Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FED rəhbərindən anons:"Uçot dərəcəsi artırılacaq"


Bu gün ABŞ-ın Vyominq ştatında (Wyoming) “Cekson-Houl”da iqtisadçılar və dünya mərkəzi banklarının nümayəndələrinin iştirakı etdiyi “Gələcəkdə dayanıqlı monetar siyasətin təmin edilməsi” mövzusunda illik simpozium öz işinə başlayıb


PİA.AZ xarici KİV-lərə istinadən xəbər verir ki, bu dəfə konfransda əsas diqqət ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Canet Yellenin çıxışına yönəlib.

 O, “Federal Ehtiyat Sisteminin pul-kredit siyasətinin alətləri: keçmiş, indi və gələcək" mövzusunda çıxış edib. C.Yellen deyib ki, dünya maliyyə böhranı və böyük tənəzzül bütün dünyada Mərkəzi Banklar üçün yeni problemlər yaradır və pul-kredit siyasətində dəyişiklikləri stimullaşdırır: “Bizim mövcud alətlər gələcəkdə iqtisadi tənəzzülün tənzimlənməsi üçün yetərlidir. Baxmayaraq ki, böhranın bizə verdiyi dərslərdən biri də böhran qabağı alətlərin bəzilərinin üzləşdiyimiz çətinlikləri dəf etmək, bəzi iqtisadi məsələlərin həlli üçün yetərli olmadığını göstərdi. Bununla belə, gələcəyə nəzər salaraq qeyd etməliyəm ki, pul-kredit siyasətində bir çox alətləri saxlamaq lazımdır. Bu konfrans keçmişdən dərs çıxarmaq üçün imkan yaradır və gələcək pul-kredit siyasətinin formalaşmasında mühüm rol oynayır”.
 
C.Yellen bildirib ki, son zamanlar uçot dərəcəsinin artırılması üçün daha çox səbəb yaranıb: “Hazırda ABŞ iqtisadiyyatı FED-in maksimum məşğulluq və qiymət sabitliyi ilə bağlı hədəflərinə yaxınlaşır. Hesab edirəm ki, buna görə də son aylarda uçot dərəcələrinin artırılması tərəfdarları çoxalıb. FED rəsmiləri mərhələli şəkildə uçot dərəcəsinin artırılmasını dəstəkləyir”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar