Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bizim pullarımız kimlərin cibinə gedib?“ - Hacıyevin bacısından ŞOK ittihamlar


Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyev məhkəməsi ərəfəsində maliyyə naziri Samir Şərifova qarşı hücuma keçib


Cahangir Hacıyevin bacısı Əminə Hacıyevanın prezident İlham Əliyevə ünvanladığı və bir surətinin də 24saat.org-a daxil olduğu müraciətində Samir Şərifov saxtkarlıqda ittiham olunur.

Əminə Hacıyeva bildirir ki, ABB-nin rəhbərliyi Maliyyə Nazirliyinin diqtəsilə onların imzasını saxtalaşdırıb: “Məhkəməyə bizim saxta imzalarımız olan sənədləri təqdim ediblər.

Əlbəttə ki, biz burda olan məhkəmə ekspertiza mərkəzinə və xaricdə olan müstəqil ekspertlərə müraciət edəcəyik. ABB rəhbərliyi Maliyyə Nazirliyinin başçılığıyla qardaşım Cahangiri sübuta yetirilməmiş və əsaslandırılmamış pul mənimsəməsində günahlandıraraq qanunun bütün normalarını aşaraq sənədləri saxtalaşdırıb və bizim pullarımızı mənimsəyib. Belə bir sual çıxır: Kim kimdən oğurlayıb?

ABB digər fiziki şəxslərdən səhmləri toplayaraq məhz onların kreditini bağlayıb. Bəs nə üçün bizim səhmlərlə Cahangirin kredit kartı üzrə olan borclar bağlanmayıb? Bizim pullarımız kimlərin cibinə gedib?

Maliyyə Nazirliyinin bədgüman və düşmən münasibəti bizə aydındır, lakin bəs nə üçün Ədliyyə Nazirliyi qərarın bizim əleyhimizə qəbul olunmalı olduğunu diktə edərək məhkəməyə təzyiq edir? Bu cür əsassız fikir onlarda hardandır?

Cahangirin həyat yoldaşı Zamirə Hacıyevanın 4 milyonluq kredit kartı üzrə borcu olub ki, o, səhmlərlə bu məbləği ödəyib. Lakin borc hələ də bağlanmayıb.

Mən növbəti dəfə cənab prezidentə müraciət edirəm. Xahiş edirəm ki, baş verənləri özünüz nəzərdən keçirin və ədalətli bir qərar çıxarın, günahsız insanları məhkum etməyə icazə verməyin”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ən çox oxunanalar