Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyalı ekspert: “Ermənistan əraziləri Azərbaycana verməli olacaq”


Lomonosov adına MDU-nun dünya siyasəti fakültəsinin dosenti, Rusiya EA beynəlxalq təhlükəsizlik problemləri İnstitutunun aparıcı elmi əməkdaşı, Rusiyanın Valday elitar klubunun eksperti Aleksey Fenenkonun sözlərinə görə, “Rusiyanın rəsmi mövqeyi Ermənistan tərəfdənsə Azərbaycanın mövqeyinə daha yaxındır”


O, Mediametrics.ru-ya müsahibədə bildirib ki, Serj Sərkisyan Dağlıq Qarabağın ətrafındakı rayonları Azərbaycana qaytarmalı olacaq. Onun fikrincə, Qarabağda aprel münaqişəsi problemin nizamlanması üzrə Madrid prinsiplərini həmişəlik dəfn edib. 

Rusiya hazırda “danışıqlar prosesini üç hissəyə bölməyə başlayır: Qarabağ üzrə ayrıca danışacağıq, 5 rayon üzrə ayrıca və daha iki rayon (LaçınKəlbəcər) üzrə ayrıca. Bizim üç müxtəlif danışıq zərfimiz olacaq. Rusiyanın indiki strategiyasının məğzi bundadır”.

Rusiyanın rəsmi mövqeyi Ermənistandansa Azərbaycanınkına daha yaxındır. RF-nin mövqeyi üç məqamdan ibarətdir: 1.Biz Azərbaycanın ərazi bütövlüyünü qəbul edir və etiraf edirik ki, Dağlıq Qarabağ rəsmən Azərbaycanın tərkib hissəsidir; 2.Biz problemin hərbi həllinin əleyhinəyik; 3. Rusiya və KTMT-nin Ermənistana təklif etdiyi zəmanətlər Qarabağa münasibətdə qüvvədə deyil. Bunu anlamaq üçün RF XİN bəyanatını oxumaq kifayətdir”, – deyə rusiyalı ekspert qeyd edib.

Fenenkonun dediyinə görə, Moskvada Sərkisyandan narazılıq artır. Valday klubunun eksperti deyir: “Lakin biz Ermənistana daim təzyiq etməsək, onda Ermənistan, sadəcə, partlayacaq və növbəti antirusiya dövləti qazanacağıq”.

Fenenkonun iddia etdiyi kimi, bununla belə, Moskva Azərbaycandansa Ermənistana daha çox təzyiq göstərir.

Mediametrics.ru-nun aparıcısının Qarabağ üzrə danışıqların detallarının niyə ciddi şəkildə məxfi saxlandığı haqda sualına cavabında ekspert qeyd edib ki, Rusiyada “Ermnistandakı qızğın beyinlərdən çox qorxurlar”. Bundan başqa, RF hökuməti Kremli növbəti müttəfiqi satmaqda ittiham edəsi Rusiya ictimaiyyətinin narazılığından da ehtiyat edir. Fenenkonun sözlərinə görə, bu yöndə istənilən konkretlik durumu partlada bilər.

Onun hesablamasına görə, Qarabağ ətrafında danışıq prosesi 2017-ci ilin fevral-martınadək aydınlaşmalıdır. Buna qədər Qarabağ cəbhəsində güclü gərginlik gözləməyinə dəyməz…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Ümumvətəndaş pasportlarının verilməsi prosesində problem yaranıb

QMİ Həcc ziyarəti üçün kvotanın azaldılmasının səbəbini açıqlayıb, çağırış edib

Ən çox oxunanalar