gömrük rüsumlarının qiymətini aşağı salır. Bizdə isə əks proses gedir”


“Hökümətin əhalinin gəlirlərini və həyat səviyyəsini stabil saxlamaq üçün atacağı ən böyük addım ölkədə azad rəqabət şəraitini yaratmaq olar”.

Bu sözləri PİA.AZ-a iqtisadçı Natiq Cəfərli bahalaşmanın qarşısının alına bilməyəcəyi və ilin sonuna qədər inflyasiyanın 2 rəqəmli ola biləcəyi ilə bağlı bəzi iqtisadçı ekspertlərin fikirlərini şərh edərkən qeyd edib.

Xatırladaq ki, bəzi ekspertlər bahalaşmanın qarşısının alınamayacağını və ilin sonuna qədər inflyasiyanın 2 rəqəmli ola biləcəyini vurğulayırlar. Eyni zamanda paralel olaraq əhalinin gəlirlərinin də aşağı düşəcəyi ehtimal olunur.

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı iqtisadçı ekspert Natiq Cəfərliyə müraciət edib. 


Natiq Cəfərli: “Gəlirlərimiz kifayət qədər azalıb, xərclərimiz isə artıb. Bunu kompensasiya etmək üçün köklü şəkildə islahatlar aparılmalı,  azad rəqabət mühiti yaradılmalıdır”.


Ekspertin fikrincə, neft istehsalının azalması, dolların qiymətinin gündən-günə artması Azərbaycan iqtisadiyyatının bütün sahələrinə köklü şəkildə ziyanlar vurub. Bizim iqtisadiyyatın dollarla alınan xammal üzərində qurulduğu nəzərə alınsa, bu ziyanın nə qədər böyük miqyasda olduğu ortadadır. Natiq Cəfərli bu bahalaşmadan minium zərərlə çıxmaq və əhalinin yaşayış səviyyəsini stabil saxlamaq üçün hökümətin bir neçə zəruri addım atmalı olduğunu qeyd edir:

“Artıq rəsmi rəqəmlərə görə inflyasiya ilin birinci yarısında 10.6 % təşkil edir. İlin sonuna qədər də bu 2 rəqəmli olacaq. Bu bir neçə səbəblə bağlıdır:

1.Bizim  iqtisadiyyat xaricdən gətirilən mallardan çox asılıdır. Və bunun dolların məzənnəsi ilə birbaşa əlaqəsi var. 

2.Ölkədə yerli istehsalın kifayət qədər yüksək səviyyəyə qalxa bilməməsinin  nəticəsidir ki, yerli istehsalın xammalı bir çox hallarda xaricdən gətirilir. Bu da malların maya dəyərini artırır.

3.Digər məsələ isə vergilərin və gömrük resumlarının artmasıdır. Vergi və gömrük rüsumlarının daha çox ödənilməsi tələb olunur ki, buda qiymətlərin artmasına birbaşa təsir göstərən amildir. 

4.Kommunal xərclərin artması, son aylarda həm suyun, həm də elektrik enerjisinin qiyməti artıb.Bu da mal və xidmətlərin qiymətinə təsir göstərən amildir.

Bununla paralel olaraq iş yerlərinin bağlanması, gəlirlərin azalması prosesi də gedir. Hal –hazırda bank sektorunda ciddi problemlər var. İnsanların kredit almaq imkanları kifayət qədər məhdudlaşıb. Və banklar özünü sığortalamaq üçün daha sərt şərtlərlə kredit verir. Bu da istehlak bazarına təsir göstərir. Bütün bu amilləri nəzərə alsaq ilin sonuna qədər qiymətlərin artım tempinin yüksək olması ehtimalı güclüdür. Bu da əhalinin gəlirlərinin və qazancının azalması  fonunda , aktivliyin zəifləməsi gözlənilir. Bu mənzərə yaxın gələcəkdə yaxşı heç bir şey vəd etmir. 

Natiq Cəfərli: “İqtisadi tənəzzülün qarşısını almaq, əhalinin gəlirlərini və həyat səviyyəsini stabil saxlamaq üçün hökümətin əlində olan ən böyük silah vergilərin ve gömrük  rüsumlarının aşağı salınmasıdır”.


İllərdir ki,  hökümətin əhalinin gəlirlərini və həyat səviyyəsini stabil saxlamaq üçün atmalı olduğu addımlar barəsində danışırıq. Ən böyük addım ölkədə azad rəqabətin yaradılması olar. Azad rəqabət yaradılmalıdır ki, ölkədə iqtisadi aktivlik artsın. Ölkənin imici yaxşılaşdırılmalıdır ki, ölkəyə ciddi şəkildə kapital axını olsun. Bunların hamısının olması vacib şərtdir. Artıq gəlirlərimiz kifayət qədər azalıb. Obrazlı desək, ölkəyə təqribən ildə 12 -13 milyard dollar vəsait lazımdır ki, əhalinin həyat səviyyəsi stabil saxlanılsın. Lakin bu il  neft satışından qazancımız cəmi 4.5 milyard olacaq. Yəni kifayət qədər gəlirlərimiz azalıb, xərclərimiz artıb. Bunu kompensasiya etmək üçün köklü şəkildə islahatlar aparılmalı, rəqabət mühitin yaradılmalıdır. Ölkənin ciddi şəkildə dünyaya açılması lazımdır. Bu istiqamətdə addımlar atılmaldır. 

İqtisadi tənəzzülün qarşısını almaq, əhalinin gəlirlərini və həyat səviyyəsini stabil saxlamaq üçün hökümətin əlində olan ən böyük silah vergilərin ve gömrük  rüsumlarının aşağı salınmasıdır. Hökumət çəkinmədən vergi və gömrük resumlarını aşağı salmalıdır ki, iqtisadi aktivliyin tempi artsın. Əslində bir çox ölkə iqtisadi böhran vaxtı vergilərin ve gömrük  resumlarının qiymətini aşağı salır. Bizdə isə əks proses gedir”.

Sübü Əzizova
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar