Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

9 bankın əmanətçilərinə 206 milyon manat kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu avqustun 1-dən etibarən“Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb


Fonddan verilən məlumata görə avqustun 23-də “Parabank” ASC-nin qorunan əmanətçilərinə 20,3 milyon manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə    29,3 milyon manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə  9,9 milyon manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2,4 milyon manatdan artıq kompensasiya ödənilib.
 
Məlumata görə avqustun 22-dən etibarən Əmanətlərin Sığortalanması Fondu “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb.
 
23 avqustda “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 317,4 manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 140 min manatdan artıq kompensasiya ödənilib.
 
Sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 29 yanvardan etibarən agent bankların filiallarında başlanılıb və həmin gündən etibarən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir.
 
Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 24,052 min manat kompensasiya ödənilib.
 
Sığorta hadisəsi baş vermiş “Gəncəbank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 4 fevraldan etibarən başlanılıb. Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 895,5 min manat kompensasiya ödənilib.
 
Sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna fevralın 12-dən etibarən agent bankların filiallarında başlanılıb.
 
Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan əmanətçiyə 119,5 milyon manatdan artıq kompensasiya ödənilib.
 
Ümumilikdə Fond tərəfindən 9 bank üzrə 206 milyon manatdan artıq kompensasiya ödənilib.(moder.az)
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar