Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev islahatlar başladıb, məmurlar isə icra etmir


Prezident İlham Əliyevin başlatdığı fundamental islahatlara, verdiyi çoxsaylı qərarlara baxmayaraq Azərbaycanda kənd təsərrüfatı niyə hələ də problemlər içərisində boğulur?


Axı mühüm qanunlar qəbul edilib, prezident fərmanlar imzalayıb və həmin fərmanlarda Kənd Təsərrüfatı Nazirliyinin qarşısında konkret müddətlərdə yerinə yetirməli olduğu vəzifələr qoyulub. İrəliləyişlər isə yoxdur.

Virtualaz.org və haqqin.az saytlarının analitikləri ölkədə çoxlarını düşündürən bu məsələ ilə bağlı suallara qismən də olsa cavab tapmağa çalışıb.

Beləliklə, Azərbaycan kənd təsərrüfatı sahəsinə əhalinin ən çox cəlb edildiyi, amma bu sahədə ən az əlavə dəyər yaradan ölkələrdəndir. Məsələn, Azərbaycanda məşğul əhalinin 38 faizi kənd təsərrüfatı istehsalına cəlb olunub ÜDM-in cəmi 5,6 faizini verdiyi halda, Bolqarıstanda cəmi 6 faiz, Braziliyada isə 15 faiz məşğul əhali aqrar sahəyə cəlb olunaraq təxminən eyni dəyəri yaradır.

İnkişaf etmiş ölkələrdə isə əhalinin adətən 5 faizdən azı aqrar sahəyə cəlb olunur. Azərbaycan kənd təsərrüfatına verilən dövlət dəstəyi digər MDB ölkələri ilə müqayisədə ilk yerlərdədir. Sahibkarlığa Kömək Milli Fondunun verdiyi hər 4 manat kreditin 3 manatı bilavasitə kənd təsərrüfatı istehsalı və emalına yönəldir. “Aqrolizinq” isə indiyədək 310 milyon manatdan artıq texnikanı dövlətin dəstəyi hesabına aqrar istehsalçıların sərəncamına verib. 2007-2015-ci illərdə aqrar istehsalçılara 8 milyon manatdan çox subsidiya verilib. Ümumilikdə, dövlət büdcəsindən    kənd təsərrüfatına ildə orta hesabla 550 milyon manat vəsait ayrılır.

Ən çox işçi qüvvəsi təminatı və ən irimiqyaslı dövlət dəstəyi olmasına baxmayaraq bütün vergilərdən (torpaq vergisi istisna olmaqla) azad yeganə sektor- kənd təsərrüfatı sahəsidir. Bütün bunlara baxmayaraq kənd təsərrüfatı ona bəslənən ümidləri tam doğrutmur: 2016-cı ilin birinci yarısında kənd təsərrüfatı məhsulları və ərzağın idxalı 12 faiz artıb, ixracı isə təxminən 30 faiz azalıb! Başqa sözlə, Prezident İlham Əliyevin qarşıya qoyduğu iki əsas məqsəddən-idxalın əvəzlənməsi və ixracın genişlənməsi hədəflərindən heç birinə nail olunmayıb.

Niyə? Bəlkə yeni dövrün çağırışına uyğun olaraq kənd təsərrüfatı sahəsində islahatlar aparılmayıb? Əksinə son iki il yarım ərzində prezident tərəfindən verilmiş 41 fərman və sərəncam, qəbul edilmiş 3 qanun, 40 qərar və qaydalar bilavasitə aqrar sektorda canlanma yaratmalı, o cümlədən ixracı artırmalı və idxalı daha çox əvəzləməli idi. Ancaq islahatların monitorinqi göstərir ki, heç də qəbul edilən bütün qərarlar vaxtında yerinə yetirilmir. İslahatlara dair qərarların qəbulu və icrası arasında uyğunsuzluq yarananda, insanlarda haqlı olaraq sual yaranır: islahat qərarları niyə icra olunmur?

Məsələn, prezident İlham Əliyev 2016-cı ilin martın 1-də, yəni 5 ay bundan əvvəl “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” fərman verib və Nazirlər Kabinetinə müvafiq qaydaları hazırlamaq üçün 1 ay vaxt ayırıb. Əslində fərmanın icrası vaxtında həyata keçirilsəydi, bu gün qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına 3 faiz həcmində ixrac təşviqi ödənilməliydi. Lakin bu vaxta qədər Azərbaycanın qeyri-neft ixracatçıları. O cümlədən aqrar məhsulların ixracatçıları ixrac təşviqi imtiyazından yararlana bilməyiblər.

Bu elə bir vaxtda baş verir ki, Azərbaycanın tədiyyə balansında son 10 ildən çox müddətdə görünməmiş gərginlik yaşanır və prezident vəziyyətdən çıxış yollarından biri kimi qeyri-neft ixracını artırmağı qarşıya vəzifə qoyub. Əgər  kənd təsərrüfatı məhsullarının ixracatçıları indiki vəziyyətdə də dövlətdən ixrac təşviqi ala bilməyəcəklərsə o zaman  bu islahat tədbirlərindən başqa nə vaxt  yararlanacaqlar? Müqayisə üçün deyək ki, 1995-2000-ci illərdə ÜTT üzvləri 80 milyard ABŞ dolları, başqa sözlə, Azərbaycanın ÜDM-dən 2 dəfədən də çox ixrac subsidiyası veriblər. Hazırda nəinki inkişaf etmiş, hətta inkişaf etməkdə olan ölkələr də ixracı subsidiyalaşdırmaqda davam etdiyi halda, Azərbaycanda ixracın təşviqi ilə bağlı prezident fərmanı icra edilmir...

Maraqlıdır ki, Nazirlər Kabinetində aqrar sektorun dirçəlməsinə real tövfə verə biləcək islahat tədbirləri gecikdiyi halda, bəzi “islahatlar” sürətlə aparılır. Məsələn, prezident aqrar sahədə ipəkçilik və pambıqçılığı prioritet elan etməmişdən cəmi bir müddət öncə Kənd Təsərrüfatı Nazirliyinin təklifinə əsasən Nazirlər Kabineti 17 aprel 2015-ci ildə Elmi-Tədqiqat İpəlçilik İnstitunu və Elmi-Tədqiqat Pambıqçılıq İnstitunu ləğv edib. Hansı ki, bu il pambıq istehsalı keçən ilkindən 3 dəfə çox olmaqla 100 min ton proqnozlaşdırılıb, barama istehsalı isə müvafiq olaraq 300 dəfə artaraq 70,7 ton təşkil edib. Nazirlər KabinetiKənd Təsərrüfatı Nazirliyi aqrar sahənin prioritet istiqamətlərinə aid olan pambıqçılığın və ipəkçiliyin elmi əsaslarını aradan götürəcək təklifləri nədən dəstəkləyib?

Eləcə də “Ərzaq məhsullarının tədarükü və təhcizatı” ASC-nin yaradılması haqqında prezidentin imzaladığı sərəncamdan  keçən 4 ay ərzində nə Nazirlər Kabineti, nə də ki  Kənd Təsərrüfatı Nazirliyi bu istiqamətdə real addımar atmayıblar. Hansı ki, Nazirlər Kabineti 1 ay müddətində, yəni 2016-ci il mayın 11-də ASC-nin nizamnaməsi və strukturunu ölkə Prezidenti ilə razılaşdıraraq təsdiq etməli idi.

Eyni zamanda Kənd Təsərrüfatı Nazirliyi də müvafiq sərəncamda nəzərdə tutulan tələbləri yerinə yetirməyib. Hansı ki, kənd təsərrüfatı məhsullarının sahədən satış qiymətləri ilə son istehlak bazarında satış qiyməti arasında fərq bəzən 3-5 dəfəyə çatır, məhsul zay olur və fermerlərimiz bazar tapmadığından ziyana düşürlər.

Yeri gəlmişkən, kənd təsərrüfatı məhsulları satışının ƏDV-dən azad olunmasına baxmayaraq supermarketlərdə son istehlakçıya satış zamanı ƏDV-nın tətbiq edilməsi nəticəsində yaranmış sahibkar narazılığını aradan qaldırılması üçün də "Ərzaq məhsullarının tədarükü və təhcizatı" ASC-nin fəaliyyətə başlaması zəruri sayıla bilər.

Dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etmək və ixracı stimullaşdırmaq üşün “Ərzaq məhsullarının tədarükü və təhcizatı” ASC-nin əhəmiyyəti böyükdür. Dünya təcrübəsində bu tip qurumlar uğurla fəaliyyət göstərib: Türkiyədə Dövlət Tədarük Təşkilatı (The Public Procurement Authority), Almaniyada Organic Şəhərlər Şəbəkəsi, Hollandiyada PİANO (Professional and İnnovative Tendering, Network for Govenment Contracting Authorities) və Finlandiyada Bələdiyyələrin bazasında Alış Kosorsiumu məhsul və xidmətlərin alışını həyata keçirir. Böyük Britaniyada 2003-cü ildən başlayaraq Dövlət Alışları Təşəbbüsləri gücləndirilmişdir.

Dövlət idarələri davamlı şəkildə kiçik fermerlərdən məhsul almağa sövq edilir, müvafiq dövlət qurumları aidiyyatı istiqamətlərdə (məktəb, xəstəxana, silahlı qüvvələr, təcridxanalar və s.) zəruri ərzaq mallarının alışını həyata keçirməlidir. İsraildə RACNEL-milli Fövqəladə Hallar Nazirliyi (The National Emergency Authority) ölkədə ərzaq ehtiyatlarının yaradılmasına cavabdehdir və ərzaq tədarükü ilə məşğuldur. Bu qədər müsbət dünya təcrübəsi olduğu halda dövlət tədarüküsünün Azərbaycanda təşkili kimlərə və niyə mane olur? Nədən prezidentin 2016-cı il 11 aprel tarixli sərəncamının həyata keçirilməsi yubandırılır? Oxucularda daha aydın təsəvvür yaratmaq üçün qeyd edə bilərik ki,  2016-cı ildə dövlət təşkilatlarının ərzağa olan təlabatı 300 milyon manat civarındadır. Əgər  “Ərzaq məhsullarının tədarükü və təhcizatı” ASC vaxtında yaradılsaydı bu vəsaitin böyük hissəsi Latın Amerikası ölkələri, Türkiyə, Rusiya və başqa dövlətlərin fermerlərinin istehsal etdikləri məhsulların alınmasını dəstəkləyənlərə deyil, bilavasitə Azərbaycan kəndlisinə çatacaqdı. “Ərzaq məhsullarının tədarükü və təhcizatı” ASC həm də özəl sektor- dövlət əməkdaşlığının bir forması olaraq gələcəkdə özəl investisiyaların aqrobiznesə cəlbi uçun bir imkan ola bilər.

İslahat heç vaxt gec deyil. Bir şərtlə ki, qəbul edilən islahat tədbirləri vaxtında icra olunsun. Dünya təcrübəsi göstərir ki, iqtisadi islahatlar öz real səmərəsini bir qədər gec göstərir, üstəlik islahat qərarları yubadılanda həm səmərə azalır, həm də islahatların real effekti daha gec özünü büuzə verir.

Prezident İlham Əliyev və ölkənin Milli Məclisi islahat sənədlərinin qəbulunda kifayət qədər sürətli davranıblar. Belə vahid və mobil islahatların qəbulu mexanizmi prezident və parlament institutları arasında çevik əməkdaşlığa dair müsbət nümunədir. Məsələn, Gürcüstanda Saakaşvilinin rəhbərliyi ilə aparılan sürətli islahat dövründə parlament prezidentdən daxil olan qanunvericilik təşəbbüslərinin 100 faizini, Slovakiyada İvan Mikloşun zamanında isə 99,9 faizini sürətlə qəbul edib. Lakin sürətlə qəbul edilən islahat qərarları, eyni sürətlə də icra olunmalıdır. Islahatın uğuru məhz bundadır.

Azərbaycan islahatların qəbulunun sürətinə görə ilk yerlərdə getdiyi halda, islahatların icra mexanizmi tam işləmədiyindən səmərə istənilən səviyyədə görünmür. Elə buna görə də beynəlxalq reytinqlərdə Azərbaycan arzu olunan səviyyədə mövqelər qazanmır. Azərbaycanın indiki iqtisadi çətinliklər dövründə vaxtı boş yerə sərf etməli olan ölkə deyil...2000-ci illərdə Azərbaycanı ümummilli liderin dərin zəkasının məhsulu olan “neft bumu” irəli apardısa, indiki halda köməyə İlham Əliyevin başlatdığı və hökmən uğurla yekunlaşacaq “islahat bumu” çatacaq. İslahatlara mane olanlar isə olsa-olsa, “stəkanda fırtına” yarada bilər. Neft erası bitdi, cənablar! İşləmək. Çalışmaq və yeni dəyər yaratmaq, prezidentə dəstək olmaq vaxtıdır!

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar