Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda referendum başlayıb


Azərbaycanda Konstitusiyada dəyişikliklər üzrə ümumxalq səsverməsi (referendum) başlayıb


Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu münasibətlə keçirdiyi mətbuat konfransında saat 08:00-dan etibarən səsverməyə başlandığını elan edib. 

M. Pənahov bildirib ki, Azərbaycan seçicilərinin səsverməsi üçün bütün imkanlar yaradılıb və seçicilərin Konstitusiyaya təklif edilən dəyişikliklərlə bağlı bütün 29 hissə üzrə öz fikirlərini ifadə etmək imkanı olacaq: “Səsvermənin gedişi aşkar şəkildə təmin olunacaq. Gün ərzində 117 beynəlxalq müşahidəçi də daxil olmaqla 53 mindən artıq müşahidəçi seçki prosesini izləyəcək. Hamı əmin olsun ki, səsvermə tam şəffaf keçəcək”.
 
Referendum dövlət himninin səsləndirilməsi ilə start götürüb.
 
Vətəndaşlar 125 seçki dairəsi üzrə 5 627 seçki məntəqəsində səs verəcəklər.
 
Seçici siyahılarına əsasən, 5 milyon 260 mindən çox səsvermə hüququ olan şəxs var.
 
Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəz saat 10.00, 12.00, 15.00,  17.00 və 19.00-da referendum üzrə səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə məlumatları açıqlayacaq.
 
Bu gün Azərbaycanın xaricdəki 38 diplomatik təmsilçiliyində də səsvermə keçirilir.
 
Azərbaycanın ABŞ, Almaniya, Avstriya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çexiya, Çin, Kanada, Fransa, Gürcüstan, İran, İspaniya, İsveçrə, Qazaxıstan, Qırğız, Latviya, Litva, Moldova, İsveç, Niderland, Özbəkistan, Polşa, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə. Ukrayna, Belçika və İtaliyadakı səfirliklərində, Aktau, Dubay, İstanbul, Los-Anceles, Peterburq, Təbriz, Yekaterinburq, Batumi və Alma-Atadakı konsulluqlarında seçki məntəqələri yaradılıb. (apa)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar