Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli İnsanovun nədə təqsirləndirildiyi məlum oldu

Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanova qarşı irəli sürülən yeni ittiham məlum olub


Bu haqda Müsavat başqanının müavini, keçmiş məhkum Tofiq Yaqublu özünün Facebook səhifəsində yazıb. Onun bildirdiyinə görə Ə.İnsanov həbsxanada ona müraciət edən məhkumları səhv müalicə etməkdə təqsirləndirilir.

“Həbsxanada Əli İnsanova ən çox həbsxana işçiləri özləri müraciət edirdilər. Hamısı da şəfa tapırdı. Hətta evdəki xəstələrini də o müalicə edirdi. Ona görə hamısı ona minnətdarlıq edirdilər”.

Müsavat başqanı Arif Hacılı isə bildirib ki, Əli İnsanova qarşı həbsxanada xəstələri yanlış müalicə etdiyi iddiası ilə yeni cinayət işi açıblar. 

Keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ildə parlament seçkisi öncəsi dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib, daha sonra iqtisadi cinayətlərdə təqsirli bilinib.

2007-ci ilin aprel ayında İnsanov korrupsiya, vəzifə səlahiyyətlərini aşma ittihamı ilə əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Ə.İnsanovun 11 illik cəza müddəti bu ilin oktyabrında başa çatır.

Bu gün İnsanovun vəkili Toğrul Babayev 13 saylı cəzaçəkmə müəssisəsinə çağırılıb. Qaradağ rayon prokuroru Natiq Abdullayev də cəzaçəkmə müəssisəsinə gəlib. 

Toğrul Babayev bildirib ki, ona verilən məlumata əsasən, Əli İnsanovun dindirilməsi olacaq. Eks-nazirə qarşı yeni cinayət işi açılır.(modern.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar