Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uçot dərəcəsinin 15%-ə çıxarılması maliyyə bazarına necə təsir edib? – Ekspertlərin rəyi

Vahid Əhmədov: “Mərkəzi Bankın əsas məqsədi odur ki, infilyasının qarşısın alsın və yüksək səviyyədə infilyasiya olmasın”


Natiq Cəfərli: “Sadəcə Mərkəzi Bank uçot dərəcəsin qaldırmaqla və müəyyən dərəcədə manitar siyasəti sərtləşdirməklə manatın kəskin ucuzlaşmasının qarşısın almaq istəyir”.

Xəbər verdiyimiz kimi bir müddət əvvəl Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini 9,5%-dən 15%-ə qaldırmasından və Əmanətlərin Sığortalanması Fondunun qorunan manat əmanətlərinin faiz tavanını 15%-ə qaldırmasından sonra banklar da kreditləri bahalaşdırmağa başlayıbıblar. Buna müvafiq olaraq nağd pul kreditləri üzrə faiz dərəcəsi də 34-35%-ə çıxıb. İndiyədək belə kreditlər 29-30%-lə verildirdi. Hətta bəzi banklarda kreditlərin faizi bir qədər də aşağı idi.

Manatın uçot dərəcəsinin 9,5%-dən 15%-ə qaldırmasından sonra  Azərbaycan Mərkəzi Bankının bu qərarı manatın valyuta bazarında möhkəmlənməsi üçün önəmli rol oynayıbmı və uçot dərəcəsinin maksimum həddə çıxarılması Azərbaycan iqtisadiyyatına, xüsusən onsuzda böhran içində olan bank sektoruna hansı təsiriolub?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı deputat, Milli Məclisin İqtisadi Siyasət komitəsinin üzvü Vahid Əhmədova və Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərliyə müraciət edib.



Vahid Əhmədov: “Mərkəzi Bankın əsas məqsədi infilyasiyanı qoruyub saxlamaqdır”.


Millət vəkili Vahid Əhmədov qeyd edib ki, bank sisteminin sağlamlaşdırılması məsələsi hələ öz həllini tapmayıb. Buna görə də indiki şəraitdə uçot dərəcəsinin qalxması bank sisteminə o qədər də təsir etməyəcək:

“Ümumiyyətlə Mərkəzi Bankın əsas məqsədi odur ki, infilyasının qarşısın alsın və ciddi infilyasiya olmasın. Son vaxtlar dolların bazara buraxılması, müəyyən faiz dərəcələrinin Mərkəzi Bankın özünün ucot dərəcələrinə qaldırması və s. bunların hamısı ona xidmət edir ki, Azərbaycanda infilyasiyanı kifayət qədər cilovlamaq mümkün olsun. Həm də Mərkəzi Bank çalışır ki, manatı da müəyyən zamana qədər indiki səviyyədə saxlaya bilsin və manat daha çox ucuzlaşmasın.

Onsuz da bank sektoru indiki halda iflic vəziyyətdədir. Faktiki olaraq banklarda kreditlərin verilməsi və başqa mühüm problemlər var. Yəni bank sisteminin sağlamlaşdırılması məsələsi hələ öz həllini tapmayıb. Buna görə də indiki şəraitdə uçot dərəcəsinin qalxması bank sisteminə o qədər də təsir etməyəcək. Yəni uçot dərəcəsinin qalxması bank sektoruna az təsir edəcək. Bu təsir də onunla əlaqəli olacaq ki, kredit verən banklarda faiz dərəcəsi çox olacaq. Amma hal-hazırda bu kreditlər müəyyən qədər dayandırıldığı üçün az problem olacaq. Yenə qeyd edirəm ki, indiki şəraitdə Mərkəzi Bankın əsas məqsədi infilyasiyanı qoruyub saxlamaqdır”.



Natiq Cəfərli: “Mərkəzi Bankın qoyduğu hədəf ancaq manatla bağlı olduğundan, iqtisadi aktivlik ilə bağlı problemlər öz yerində qalır”.


İqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı açıqlamasında bildirib ki, Mərkəzi Bank seçim qarşısında idi. Ya kredit siyasətini sərtləşdirməli və bununla da manatın dəyərdən düşməsinin qarşısın almalı idi (hansı ki, Mərkəzi Bankın indi əsas hədəfi budur), ya da kredit siyasətini daha sərbəst buraxaraq, uçot dərəcəsini daha aşağı salaraq kreditləşməsi və dolayısı ilə iqtisadi aktivliyi artırmağı hədəf seçməli idi:

“Əslində atılan addımın əsas təsiri kredit faizlərinə oldu. Onsuzda Azərbaycanda həm istahlak kreditləri, həm biznes kreditlərinin faizləri kifayət qədər yüksəkdir. Mərkəzi Bankın da uçot dərəcəsini kifayət qədər böyük həcmdə qaldırması kreditlərinin faiz dərəcəsinin daha da artmasına və bahalaşmasına səbəb olur. Amma manatın möhkəmlənməsi üçün Mərkəzi Bankın atdığı bu addım kifayət deyil. Çünki milli valyutamızın əsas problemi ölkədə valyuta çatışmamazlığından irəli gəlir. Yəni neftin qiyməti ilə əlaqədar olaraq ölkənin qazancları xeyli dərəcədə aşağı düşüb. Amma idxaldan asılılığımızın kifayət qədər yüksək səviyyədə olduğun nəzərə almalıyıq. Yəni son iki ildə ölkəyə gələn valyuta ilə ölkədən gedən valyuta arasında bir balans yaranıb. Manatın əsas problemi də elə budur. 

Sadəcə Mərkəzi Bank uçot dərəcəsin qaldırmaqla müəyyən dərəcədə manitar siyasəti sərtləşdirməklə manatın kəskin ucuzlaşmasının qarşısın almaq istəyir. Amma yenə qeyd edirəm ki, atıllan bu addım manat üçün yetərli deyil. Uçot dərəcəsinin qalxmasının nə iqtisadiyyatımıza, nə də bank sektoruna pozitiv təsiri yoxdur. Mərkəzi Bank da seçim qarşısında idi. Ya kredit siyasətini sərtləşdirməli və bununla da manatın dəyərdən düşməsinin qarşısın almalı idi (hansı ki, Mərkəzi Bankın indi əsas hədəfi budu), ya da kredit siyasətini daha sərbəst buraxaraq, uçot dərəcəsini daha aşağı salaraq kreditləşməsi və dolayısı ilə iqtisadi aktivliyi artırmağı hədəf seçməli idi. 

Hələlik görünən budur ki, Mərkəzi Bank manatla bağlı olan problemləri həll etməyə çalışır. Təbii olaraq da uçot dərəcəsinin artması onsuz da ağır durumda olan bank sektoruna təsir edəcək. Ümumiyyətlə Mərkəzin Bankın bu siyasəti ölkədəki iqtisadi aktivliyə mənfi təsir göstərir. İqtisadi aktivlik azaldıqca da bankların dövriyyəsi, kredit vermə şansları azalır. Bu da Azərbaycanda iş yerlərinin, insanların gəlirlərinin azalmasına təsir göstərir. Yəni bu nöqteyi nəzərdən Mərkəzi Bankın qoyduğu hədəf ancaq manatla bağlı olduğundan, iqtisadi aktivlik ilə bağlı problemlər öz yerində qalır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar