Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dövlətin büdcəsini yalnız müğənnilər doldurmalıdır?” – Həftənin sitatları


Tağı Əhmədov: “Bu gün maaşımı alıram, səhər heç bilmirəm cibimdə 5 manat qalır, ya yox. 40 illik əmək haqqını yığmağım qeyri-mümkündür”.


Röya Ayxan: “Harda kişi var, orada ehtiras var. İnsanlar onsuz da problem içindədir. Onlara sevgi, ehtiras məhəbbət lazımdı. Yeməyi sevən kişiləri xoşlamıram. Qurman deyiləm, yeməyi sevmirəm. Sevgidə qurmanam. Sevənimi belə özüm üçün dadlı-dadlı hazırlayaram”.

PİA.AZ-ın redaktoru Gülyanaq İSMAYILQIZI “Həftənin sitatları” layihəsini təqdim edir.

Qeyd edək ki, bəzi sitatlar konteksdən çıxarıldığı üçün düzgün anlaşılmaya da bilər. Bunu nəzərə almağı xahiş edirik.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev: “Biz bütün planlarımızı yerinə yetiririk. Ölkəmizin hər bir yerində, hər bir rayonda sənaye zonaları yaradılmalıdır və artıq bu istiqamətdə işlər gedir. Eyni zamanda, Bakı ilə birlikdə ölkəmizin 4 əsas sənaye mərkəzi olmalıdır. Bu mərkəzlərdə işlər daha da sürətlə getməlidir. Sumqayıt Cənubi Qafqazda sənaye potensialına görə ikinci mərkəzdir. Gəncə və Mingəçevir şəhərlərində ən müasir standartlara cavab verən, ən son texnologiya ilə işləyən yeni müəssisələr yaradılır və yaradılacaq.”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: “Dünya hazırda 5 ölkəyə tabe edilib. Bu cür Təhlükəsizlik Şurası qəbul edilməməlidir. Bütün dünyanın təmsil olunmadığı BMT Təhlükəsizlik Şurası ədaləti formalaşdıra bilməz. Təsəvvür edin ki, 3 ölkə Avropadan, 1 ölkə Asiyadandır və 1 ölkə də ABŞ-dır. Dünyanın digər ölkələri necə olacaq? Bunları bir kənara qoyuruq. BMT Təhlükəsizlik Şurasında G 20 ölkələrinin hamısı daimi üzv olsun. Ədalət ancaq belə formalaşa bilər”.

ABŞ-ın Dövlət Katibi Con Kerri: “Səhnə oynamağı buraxıb humanitar yardımların yerinə çatdırılmasını təmin edin”.

Azərbaycanın birinci xanımı, H.Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva: “Təəssüf ki, müasir dünyada ksenofobiya, radikalizm, terrorizm kimi proseslərin güclənməsini görürük. Hesab edirəm ki, məhz humanitar, mədəniyyətlərarası əlaqələr, başqa mədəniyyətin qavranılması, anlamaq, dərk etmək, kömək etmək cəhdi bütün bu cür mənfi hallara qarşı mübarizədə çox vacib silahdır”.

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov: “Dəyişikliklər dövlətin həyat fəaliyyətinin müxtəlif sahələrinə cavabdeh olan birinci vitse-prezident və vitse-prezidentlər vəzifələrinin təsis olunmasını nəzərdə tutur. Yeni idarəçilik təsisatı prezident idarəçilik formasının müasir çağırışlara adekvatlığını təmin edəcək və fors-major hallarında dövlət idarəçilik mexanizminin optimal funksionallığı üçün şərait yaradacaq. Yenilik ölkədə artıq uğurla həyata keçirilən iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsi ideyasına xidmət edir”.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev: “Biz yaxın illərdə yeni pambıqtəmizləmə zavodlarını işə salmalıyıq. Çünki mövcud pambıqtəmizləmə zavodlarımızın istehsal gücü təqribən 300-350 min tondur. Biz isə pambıqçılığı tam bərpa edərək, əlbəttə ki, bundan qat-qat çox məhsul yetişdirəcəyik”.

Fransa prezidenti Fransua Olland: “Azərəbaycan Respublikasının Prezidenti İlham ƏliyevErmənistan prezidenti Serj Sarqsyanı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesi çərçivəsində Parisdə qəbul etməyə hazıram”.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov: “Bizdə biri bankdan pul oğurlayır və onunla Həccə gedir, yaxud o pulla kimisə Həccə göndərir. Kiminsə boğazından kəsib, kimisə Həccə göndərir. Bu, nə dərəcədə düzgündür? Çox adam tanıyıram ki, Həcdən qayıdandan sonra heç bir əməli yerinə yetirmir”.

Yazar Mirmehdi Ağaoğlu: “İnsan özünün düşmənidir. İnsanın intihar etməsi ehtimalı, onu bir terroristin, qatilin, və ya narkotik satıcısının öldürməsi ehtimalından daha çoxdur. Söz verilir rəqəmlərə: 2002-ci ildə ölən 56 milyon insanın 172 mini müharibədən, 569 mini də cinayət üzündən ölmüşdüsə, 873 mini də intihar etmişdi”.

Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP-ın Sədr müavini Əli Əhmədov: “Müxalifətin dini radikalizmə yuvarlanmasının qarşısı alınmalıdır, sonra gec olacaq”.

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov:BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forstun hesabatı Azərbaycan reallığını əks etdirmir, qərəzlidir və sifariş xarakterlidir”.

Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarov: “Silahlı münaqişənin başlanmasından iyirmi dörd il keçməsinə baxmayaraq, BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrinə, İƏT və digər beynəlxalq təşkilatların qərarlarına və ayrıca Dövlətlərin mövqelərinə məhəl qoymayaraq və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini kobud şəkildə pozaraq, Ermənistan Azərbaycan ərazilərini qanunsuz şəkildə işğal altında saxlamaqda davam edir”.

Prodüsser Tolik: “Mən şəxsən bu ölkəyə bəzi deputatlardan çox yararlıyam!! Lazım olubsa, kimsəsizlər evinə nəsə almışam, lazım olub kasıba əl tutmuşam, lazim olub əməliyyat elətdirmişəm!! Bəs siz neynəmisiniz? Xalgın acınacaqlı vəziyyətini düşünən deputat gedər xalqın içində olar, bunların maaşlarını artırar, guya bunlar heç pul görməyiblər. Axı xalqını düşünən etiraz edər və deyər ki, mənim maaşımı niyə qaldırırsınız, ondansa bəzi ailələrə sosial yardım edin!!”

Politoloq Şahin Cəfərli: “Gürcüstanın ən nəhəng və tarixi əhəmiyyətli nailiyyətini mən sizə deyim: İvanişvili avtoritarizm qurmaq istəyir, amma qura bilmir, çünki artıq mümkün deyil. Demokratikləşmə prosesi dönməz xarakter alıb”.

Türkiyədə dövlət çevrilişi hazırlamaqda ittiham olunan Fəthullah Gülən:  “Ərdoğan onu bütün müsəlmanların lideri elan edəcəyimizi, bunun üçün dünya səviyyəsində çalışacağımızı umurdu. Bu olmayınca, bizə qarşı müharibə elan etdi”.

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov: “Azər Sarıyev, yaxşı oğlanlar o qədər azdırlar ki, onlardan danışanda başqa heç nə deməyə ehtiyac qalmır. Sənin kimi yaxşı oğlanlar çox olsun, ayrı sözə gərək yox”.

ABŞ-ın Dövlət Katibi Con Kerri: “Əgər Rusiya atəşkəs məsələsində ciddidirsə, Bəşər Əsədin təyyarələrinin uçmasını əngəlləsin və atəşkəsə hörmət göstərdiyini sübut etsin”.

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu: “Son 2 ildə Azərbaycanda adambaşına düşən ÜDM 4 min ABŞ dollarından çox azalıb. İqtisadi qanunauyğunluğa görə, pis idarə olunan, iqtisadiyyatı korrupsiyalaşmış ölkələrdə ÜDM-in artımından kiçik bir qrup bəhrələnirsə, onun azalmasında daha çox əziyyət çəkən böyük yoxsullar ordusu olur. Eynən bizdəki kimi”.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban: Azərbaycan kəndlisi 1 ton pambığı yığıb dövlətə təhvil vermək üçün 5 ay yarım tarlada zəhmət çəkməli olacaq və hava şəraiti, ziyanvericilərin riskləri ilə qarşılaşmalı olacaq. Avropalı sənətkar isə €350 avroluq qatar oyuncağını 1 saata hazır edib QUTUya yığır...Bəlkə Hökumət ixracyönümlü sahə deyəndə bir GÖTÜR-QOY edəydi...”

PİA.AZ saytının baş redaktoru Azər Qaramanlı: “Və burda Hamleti xatırlamaya bilmirəm. Şekspirin Hamletini… Yəni hər birimiz mobil telefonumuzu əlimizdə tutaraq özümüzə süal etməliyk: “Olmaq, ya olmamaq?

“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu: “İndiki Nazirlər Kabineti bu islahatları yerində yetirmək iqtidarında deyil”.

Jurnalist Tural İsmayılov:Azərbaycan deyəndə gözləri yaşaran adamları dəyərləndirin”.

 Azərbaycan İqtisadçılar Klubunun prezidenti, iqtisadçı ekspert Nazim Bəydəmirli: “2017-ci ilə qədər ciddi islahatlar olmasa, Azərbaycanın qeyri-neft sektoruna vəsait yatırılmasa və daxili investisyalar artmasa, bu kiçilmə davam edə bilər”.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov:Azərbaycanda müxalifətin zəif olmasında iqtidarı günahlandırmaq və bunu hakimiyyətin mənfi cəhəti kimi də qəbul etmək səhv fikirdir. Azərbaycanda bu gün müxalifət ona görə zəifdir ki, hakimiyyət çox yaxşı işləyir, məntiqi olaraq çox güclüdür”.

Politoloq Şahin Cəfərli: Rusiya hazırda münaqişənin öz maraqları çərçivəsində həllinə çalışır və elə bir həll yolu istəyir ki, onun bölgədəki dayaqları daha da möhkəmlənsin”.

Azad Demokratlar partiyasının sədri Sülhəddin Əkbər: “Biz bu referendumu Azərbaycanda konstitusiyalı monarxiyanın yaradılması istiqamətində Azərbaycanı xaosa sürükləyəcək siyasi prosesin bir başlanğıcı kimi qiymətləndiririk”.

Yazar Hüseynbala Səlimov: “Əslində bəzi şeylər bizə ona görə təəccüblü görünür ki, özümüzü təəccüblənmiş kimi göstəririk. Bu, bəlkə də bizim özümüzün nümayiş və təzahür etdirdiyimiz ən böyük qeyri-səmimilikdir ki, onu heç vaxt etiraf etmirik”.

Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru  Tahir Əmiraslanov: “Kursda tibb bacısı və aşpaz hazırlamaq dünyada heç kimin ağlına gəlməyib, bir Azərbaycanda var”.

Hərbi ekspert Üzeyir Cəfərov: “Elə bu dəfə də onların lovğalıqla hərbi paradda İrəvanın mərkəzi meydanına çıxartdıqları operativ-taktiki raket də onları rüsvay etdi. Dünənədək orduda kadr çatşmazlığından gileylənən hayların, birdən-birə bizə son illərin ən müasir silahlarından sayılan ”İskəndər"i nümayiş etdirməyə və “əzələ nümayiş etdirməyə, sadəcə, blef-cəhd etməyə gücləri çatdı”.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban: “Qərbin inkişaf modeli bütün dünyada fərdlərin “seçimi” - ələk-vələklə özlərinə cəlb edilməsinə yönəlib...elm, texnologiya, fundament və daşı-daş üstə qoymaq...”

“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu: “Raketlər Rusiyaya məxsus olsaydı, Ermənistan hakimiyyətinin həmin raketləri özününkü kimi nümayiş etdirməsi Moskva tərəfindən təkzib olunmalı idi. Təkzib yoxdursa və ya susqunluq nümayiş etdirilirsə, deməli, bu raketlərin Ermənistana məxsusluğu və ya Ermənistanın maraqları üçün istifadə oluna biləcəyi faktı ortaya qoyulmuş olur. Bu isə o deməkdir ki, həmin silahlar çox rahatlıqla Dağlıq Qarabağda və digər işğal altındakı ərazilərimizdə peyda ola bilər”.

Yazar Mirmehdi Ağaoğlu: “Harda gəncliyin sözü keçmir, harda ağsaqqallar yol göstərir, orda inkişaf, irəliləmə yoxdur. Keçmişdən qalan adam sənə gələcək haqqında hansı pozitiv fikirlər deyə bilər axı. Heç nə. Onun işi "Bizim vaxtımızda" deyə-deyə səni də öz qaranlıq keçmişinə dartmaq olacaq”.


PİA.AZ saytının baş redaktoru Azər Qaramanlı: “Bizim mobil operatorlar bilərəkdən öz müştərilərini bu şəkildə həm şantaj edir, həm onları axmaq yerinə qoyaraq aşağılayır. Həm də bunu etdikləri zaman çox rahat olurlar. Hər şeydən əvvəl düşünürlər ki, ciblərinə girdiymiz sıravi, ya da qeyri-sıravi vətəndaşın əlindən nə gəlir ki…”

Hərbi ekspert Üzeyir Cəfərov: “Nə olur-olsun, əvvəla, ermənilər o ağılın yiyəsi deyillər ki, onların son nəsil operativ taktiki raketləri almaq və idarə etmək qabiliyyətləri, bacarıqları olsun. Bu, sadəcə, aprel uğursuzluğundan sonra möhkəm qorxu və təlaşdan irəli gələn bir addım idi ki, bunu da gördük”.

Rus ultramillətçisi, yazıçı Eduard Limonov: “Putinin yerinə mən olsaydım, daha pis işlər görərdim”.

PİA.AZ-ın əməkdaşı Nərminə Umudlu: “Bəlkə də Qarabağımız kimi Təbrizimizin də üzünə baxmağa cəsarətimiz olmamalıdır. Çünki Qarabağımıza gedib yad dildə danışıb, yad dildə yazanları görmək imkanımız olmasa da, indii Təbrizə gedib yad dildə danışanları və yazanları görürük”.

Toğrul Allahverdili: Azərbaycanın Səhiyyə nazirinin vicdanı varsa istefa versin . Azərbaycan səhiyyəsi xalqa qarşı soyqırımı edir vicdansız həkimlərin savadsızlığı körpələrimizi əlimizdən alır . Azərbaycan Həkimlərinin 90% uşaq qatilidir”

Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu: “Sonrakı danışıqlar prosesi göstərdi ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək üçün Erməsintan hakimiyyətinə təsir edib, Dağlıq Qarabağ ətrafı rayonları boşaltmaqda heç bir marağı yoxdur”.

“Yenicag.az” saytının baş redaktoru Aqil Ələsgər: “Hər dəfə haqsızlığa uğramağa alışanlar üçün bu gün yaşananlarda problem yoxdur”.

Əməkdar artist Röya Ayxan: “Harda kişi var, orada ehtiras var. İnsanlar onsuz da problem içindədir. Onlara sevgi, ehtiras məhəbbət lazımdı. Yeməyi sevən kişiləri xoşlamıram. Qurman deyiləm, yeməyi sevmirəm. Sevgidə qurmanam. Sevənimi belə özüm üçün dadlı-dadlı hazırlayaram”.

Millət vəkili Vahid Əhmədov: “Mərkəzi Bankın əsas məqsədi odur ki, infilyasının qarşısın alsın və yüksək səviyyədə infilyasiya olmasın”.

İqtisadçı ekspert Natiq Cəfərli: “Sadəcə Mərkəzi Bank uçot dərəcəsin qaldırmaqla və müəyyən dərəcədə hümanitar siyasəti sərtləşdirməklə manatın kəskin ucuzlaşmasının qarşısın almaq istəyir”.

Böyük Birlik Partiyasının sədri, millət vəkili Fazil Mustafa: “Bu gün şadlıq evlərində keçirilən toylar "Toy mafiyasının" onsuz da çətin şərtlərdə yaşayan Azərbaycan insanına sırıdığı vəhşilikdən, israfçılıqdan, səhhət pozuntusundan başqa bir şey deyildir. Müğənnilərlə məsələ düzəlsəydi, nə vardı ki... İnsanları gör nə vəziyyətə gətiriblər ki, Azərbaycanda xurafat və cəhalət əleyhinə olanlar belə, səbirsizliklə Məhərrəm ayının gəlişini gözləyirlər”.

Bakı Metropoliteninin sabiq rəisi, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov: “Tağının dilindən heç vaxt çıxmayıb ki, 40 illik əmək haqqımı yığmışam. Bu cür söz deməmişəm. Bu, mənə uyğun olmayan sözdür, bu gün maaşımı alıram, səhər heç bilmirəm cibimdə 5 manat qalır, ya yox. 40 illik əmək haqqını yığmağım qeyri-mümkündür. Məhkəmə istintaqı gedir, proses başa çatanda kimin haqlı, kimin günahsız olduğunu bütün cəmiyyət biləcək. Harada lazım gəlsə, orada da suallara cavab verəcəyəm”.

Prodüsser Tolik: “Bəs siz bu vaxtacan xalq üçün neyləmisiniz? Dövlətin büdcəsini yalnız müğənnilər doldurmalıdır? Rayonlarda elə manopoliyaları bəzi deputatlar yaradır da!! Bəlkə siz metrodan istifadə eləyirsiniz, ya da avtobusla gəzirsiniz  xəbərimiz yoxdur?!”

Aktyor Jerard Depardye: “Fransa xaricilər üçün şərab və iylənmiş pendir istehsal edən avaralarla dolu ölkədir”.

Sabiq deputat, Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu: “Elçibəy məhkəmədə mənə dedi ki, vaxt gələcək rejim sənin dərini soyub yaman günə qoyacaq…”.

Türkiyədə dövlət çevrilişi hazırlamaqda ittiham olunan Fəthullah Gülən: “Bir iddianı irəli sürənlər onu sübut etmək məcburiyyətindədir. Biz ittiham olunan tərəfik. Sübut etmək bizim yox, bizi suçlayanların vəzifəsidir. Çevriliş cəhdinə kim təşəbbüs etmişsə, seçilmiş hökumətə və mənim əxlaqi prinsiplərimə zidd addım atmışdır”.

PİA.AZ-ın əməkdaşı Nərminə Umudlu: “Şəhriyar sovet dönəmində kommunizm buxovlarında boğulan Şimali Azərbaycanda bütöv Azərbaycanın birlik simvolu olub. Və həmçinin İranda Azərbaycan anlayışının simvolu olub”.

Yazar, jurnalist Hüseybala Səlimov: “Ölmüş” pul, ölmüş fərd, ölmüş ata və ölmüş vətəndaş deməkdir! Sanki bircə anın içində bütün dəyərlər heç olur, gözdən düşür.Bir sosial-siyasi instituta, bir topluma aid olmaq hissi birdən – birə180 dərəcə iniversiya edir – insan artıq bunlardan peşimançılıq hissi və əgər proses davam edərsə, utanc hissi keçirir. Bu, bəlkə də infliyasiyanın ən açı sosial – siyasi nəticəsidir...”

Rusiyalı politoloq və şair Aleksandr Fomenkov:Rusiyada mənim kimi obyektiv adamların dirisi heç kimə lazım deyil...”

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov: “Biznes təfəkkkürü bilirsinizmi, nə deməkdir? Biz deyirik: “Quşlama, alə!” İngilis isə tvitteri yaradır və deyir: “Buyur, istədiyin qədər quşla!””

Jurnalist Tural İsmayılov: “Evdə öz anasına "azz" deyənlərin çöldəki hansısa qadına "xanım" deməsi qədər iki üzlüdür insanlar”.

Gülyanaq İSMAYILQIZI
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar