Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Neftçi“də “yorğan davası“ başladı - SOCAR 1 həftə vaxt verdi


"Neftçi"nin başı üzərini yenə "qara buludlar" alıb. Yeni rəhbərliyin gəlişindən sonra "bataqlıq"dan qurtula bilməyən "ağ-qaralar"ın uğursuzluğu davam edir


 Ötən mövsümün yekunlarına əsasən güc-bəla ilə Avropa Liqasına qatılan komandanın turnirdə bir mərhələ keçməsi azmış kimi çempionata da uğursuz başlayıblar. 

İlk turda "yeməyə çörək tapmayan" AZAL-a qalib gələn komanda ardınca "Zirə" və "Qarabağ"a uduzub, hələ üstəlik Ağdam klubundan 3 cavabsız qol buraxıb.

Təbii ki, bütün bunlar narazılıqlarla müşayət olunur. Mətbuatın tənqidləri bir yana, azarkeşlər rəhbərlikdən hesabat tələb edir, onları istefaya çağırır. Fanatlara cavab verməyə söz tapmayan rəhbərlik isə soyuqda-qarda komandanın ardınca sürünən fanatlardan polisə şikayət etməklə özlərini daha da gülünc vəziyyətə salır. Durum isə günü-gündən pisləşir, komandada olduğu kimi rəhbərliyin də başı üzərini "qara buludlar" alır...

Məlumat verildiyi kimi, şənbə günü “Neftçi”nin Müşahidə Şurasının növbəti iclası keçirilib. Klubun yaydığı qısa açıqlamada bildirilir ki, 5 saata yaxın (!) davam etmiş iclasda bir sıra məsələlər müzakirə olunub. Müzakirə olunan məsələlərlə bağlı yekun qərarlar Müşahidə Şurasının gələn həftə keçiriləcək növbəti iclasından sonra ictimaiyyətə açıqlanacaq. Bilərəkdən mətbuata sızdırılan məlumatlar isə ictimaiyyətin və mətbuatın diqqətini bu sorğu-sualdan yayındırmaqdı. Gün kimi aydındır ki, bu toplantının əsas mövzusu Vəli Qasımov olmayıb.

Bəs 5 saat ərzində şura üzvləri hansı məsələləri müzarəkirə edib? Klub konkret açıqlama verməsə də, müzakirə olunan məsələlər bəllidi. Bir neçə gün əvvəl "Neftçi"də baş verənlərlə bağlı geniş yazı dərc etmiş, uğursuzluqların səbəbləri və səbəbkarlarını tapmaq üçün sponsora - SOCAR-a ipuclarını vermişdik. Görünür bu yazının da SOCAR rəhbərliyinin hərəkətə keçməsində rolu olub.

Əldə etdiyimiz məlumata görə, SOCAR "Neftçi" rəhbərliyindən xərclənən pulların hesabatını istəyir. Şirkət rəhbərliyi deyir ki, "normal büdcə ayrılıb, istədiyiniz transferlər edilib, bəs uğursuzluğun səbəbi və səbəbkarı kimdi?" Amma təbii ki, "Neftçi" rəhbərliyi bu suala cavab verə bilmir. Dalana dirənən rəhbərlik SOCAR qarşısında, transfer olunan futbolçuların aşağı səviyyədə olmasını, digər klubların "Neftçi"dən qat-qat ucuz, həm də daha səviyyəli transefrəlirini müqayisə etməyə söz tapmır. 

Sualın ünvanlandığı ilk hədəf Çiniz Abdullayevdi ki, Xalq yazıçısı haqlı olaraq yaxasını kənara çəkir. "Mənim futboldan başım çıxmır, Elnur Məmmədovun rəyi əsasında hesabat verirəm" deyir. Elnur Məmmədov Vəli Qasımova işarə edir. Baş məşqçi isə klubun menecerlərini günahlandırır. Beləliklə, 4-5 nəfərin arasında ötür-ötür oyunu davam edir...

Amma SOCAR bu dəfə daha qərarlıdı. Günahkar tapılmalı və "Neftçi"nin dərdinə əlac edilməlidi. Ortada ən azı "Qəbələ" nümunəsi var. Ucuz qiymətə transfer olunan keyfiyyətli legionerlərin sayəsində bu gün Avropa Liqasının qrup mərhələsində oynayan "qırmızı-qaralardan" fərqli olaraq 80 yaşını qeyd etməyə hazırlaşan "Neftçi" AZAL üzərində qələbəni "böyük uğur" kimi sponsora sırımaq istəyir. Yəqin ki, AFFA və SOCAR prezidenti Rövnəq Abdullayev bu barədə "Qəbələ" - "Maribor" matçını birlikdə izlədiyi Kəmaləddin Heydərovla da müzakirə aparıb və uğurun sirrlərini "qırmızı-qaralar"ın birinci şəxsinin dilindən eşidib. Bir sözlə, artıq "bıçaq sümüyə dirənib" və SOCAR konkret səbəb tələb edir.

Əldə etdiyimiz məlumata görə, "Neftçi" Müşahidə Şurasının "yekun qərarı" gələn həftəyə saxlamasının səbəbi də budu. Belə ki, sponspor kluba bir həftə vaxt verib. Bir həftənin tamamında "Neftçi" rəhbərliyi "günah keçisi"ni təqdim etməlidi. Onun kim olacağını isə zaman göstərəcək. Ya Vəli Qasımov baş məşqçi postundan azad edilib köhnə işinə - idman direktoru vəzifəsinə qaytarılacaq, ya menecerlik işi ilə məşğul olanlar (əslində "Neftçi"nin bütün yeni transferlərinin Elnur Məmmədov - Vəli Qasımov işbirliyinin meyvəsi olduğunu hamımız bilirik) qovulacaq, bəlkə legionerlərdən bir-ikisini yola salıb, özlərini təmizə çıxarmağa çalışacaqlar. Amma...

Yuxarıda qeyd etdiymiz kimi, SOCAR bu dəfə daha qərarlıdı və "asan yem"lə kifayətlənməyəcək. İndiyədək uğursuzluq zamanı baş məşqçi və ya hansısa idarəçi "günah keçisi" elan edilirdisə və sponsor bununla razılaşırdısa, bu dəfə belə olmayacaq. Artıq şirkət klub rəhbərliyinin qarşısına konkret şərt qoyub: uğursuzluğun səbəbləri və səbəbkarları dindirilsin! 

Bundan əlavə "pul yoxdu, SOCAR vermir" kimi bəhanələrin klubun daxilindən bilərəkdən mətbuata sızdırılması da neft şirkətinə məlumdu. Görünən odur ki, bu tip məqsədli informasiya sızıntıları ilə yanaşı ümumi və transfer xərclərinin dəqiq hesabatı verilməsə, bu dəyirman çox su aparacaq.

Elə ona görə də bu həftə "Neftçi"nin taleyi və gələcəyi baxımdan çox önəli olacaq. Veriləcək qərarlar ya "ağ-qaralar"ı qara günlərdən xilas edib, hər şeyin şəffaf olduğu gələcəyə aparacaq, ya da bir-iki nəfəri qovub, "köhnə hamam, köhnə tas" siyasətini davam etdirəcəklər. Yaxın müddətdə sponsor tərəfindən klub rəhbərliyində dəyişikliklər də istisna olunmur. (fanat.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar